Şəhərlər
böyüdü,şəhərlər böyüdükcə paralel olaraq insanların sayı da artmağa
başladı.Dahilərdən biri "Adamların sayı artdıqca, insanların sayının
azaldığını görürəm"- deyə nigaran bildirmişdi.Bu nigaranlıq məni bəşəriyyətin
sonsuzluğa doğru yollanan yorğun ayaqlarından sallaşan dərdləri görməyə sövq
edir.Bu dərdlərin ən böyüyü isə bəşəriyyəti öz girdabında boğmağa hazırlaşan tənhalıq
girdabıdır.
-Niyə bu qədər qələbəlik içində tək qalmışıq?
-Kimlər ya nələr buna zəmin hazırladı?
-Biz hara gedirik?
-Bütün bunların bir həll yolu varmı?
Dünyaya
kitab pəncərəsindən baxanlar tənhalığın ədəbiyyatda tsiklik inkişafını müşahidə
edə bilərlər.Bu tənhalıq İsgəndər Zülqerneynin əbədiyyət kəhrizini axtarmağa
getməsindən,postmodernistin bohem həyatına qədər uzanır.Hissə-hissə,zərr-zərrə ədəbiyyata
çökən tənhalıq iztirabı son əsrlərdə öz pik nöqtəsinə çatdı.Bu əsrlərin tənhalığı
Məcnunun çöllərdəki tənhalığı deyildi.Bu fiziki tənhalıq deyildir.
Əvvəllər
yalnız ədəbiyyatda mövzu olan bu məsələ indi cəmiyyət adlı gəmini batırmağa
başlayıb."Zəmanəmizin qəhrəmanı"nı mütaliə edən orada bir insanın
özünə yer tapa bilməməsini 50 il öncə oxuyarkən bəlkə də təccüblənərdi.Lakin
indi bu qəhramanlar o qədər çoxalıblar ki,kütləvi şəkildə boşanmalar və
intiharlar şəklində qarşımızda nəhəng bir tablo yarada bilirlər.
"Martin
İden"in fəlakəti onun yazıçılığı deyildi.Onun daxilində dərinləşməyə
başlayan bir girdab idi.Bu girdab onu son yolçuluğuna apardı.Gəmiyə minəndə elə
ürəyindən keçdi ki,o sadə qızı özü ilə aparsın,amma apara bilmədi.Cünki o
girdab onun əlindən cəsarətini-yaşamaq cəsarətini almışdı.Həyat rəngini
itirmişdi onun üçün.
T.Drayzerin
"Dahi"si Yucin cəmiyyətin zibiliyindən zirvəsinə və ya əksinə
yuvarlanarkən o tənhalıq girdabının əlində can verərkən onu həyata yenidən nə
qaytardı.Bu barədə sonra...
Tənhalıq
sindromunu kimlər yaratdı və bunu insanlara kimlər yoluxdurdu? 50 il öncə
"ürəyim sıxılır""Həyat niyə bu qədər bezdiricidir?!" cümləsini
quran əgər bir nəfər idisə, indi bu cümlənin cəmiyyətdə nə qədər sahibi
tapılar.Xüsusilə gənclər arasında bu geniş şəkildə yayılıb.Bütün bunların məntiqi
bir izahı vardır.
Bütün
bunların izahı bizi modernizmin diktə etdiyi qloballıq siyasətinin bir
parçasıdır."Bəs əgər qoloballaşma vahid bir mədəniyyəti təbliği edirsə,
bunun nəyi pisdir ki?"- deyə mənə etiraz edənlər də tapılacaq.Bəli, bütün
hikmət cəmi bir kəlmə olan o qloballaşma sözünün içindədir.Biz bilirik bəşəriyyət
mövcud olandan bəri dünyada aparılan müharibələr tökülən qanlar iqtisadiyyat və
qüdrət toqquşması ucbatından olub(Təbii ki,söhbət işğalçı müharibələrdən
gedir)Qloballaşma elə mədəniyyət formasını diktə edir ki,onun daşıyıcısı olan
insana hər şeyi satmaq asan olsun.Məlum məsələdir ki,şərqdə yeyilən bir qida qərbdə
yeyilə bilməz.Lakin 50 il sonra bütün bir vahid mədəniyyətə sahib bütün dünya
yalnız bir qida sektoru və ya digər iqtisadi güclər tərəfindən idarə olunacaqsa
niyə insanlar tədricən vahid bir mədəniyyətə tabe edilməsin?! Burada bir sual
meydana çıxır:Axı bütün dünya vahid bir əldən idarə olunacaqsa bu günü-gündən
artan insan kütləsini idarə etməyə necə bacaracaqlar? Və ən ümdəsi indi bütün
insanlığı sıxan bu tənhalıq sindromunun bununla nə əlaqəsi var?
