8.20.2014

MİLLƏTSİZ VARLIQLAR



Keçən il valideynlərimə baş çəkmək uçun Rusiyaya getmişdim. Təbii ki, ilk dəfə olaraq baş çəkdiyim bu ölkə hər detalı ilə diqqətimi cəlb edirdi. Ruslar və almanlar həmişə dünya xalqları arasında dəqiqlikləri və məsuliyyətli olmaları ilə fərqləniblər. Bəli,  hər  şey kənardan belə görünür. Lakin bir ölkənin və ya evin halını orada yaşamadan anlamaqmümkün deyil. Əgər biri hər hansı bir iş haqqında qalın-qalın kitablar oxuyarkən, başqa biri onu təcrübədən keçirirsə, deməli ikinci birincidəın daha çox məlumata malik olur.Həyatımın ilk on ili sovet dövrünə təsadüf etsə də, rus xalqı haqqında çoxlu kitablar mütaliə etsəmdə, mən rus xalqını əyanı şəkildə yalnız keçən il gördüm. Lakin mənim məqsədim heç də rus xalqının sosioloji və ya başqa baxımdan analiz etmək deyil. Məqsədim bu səfər zamanı ən ağır işlərdə qadınların çalışdığını və buna baxmayaraq yenə qadının şiddətə məruz qaldığını önə çəkməkdir. Bu barədə oradakı rus milliyyətli rəfiqəmdən soruşduqda, O, dodaqlarını büzərək “Qadın hər yerdə qadındır. Qadının milləti olmaz”- deyə cavab verdi. Bəli, milləti olmayan varlıqlarıq. Bəs heç bir milli kateqoriyaya məxsus olmayan bu zərif məxluqlar vətənimizdə nə vəziyyətdədirlər? Televiziya kanallarının və ya saytların hər gün bar-bar bağırdığı cinayət xəbərlərinin başında qadınlara qarşı zorakılıq cınayətləri gəlir. Şərqlə qərbin arasında qalaraq həm Əli aşından, həm  də Vəli aşından olan bu millət məncə bu namus cınayətlərinə öyrəşib. Hətta arvadına azca hirslənən onu asanlıqla öldürüb adını “qısqanclıq və ya namusumu təmizlədim” qoya bilər. Bu qədər asan. Bəs qanunlar fərdləri necə qoruyur?  Gəlin buna bir neçə prizmadan baxaq:1.Əgər ölkə Qərb qanunları ilə idarə olunursa fərdin beyni isə Şərq adətlərindən qurtulmayıbsa, qanunla adətin arasında uçurum yaranır. Bu uçuruma düşüb parçalanan isə cəmiyyətin ən zəif üzvü – qadın olur.
2.Ölkə həm Qərb qanunu ilə idarə olunub, həm də adətlə hesablaşırsa, ikisinin arasında çaşbaş qalan fərd adətə görə hərəkət edib, qanuna görə mühakimə olunur.
Lakin bu iki prizmanın bir də görünməyən ortaq xətti var: Həmin millətin mənsub olduğu din.Din nə adət deyil, nə qanun( sohbət bizim dünyəvi dövlətimizdən gedir) Xəyanət atını minib mahal-mahal gəzən “İblis”-ə qarşı ən böyük silah olab iləcək dinimiz qadını adətdən fərqli olaraq  öldürülməsinin əleyhinədir. Dinimiz qadını mühakiməsiz öldürməyi qadağan edir. Hər hansı bir kəsin şəri və ya həqiqəti ilə kişi öz arvadını öldürmək haqqını qazana bilməz. Bu gün Avropa, Qərb deyib bağıran kəslərin İslama qara yaxmasını görərkən ona İslam sizin tapdaladığınız qadın hüqüqlarını yeganə tanıyan dindir. Elə bir din ki, qadımı ucaldır ona öz dəyərini verir. Qadını zinada günahlandırıb ona bir anda ölüm hökmü kəsən “müsəlmanların” peygəmbəri Hz.Məhəmmədin(s) düz 1400 il öncə zina etmiş bir qadınla etdiyi dialoq ibrətamizdir. Bir qadın Peyğəmbərimizin(s)yanına gələrək zina etdiyini və buna görə peşman olduğunu söyləyir. Sonra necə lazımdırsa cəzalanmasını istəyir. Peygəmbərimiz(s)ondan hamilə olduğunu öyrəndikdə övladını dünyaya gətirməsini istəyir. Sonra cəzanı kəsməyin mümkünlüyünü izah edir. Vaxt ötür, qadın övladını dünyaya gətirəndən sonra yenə peygəmbərin (s)yanına gəlir və xahişini təkrarlayır. Bu dəfə övladını süddən ayırmasını istəyən Peygəmbər(s) yenə ona zaman verir. Övladını süddən kəsdikdən sonra qadın yenə Peygəmbərin(s) qarşısına çıxıb cəzasını tələb edir. Allahın Rəsulu(s) ona uşagını böyütməyi buyurur. Yalnız uşaq yeriyib özünü idarə edəcək vəziyyətə gəldikdə qadının israrı ilə cəza: zinaya görə daşqalaq edilmə həyata keçirilir.
Namus anlayışını öz kiçik beyni ilə ölçüb, qərb qanunları ilə reallaşdırıb, el adəti ilə həyata keçirən məxluqlar bir dəfə də Allah qoyan qanunlara baxsalar...


8.19.2014

ANAMIN TABUTU

                        Anamın tabutu
Dram. 3 pərdəli
1) Həmid- 40 yaşında. Gözlərində qara eynək, əynində qısa qol idman köynəyi və şortik.
2) Eldar- 38 yaşında. Uzun qara saqqallı. Əynində uzun ərəb geyimi.
3) Səbuhi- 35 yaşında.  Qara kostyumda və qalstukda.
4) Səbinə-30 yaşında. Silikon dodaqlı və boyalı saçları . Qısa yubkasını hey dizinə doğru dartışdıraraq uzanacağına ümidini itirməyən birisi
5) Gülgün - 25 yaşında. Universitet tələbəsi geyinmində.Başına bağladığı qara yaylıqla te-tez gözünün yaşını silir.
6) Günel- 23 yaşında. Postmodernist şairə.
7) Tükəzban- 38 yaşında. Həmidin həyat yoldaşı. Onun da gözlərində qara eynək.
8) Ellada- 33 yaşında. Tamamilə qara şadrada, bircə gözləri görünür. Eldarın həyat yoldaşı.
9) Zümrüd- 30 yaşında.  Rəsmi məmur geymində. Səbuhinin həyat yoldaşı.
10) Zeynal- 18 yaşında gənc. Çəhrayı paltarlı və uzun saçlı birisi.
11) İffət- 55 yaşında. Xala
12) Fatmanisə-60 yaşında. Qonşu
11) İdris - 40 yaşında Fatmanisənin oğlu. Dövlət orqanında işləyən bir məmur.
12) Tariyel- 39 yaşında Rusiyada yaşayan bir alverçi.
13) Yaşar- 35 yaşında Qonşu . daima sərxoş olan biri.
14) Şahid- 22 yaşında ev işlərinə yardım edib daima muzd alan fəqir bir gənc
15) Aslan -45 yaşında .həkim.
16) Sərdar -32 yaşında. kənd müəllimi
17) Gülçöhrə- 29 yaşında  kənd ambulatorunda tibb bacısı
18) Nadir- 42 yaşında kənd  məntəqə polisi.
19) Gülər- 24 yaşında Gülgünün tələbə yoldaşı.
20) Davud -70 yaşında. kəndin mollası.
21)Gülər-25 yaşında. Tələbə



.
                                                                                 Hadisə 2013-cü ildə Azərbaycan respublikasının kəndlərinin birində vaqe olur.

Birinci Pərdə.
Böyük  bir zalın ortasında xalçanın üstündə üzünə örtük çəkilmiş bir ölü. Ətrafına yığışmış qadınlar ağlaşır,ağlamayanlar öz aralarına pıçıldaşırlar.Arada zala girən gənc qızlar qadınların qarşısına gah çay qoyur, gah da boşalmış stəkanları  götürüb səssizcə yox olurdular. Səssizliyin içindən qəfil İffətin səsi zəngulə vurur
 İffət-  ( ağlaya-ağlaya)Oy bacı, dünəndən ölmüsən. Səni yerdən götürən yoxduuuu. Gör nə günə qaldın ki, sənin oğlanların sənə gəlib yiyə durmur oyyy. Vallah bacı, mən sonsuz canıma sənə baxıb şükür edirəm oyyyyy...     