Texnologiya inkişaf edir.Texnologiya inkişaf
etdikcə insanlara fərdiləşmə diktə olunur.Hər kəs özəldir,xüsusidir kimi alt
şüura xitab olunan reklam çarxları bütün günü televizorda modernizmin bizə
pıçıldadığı sözlərdir."Sən ən gözəlinə layiqsən" Sənin üçün yaratdıq
"və s.Sən.Bu insanı eqoizmə və mənmərkəzçiliyə götürən ən böyük yalanlardan
biridir.Cəmiyyətə ilk addımın atan insan onu böyük uğurların gözlədiyini və
özünün xüsusi olduğuna inamla gəlir.Lakin bütün bu umduqlarının yerinə onu cəmiyyətdə
reallıqlar-umduqlarının heç yarısı belə qarşılamır. İqtisadiyyatın psixoloji əsaslarının
olması məsələsini yalnız bununla sübut edə bilərəm ki,Fukuyama iqtisadiyyat üzrə
Nobel mükafati alanda bəlkə də insanlar onun bir psixoloq olduğunu və
iqtisadiyyatın psixoloji əsasları barədə elmi əsərinə görə bu mükafatı aldığını
bilmirdi.İqtisadiyyatın insanların psixologiyası ilə birbaşa əlaqəsini quraraq
bu gün dünya bazarında illərlə rəqabətə tab gətirən şirkətlər var.Bütün bunlar
isə cəmiyyəti daxildən yoxsullaşdıraraq bir çox tənha insanların yaranmasına gətirib
çıxardı.Artıq özünün xüsusi olması barədə nağıllarla böyüyən insanın real dostları
az, paylaşdığı informasiya azdır.O özünə qapanıb.Onun ən yaxşı dostu son
texnologiya və o texnologiyanın gətirdiyi qeyri-real həyatdır. (Bu anda atalar
və oğulların mübarizəsi başlasa belə bu mübarizədə körpü üzərində qarşılaşan
iki keçi kimi hər iki tərəf bəri başdan uduzub) Bəziləri real həyatın ilk silləsindən yerə yıxılaraq
intihar edər,digərləri yarımadam olaraq davam edərlər.Onlar çoxdu.Tənha bir şəkildə
evlənərlər, ailələri olar ,amma onların daxilində bir sakitlikləri olmaz.Ailə daxilində
Don Kixotla Sança Panso kimi olarlar.Fiziki bir yaxınlıqla az qala dünyanı
dolaşsalar, belə hərə öz xəyalının hərə öz "dəyirmanın" arxasınca düşər.Cəmiyyəti
bu girdabdan necə xilas etmək olar sualının yalnız bir cavabı var:Qohumluq və
dostluq.İslam dinində insana əmr olaraq bir qanun gəlib:sileyi-rəhm.Açması
qohumluq əlaqəsidir.Qohumlarla əlaqə niyə bu qədər vacib olsun ki? İnsan nəyə
görə belə etməlidir ki? Çünki insanı içindəki o dəhşətli girdabdan yalnız o
üzünə qapı bağladığı insanlar xilas edə bilər.Paylaşmaq bölüşmək xilas edər. Mənim
qələbəliyim insanlarla doludur deyən dahi o insanları yaxınları ilə əvəzləsəydi
yeniyetmə tənhalığından qurtulmuş olardı.Qayıdım Drayzerin "Dahi"si
Yucinə. Bohem həyatın sərxoş etdiyi Yucin əllərini körpə qızına uzadan zaman
anlayır ki,artıq həyat onun üçün dəyişib. Artiq o başqası üçün yaşamalıdır,
mübarizə aparmalıdır.Yaşamağa artıq bir səbəbi vardır.Bəli yaşamağa səbəb ,ölməyə
səbəb olmalıdır.Səbəbsiz insan məhvə məhkumdur.Emil Zolyanın Suvarinin ("Germinal")belə
səbəbi var idi o mədən quyuların partladanda....
Amma Kamyunun "Yad"-nın əlində heç
bir əsas yox idi.O öldürəcək qədər tüfeyli,yaşayacaq qədər həvəssiz idi...
Hiç yorum yok:
Yorum Gönder