Fatmanisə- Ay İffət bacı, balaları qürbətdədi. Qoy səbr edək gəlib çıxsınlar. Elə bir tikə çörəkdən ötrü dərbədiyar olub hamı.
İffət-  Aaz bacın ölsün. Ağəz, Əmərikədəki gəlib çıxmasa deyərik heylədi. Bəs burda- Bəkidəkilərilərə nouldu?! Dünəndən kontur qalmadı telefonumuzda niyə gəlmirlər?!
Gülgün- Can ay xala, dedim ey mən. Eldara zəng edə bilmədim telefonu yoxdu. Evlərinə zəng etdim, arvadı Ellada dedi ki, basdırın getsin dəə. Ölü ilə maraqlanmaq şirkdi.
İffət- Ay bala şirik nədir? Ölüb ölüb, ay başı batmış, demədin anası ölüb hayn, ay bala?
Gülgün-  şirk –günahdır, yəni olmaz deməkdi xala.
Ftmanisə-( Gülgünə) buyyy başıma xeyir. indi deyirlər ki, aparaq ataq kanala?(əlini şapıltı ilə dizinə vurur.)
Gülgün- Bilmirəm ,ay Fatmanisə nənə. məzhəbləri icazə  vermir deyəsən.
İffət- Ay onun məzhəbinə, dininə. Bəs, Səbuhi hanı?
Gülgün- O dedi gələcəm. Almaniyaya getmək istəyir. Deyir ki, mühacirətə gedəcəm. Bura yaşanilası yer deyil. Bəlkə də getdi.
İffət - Oy sonsuzzzz canım. Doğmadım boşadilar. Ağladım. Allaha üsyan etdim. Dedim vermisən bacıma bu qədər övlad, mənim niyə yoxdu. Bax bu da övlad. Lazım deyil, bihudədi, bihudədi.( yenə içini çəkərək ağlamağına davam edir)
Gülər- ay Gülgün Səbinə gəldi ( başını qapıdan içəri salaraq deyib yox olur)
Elə bu zaman Səbinə içəri girir.
İffət- Gəl, ay bala,gəl gör! Gəl gör səni doğan yatır burada. ( İffət Səbinəyə əl edərək yanına çağırır və eyni zamanda ağlayır)
Səbinə- Oy mamıçka. poçemu belə tez-( əlini  cənazəyə toxundurmamağa çalışaraq örtüyü uzaqdan dartışdırıb dillənir)
Fatmanisə- ( Səbinəyə)Ağla, bala ,ağla ki, ürəyin boşalsın.
Səbinə- Ağlaya bilmirəm.
İffət- (Səbinəyə) Boyy, bala, Yapon balığına dönmüsən. Özünü bu günə qoymusan bala. El camaatın qabağında biabır olacayıq. Qiz elə bil gülür. Öz dodaqların pis idi ki, belə etmisən?
Səbinə- Xala, sən qocalmısan belə şeyləri bilməzsən. Mən mügənniyəm. Belə lazımdı.
İffət- Daş başına, ay dünya .Şövkət də müğənni idi, sənin kimi çömçəquyruqlar da atılıb ortalığa ki ,biz müğənniyik.
Fatrmanisə-( İffətə)  İndikilər səsiynən yox aa ,silikonları ilə öyünür. Odur ey, o gün televizordada göstərirdilər.
Gülgün-  ( Səbinəyə hirslə) Bu abırda bura gəlməyin vacib idi)?
Səbinə- Aaaa, poçemu serdiş. Ağəz. operasiya stolundan srağagün qalxmışam. Mənə bir həftə havaya çıxmaq olmazdı, amma gəldim.
Gülgün- Gəlməsəydin. Gələn hamı elə biləcək ki, sən gülürsən. Üzünün ifadəsi donub qalıb sifətində. adamlıqdan çıxmısan
Gülər- Ay Gülgün, Eldargil gəldi( yenə başını içəri salaraq deyir və tez də çəkilir)
İffət- Ay Eldar, hoyyy bala ,gəlll! Gəl gör anan dünəndən yolunu gözləyir ruhu pərvaz edir, ay bala.  ( yenə əl dəsmalını ağzına basıb ağlayır.)
 ( içəri girən kimi bir kənarda bardaş qurub oturan Eldar tez ərəbcə dua oxumağa başlayır.)
Fatmanisə-( Eldara) Oxu, ay bala ,Quran oxu. Dünən gecə kəndin mollası gəlmişdi. Bir ağız oxuyub getdi.
İffət - ( Fasrtmanisəyə) - Bıy ağəz, bunun arvadı niyə ərəblər kimi qapqara bürünüb. Bircə gözləri görünür.Nolur ki, onda?
( Eldar onların bu sözlərinə reaksiya olaraq ərəbcə oxuduğu duanı daha da möhkəm səslə söyləməyə başlayır)
Səbinə- (xalasına) Nu i şto. Guya camaat bilmir ki, qara çadranın altındakı nədi. Oy Allah, gülə də bilmirəm( üzünü qırışdırmaq üçün əlləşir)
Gülgün- Öl bundan da pis günə qalacaqsan. Buna bax anasının dəfninə bu gündə gəlir. Qara çadranı bəyənmir,amma quş beynində bir qram ağıl olsaydı, sən də bir qara çadra başına salıb ayıbını örtərdin.
Səbinə- Ağəz, bu ağlıma gəlməmişdi. Oxumuş adam belədidə( dirsəyi ilə Gülgünü vurur) Bəlkə saçı tökülüb, yox saçı tökülsəydi üzünü niyə örtüb ki?!  Üzünü yandırdıblar. Bax Eldar bunan evlənəndən üzünü görməmişik.
( Eldar daha da səsini ucaldır və qəfil duanı bitirib dayanır)
Eldar- Bu çaylar nədi ortada yığışdırın.Şirkdi.  Bircə qaldı cənazə namazı, onu da qılaq aparaq mərhuməni basdıraq dağılaq.
( Bunu eşidən hər kəs bir-biri ilə pıçıldaşmağa  başlayır. Elə bu an içəri girən Molla Davud bunu eşidir)
Molla Davud-  Əvvəla öz evində olsa deyəcəm xoş gəlmisən. Amma burada min ildir sürən qayda- qanunu belə gəlib pozmaq olmaz. Cənazə namazı da qılınacaq, ehsan veriləcək. Yas yeri də olacaq.
Eldar- Bunlar hamısı şirkdir, gunahdı. Vaxtkən tövbə edin.
Səbinə-  Eldar düz deyir dəəə . Nə qədər qısa konkret olsa, o qədər yaxşıdlr. İnsanların vaxtını oğurlamaq olmaz.
Gülgün- Of ay bacı, sən niyə bu qədər bu qədər manqurt oldun?!  Sənin anana ayırmağa bir həftən yoxdu?
Səbinə- Suma saşla. Hələ bura həkimin qadağasını pozub gəlmişəm. Bir həftəyə bu sifət kəndxanada çökər.
İffət- Oy bacı, sonsuzzz olsaydın bacı.
( Elə bu zaman qapı açılır. Zala Səbuhi və arvadı və mərhumənin sonbeşik qızı Günel  girir. Onlar  cənazəyə yaxın belə durmadan uzaqda otururlar )
İffət- Oy Səbuhi, bala gəl yaxına gəl. Anana yaxın dur. Sizi deyə-deyə öldü bədbəxin qızı.
Səbuhi- Yox ,ay xala ,bura yaxşıdı. Allah rəhmət eləsin.
Eldar-  Sən uşaqlığındakı kimi ölüdən yenə qorxursan?
Səbuhi- Əşi yox. Sənin kimi dirilərdən qorxuram. Qapqara geyinib gəlmisiniz. Nə əcəb Suriyaya getməmisiniz?
Eldar-  Cihaddan qaçmaq şirkdi. Lazim gələrsə gedəcəm
Səbuhi – Heç olmasa ailəni buna alət etmə. Orada öldürülənlərin arvadı uşağı əllərdə qalır.
Eldar- Cihad elə bir çağırışdır ki, ailəsini uşağını düşünüb ora getməyənlər cəhənnəmlikdir.
Molla Davud- Ailəsinə bu dünyada zillət yaşadanlarında yeri cəhənnəmdi.
Eldar- Sən sus! Səninkimilər qoymadı, bu milləti maariflənsin. Əsl islamı görsün.
Səbinə- Əsl İslam eta? Tvoy arvad görünmür. Arada çıxart gün görsün hava alsın.
Eldar-Səbinə, baxmaram ki, bacımsan. Səni doğrayaram.
Səbuhi- ( Eldara lağla)Sən o boyda savabın altına girmə məncə. Ağır olar sənə
Səbinə- Sizə dəxli yoxdu. Mən necəyəm. Ərim bilər, mən bilərəm
Eldar- (Səbinəyə)Əlhəmdülillah, sənin doğurdan ərin də var axı. Neynir o kişiciyəz?
İffət- Ay bala, ayıbdı. Ananınız cənazəsi ortada siz dava edirsiniz.
Səbuhi-  İslam bizim türkçülüyümüzə baltadır. Türkün ərəbin peyğəmbərinə ehtiyacı yoxdur.
Molla Davud- (Səbuhiyə) Bala, peyğəmbərin ərəbi, yəhudisi olmaz. Peyğəmbər dünyaya göndərilir.
Aslan- Niyə peyğəmbərlər hamısı Yaxın Şərqdən çıxıb. Oranın mistik bir aurası vardır.
İffət- Oy bacı, oy bacı...
Gülgün- Heç olmasa, bircə gün həmrəy olun. Anamız ölüb, anamız.- ( deyib içini çəkərək ağlayır)
Eldar- Qiyamət günü ana, bacı, ailə olmayacaq. Ölüb ölüb də. Aparıb dəfn edəcəyik.
Günel- Bunlar hamısı o lənətə gəlmiş mentalitetin qaliqlarıdır. Kökünü kəsmək lazımdır.
İffət-Ay bala, Həmid bayaq zəng etmişdi ki, çatır. Bir az gözləyin. On beş ildi anasını görmür, binəva.
Səbuhi- ( dodağının altında mızıldanır) Binəva. Amerikanın ortasında. Fürsəti qapdi getdi, bizə bir gün ağlamadı.
İffət-(Səbuhiyə) Nə dedin, bala?
Səbuhi- Heç , ay xala, deyirəm jurnalist babayıq da, çörəyimiz xəbərçilikdən çıxır, bınəva da Həmid olur.
İffət- Bala, öz zəhmətinlə çörək qazanmaq ayıb deyil ki?!
Səbinə- Gəl səni öpüm, ay xala. Bunların heç biri mənimlə danışmırlar ki, müğənniyəm. Nolub ,öz zəhmətimlə, namusumla çörək qazanıram.
Günel- nə qədər ki,  qadın kişinin iqtisadi asılılığındadı, mentalitet onu at kımı sağa,sola çapacaq.
Eldar- Əuzibillahi minəş şeytanırəcim. Namusunla qazanırsan bilirik. Ya Allaaaaaahhhhh( sıçrayıb ayağa durur və belindəki bıçaq görünür. Onun ətəyindən dartıb aşağı otuzdurmaq istəyən  arvadı  yerində səndələyir)
Səbuhi- Türk qadını açıq, azad olmalıdır. Türk qadınını yaşmaqlayan İslama ar olsun
İffət-(ağlayaraq) Ay bacııııı.
Gülgün- Anamızın ruhuna hörmət edin
Eldar- Qadın mal, əmtəə deyil ortada olsun. Çadra vacibdir.
Molla Davud- çadra yox,Hicab bala. Sənin qapqara geyindirdiyin heç kəsə xeyri yoxdu. Hicabını örtsün cəmiyyətə xeyirli olsun
Eldar- Qadının çöldə nə işi var. Qadın yalnız öz kişisinin və övladlarının ehtiyacını ödəməlidir vəsallam
Səbuhi- Türk qadının atdan endirən ərəb çarşabladı. Azad qadın heykəlinə eşq olsun.
Eldar-( Səbuhiyə) Ə bozqurdçu, indi deyirsən səni canavar əkib?
Səbuhi-( Eldara) Türkçülüyünü danan hər kəs manqurtdu.
Günel- Bu dəyərlərlə mən avropalıların qabağına necə çıxım?!
Eldar- Allahını danan hər kəs də kafir.
Molla Davud- Allahı və dini nələrəsə alət edənlər də kafirdi.
Eldar- Qoca, qoca. Qaşınma.Allah yolunda başını kəsdiyimiz hər bir rafizi bizə cənnətin qapısını açan açardır.
Aslan- Bir dəfə bir sünni,şiə və bir vəhabi məscidin həyətində bir-birini qırırdı. Səsləri mübahisələri dünyanı götürmüşdü. Bəlkə də saatlarla dalaşdılar. Sonra o qəfil bir xristian gəldi. Üçü də durub onunla mehriban –mehriban görüşdülər ki, bu kitab əhlidir.
Səbuhi- Mənim üçün Günəş var və daimi sönməyən alov var.
Eldar- Mənim dinimdə də sənin kimilər üçün cəhənnəm alovu var.
Gülgün – Ay millət, inancınızı araşdırmaqdansa, ananızı ağlayın
 (Hamısı eyni zamanda danışır)
Səbinə- Arımla, namusumla çörək qazanıram. Paxıllığımı belə çəkirsinizdə. Ölün
Eldar- Hamınızın başı kəsilməlidir. Quracayıq İslam dövlətini!
Molla Davud-  Bala, dövlətçiliyimizə ziyan vuranlara bu ölkədə yer yoxdur. Türkün vahidliyi İslamdan keçir.  Amma sənin “Allahu əkbər” deyib baş kəsdiyin İslamdan yox.
İdris- Bizim dövlətimiz inanclara və məzhəblərə qarşı həmişə tolerantlığı ilə seçilib.
Aslan- Bizim bu gün bura yiğişmağımızda bir mistika, konispralogiya var.
Tarıyel- Bizim dövlətin bir dənə qurtuluş yolu var: o da Rusiya ilə birləşməkdi.
Gülgün – Bu gün heç olmasa susun.
Pərdə salınır.



 İkinci pərdə
Molla Davud Quran oxuyur.  Hər kəs sakitcə dinləyir. Eldar və Elladadan başqa yenə hər kəs zaldadır. Dərin bir sükut içində arada Gülgünün hıçqırıqları eşidilir. Onun yanında dizlərini qatlayıb oturan rəfiqəsi  onun əlini sığallayır. Elə bu zaman mobil telefonu çalır və O, tez telefonun səsini azaldaraq ekranına baxır Və Gülgünə qardaşı Həmidin gəldiyini pıçıldayır. Gülgün ayağa durub otağı tərk edir.
Səbuhi-  Türkə Quran lazım deyil. Gərək Ulu atanı gətirəydim.
İffət- Boyyy, ay bala, Quransız ölümü olar?
Aslan – İslamın özünün bir mistikası var. Hər kəs onu anlamaz.
Molla Davud- Bala, bu gərdişi dəyişmək istəyənlərin hamısı  iflas etmiş. Quran haqqdır və yeganə kitabdır ki, dəyişilməyib, dəyişdirilməyib
( Bu zaman içəri girən Həmid və ailəsəni görən hər kəs səsini kəsir. Onlar şortikdə, qara eynəkli Həmidi, şalvarlı Tükəzbanı və çəhrayı paltarlı  oğlunu süzərək mat-mat baxırlar. Otaqda heç bir stulun olmadığını görən Həmid dodağını büzür.)
Həmid- Everybody salam. ( Gülgünə) Mən səni modern bir gənc  bilirəm. Hanı stullar?
Molla Davud-(Həmidə) Xoş gəlmisən bala. Ortada ananın cənazəsi var.
Həmid- Mən yerdə otura bilmirəm.
Tükəzban- Gedib on beş il sonra gəlirsən, yenə köhnə hamam, köhnə tas. Yolları asfatlaya bilərlər , ağacları əkib artıra bilərlər, amma təfəkkürü dəyişə bilməzlər.
Səbuhi- Nə olub bizim təfəkkürə. Lap əladır. Dəyişməyən səninkidir. Çıxdığın fermada da eyni təkəbbür, Amerikada  da eyni təkəbbür.
Səbinə-Priçom zdes Amerika. Həminki Tükəzbandıda. Aaz, yanındakı uzunsaç  oğlundu yoxsa qızın?
Tükəzban- Siz nə bilirsiniz ki?!  Oğlumdu. Bu il Kolumbiya universitetini qazanıb.
Səbinə- O çəhrayı paltarlarla hər yeri qazanar O
Həmid- (Tükəzbana)Bax mən dedim Zeynalı  gətirməyək.  Onlar azadlıq bilməyən kölələrdir.
Səbuhi- Türkün boynunu qərbli belə qırır. Çəhrayı paltarları geyindirir, sonra da deyir ki, sən Atillanın nəvəsi deyilsən, buralısan.
Günel- Hər kəsin azad seçimi olmalıdır. Mən əzəl gündən Zeynalı bu fikrində dəstəkləmişəm.
Tükəzban- Mənə stul verin .
Həmid- Mən bardaş qurmağı unutmuşam.
Bu vaxt içəri girən Eldar Həmidgilə salam vermədən aralıda oturur. Onun qara çadralı arvadını süzən Həmid qara eynəyini burnunun  üstünə itələyib üstündən onları süzür.Eldarın  qara uzun saqqalına nifrətlə baxan Tükəzban isə üzünü qırışdırıb kənara baxır.
Həmid-  ( Eldara) Sən ali təhsilli həkim idin, bu nə libasdı? Bu nə görkəmdi qardaş?
Eldar- Allahın yolunu tapmışam. Yarımca saat sən mənimlə söhbət etsən, inan əynindəki o şortiki aparıb yandırarsan
Həmid- Mən şortikimdən razıyam. Amma  o uzun saqqalın səni heç də düz yerə aparıb çıxarmayacaq.
İffət- (ağlayaraq)Ay bacııııııı.....
Səbuhi-  Türkün nə şortikə, nə də üzündə uzun saqqala ehtiyacı yoxdur.  Manqurtlar.
Tükəzban- Arada TV-i izləyin, sosial şəbəkələrə girin! Qloballaşın. Hələ də dınqır sazımdı sizdə. Ən betəri isə 1400 il öncəyə qayıdıb qapqara çadra geyinməkdi.
Ellada- Mənim çadram səni niyə narahat edir ki?
Eldar- Sus qadın burada namnəhrəm var. Səsini çıxartma!
Molla Davud- İslam qadına səsini çıxartma deyə qadağan qoymayıb. Kim çıxarıbsa bu qaydaları, Allah ona lənət etsin.
Səbinə- Nə din, nə Allah .Guya  bu danışdıqlarınız var?!  Guya ölüb cəhənnəmə gedəcəyik. Nə bilim hara gedəcəyik. Fuuu nagıl olub elə.
Aslan- Bir kosmonovat beyin cərrahına deyir ki, o qədər göydə uçmuşam ,bir dəfə də olsun Allaha rast gəlməmişəm. Allah yoxdu. Beyin cərrahı isə ona belə cavab verir:- Mən də nə qədər beyin əməliyyatı etmişəm, amma bir dəfə də olsun ağıla rast gəlməmişəm.
Həmid-  Dünyaca məşhur fizik Havkings belə Allahin yoxluğunu sübut etdi.
Gülgün- Varlığı olmayanın, yoxluğunu necə sübut etdi?
Həmid- Gülgün, sən modern təhsilli bir universitet məzunusan. Başını belə köhnə ideyalarla dolduracaqsansa, Amerika kimi  cənnətlər sənə uzaq bir planet kimi qalacaq.
Eldar- Bacım düz yoldadır. Onu kafirlərin və rafizilərin hiylələrindən qorumaq lazımdı.
Fatmanisə- Bu yazıq qadını dəfn etmək lazımdır.
Səbuhi- Gərək Ulu  atanı gətirəydim. “Mütləqə izhar”ı oxuyaydı anamın başının üstündə.
Tükəzban- Ehsan, yas gerilik əlamətidir. Onsuzda ölən onunla geri qayıtmır ki?!
Səbinə- Hə də, mən öləndən sonra ya özünü öldür ,ya kanala at nə fərqi. Əsas məsələ qoyma ölüm.
Molla Davud- ölüm bir şərbətdir hər kəs içəcək. Bu zamana qədər kimi ölümdən xilas edib, min il ömür verə bilmişik?!
Həmid- Bizim vizamız on beş günlükdü. Hələ dostlarla görüşməliyik.
Gülgün- Anamız ölüb və sizin ona ayırmağa üç gününüz yoxdu. Dul qadın bu qədər uşaq böyüdüb, təhsilləndirib əvəzində siz nə edirsiniz?
Eldar- Qəbri özüm qazacam.
Səbuhi- Qiblə lazım deyil. Üzü günəşə dəfn edək.
Eldar- Siz ayaq üstə dəfn eləməyə öyrəncəlisiz. Kafir, mən səninlə hələ bir otaqda nəfəs almağıma heyfsilənirəm.
Səbuhi- Sən kimə kafir deyirsən? Mən atanın izindəyəm.
Eldar- Ay Allah, bu gün bu otaqda nə qədər başı kəsilməli var. Allaaaaahhhh-( deyib belindəki bıçağı çıxarıb Səbuhiyə cumur. Bu zaman hamı ayağa qalxıb bir birtinə qarışır. Bircə Gülgünlə İffət cənazənin başından ayrılmadan ağlayırlar. Elə bu zaman Gülgünün yanına sinən Zeynal ingiliscə örtüyün altındakının nə olduğunu soruşur. Gülgün ona nənəsinin meyidi olduğunu deyəndə O, gözləri böyümüş halda ayağa qalxıb çığır-çığıra otağı tərk edir.
Pərdə.


                                               Üçünçü pərdə
Zal darmadağın. Qablar sındırılmış. Ayaq altına salınmış xalçalar dağıdılmış. Gülgün yenə anasının baş tərəfində oturub ağlayır. İçəridə qohum -qardaşdan heç kəs qalmayıb.  İçəri girən polis Nadir yavaşca Mollla Davuda yaxınlaşır.
Molla Davud-  ( polis Nadirə) Getdilərmi?
Polis Nadir- Aralaya bilmədik. Polis idarəsinə arpardılar. Aralarında Səbinə adlı qadın çox pis döyülüb
Aslan- Ananın ruhu  və fərqli düşüncəli övladlar. Qəribə taledır
Sərdar- Artıq vaxtdır, durub dəfn etməliyik. Onları gözləməyin mənası yoxdur.
Molla davud-( Quranı əlinə alıb oxumağa başlayır) Bismiləhi rahmani rəhim...
Yaşar- ( otağı tərk edə-edə)Vallah bu gün mütləq içməliyəm. Dərddən başımı itirmişəm. Daha mən dərdimi kimə deyəcəm?!
Gülçöhrə- Hər dəfə iynələrini vuranda əllərimi ovxalayar və deyərdi kaş sənin kimi gəlinim olaydı.
Gülgün- Hə, anam heç gəlin qayğısı görmədi.
İffət- Elə bil balalarının hərəsi bir millətdəndi. Heç cürə anlaşmırlar.
Aslan- Müxtəlifmədəniyyətlər və inteqrasiya  yeni nəsli manqurtlaşdırdı.
Şahid- ( Gülçöhrəyə) Bacı,  qəbir yerini qazdıq. Hər şey hazırdır.
Iffət- ( ağlayaraq)Oy bacı, yazıq bacı.
Cənazəni götürüb yavaş-yavaş oranı tərk edirlər. Molla Davud Quran oxuyur. Gülgün İffətin qoluna girərək onu oturduğu yerdən qaldırır.
Pərdə.

















.







                            
                 


`           

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...