8.20.2014

MİLLƏTSİZ VARLIQLAR



Keçən il valideynlərimə baş çəkmək uçun Rusiyaya getmişdim. Təbii ki, ilk dəfə olaraq baş çəkdiyim bu ölkə hər detalı ilə diqqətimi cəlb edirdi. Ruslar və almanlar həmişə dünya xalqları arasında dəqiqlikləri və məsuliyyətli olmaları ilə fərqləniblər. Bəli,  hər  şey kənardan belə görünür. Lakin bir ölkənin və ya evin halını orada yaşamadan anlamaqmümkün deyil. Əgər biri hər hansı bir iş haqqında qalın-qalın kitablar oxuyarkən, başqa biri onu təcrübədən keçirirsə, deməli ikinci birincidəın daha çox məlumata malik olur.Həyatımın ilk on ili sovet dövrünə təsadüf etsə də, rus xalqı haqqında çoxlu kitablar mütaliə etsəmdə, mən rus xalqını əyanı şəkildə yalnız keçən il gördüm. Lakin mənim məqsədim heç də rus xalqının sosioloji və ya başqa baxımdan analiz etmək deyil. Məqsədim bu səfər zamanı ən ağır işlərdə qadınların çalışdığını və buna baxmayaraq yenə qadının şiddətə məruz qaldığını önə çəkməkdir. Bu barədə oradakı rus milliyyətli rəfiqəmdən soruşduqda, O, dodaqlarını büzərək “Qadın hər yerdə qadındır. Qadının milləti olmaz”- deyə cavab verdi. Bəli, milləti olmayan varlıqlarıq. Bəs heç bir milli kateqoriyaya məxsus olmayan bu zərif məxluqlar vətənimizdə nə vəziyyətdədirlər? Televiziya kanallarının və ya saytların hər gün bar-bar bağırdığı cinayət xəbərlərinin başında qadınlara qarşı zorakılıq cınayətləri gəlir. Şərqlə qərbin arasında qalaraq həm Əli aşından, həm  də Vəli aşından olan bu millət məncə bu namus cınayətlərinə öyrəşib. Hətta arvadına azca hirslənən onu asanlıqla öldürüb adını “qısqanclıq və ya namusumu təmizlədim” qoya bilər. Bu qədər asan. Bəs qanunlar fərdləri necə qoruyur?  Gəlin buna bir neçə prizmadan baxaq:1.Əgər ölkə Qərb qanunları ilə idarə olunursa fərdin beyni isə Şərq adətlərindən qurtulmayıbsa, qanunla adətin arasında uçurum yaranır. Bu uçuruma düşüb parçalanan isə cəmiyyətin ən zəif üzvü – qadın olur.
2.Ölkə həm Qərb qanunu ilə idarə olunub, həm də adətlə hesablaşırsa, ikisinin arasında çaşbaş qalan fərd adətə görə hərəkət edib, qanuna görə mühakimə olunur.
Lakin bu iki prizmanın bir də görünməyən ortaq xətti var: Həmin millətin mənsub olduğu din.Din nə adət deyil, nə qanun( sohbət bizim dünyəvi dövlətimizdən gedir) Xəyanət atını minib mahal-mahal gəzən “İblis”-ə qarşı ən böyük silah olab iləcək dinimiz qadını adətdən fərqli olaraq  öldürülməsinin əleyhinədir. Dinimiz qadını mühakiməsiz öldürməyi qadağan edir. Hər hansı bir kəsin şəri və ya həqiqəti ilə kişi öz arvadını öldürmək haqqını qazana bilməz. Bu gün Avropa, Qərb deyib bağıran kəslərin İslama qara yaxmasını görərkən ona İslam sizin tapdaladığınız qadın hüqüqlarını yeganə tanıyan dindir. Elə bir din ki, qadımı ucaldır ona öz dəyərini verir. Qadını zinada günahlandırıb ona bir anda ölüm hökmü kəsən “müsəlmanların” peygəmbəri Hz.Məhəmmədin(s) düz 1400 il öncə zina etmiş bir qadınla etdiyi dialoq ibrətamizdir. Bir qadın Peyğəmbərimizin(s)yanına gələrək zina etdiyini və buna görə peşman olduğunu söyləyir. Sonra necə lazımdırsa cəzalanmasını istəyir. Peygəmbərimiz(s)ondan hamilə olduğunu öyrəndikdə övladını dünyaya gətirməsini istəyir. Sonra cəzanı kəsməyin mümkünlüyünü izah edir. Vaxt ötür, qadın övladını dünyaya gətirəndən sonra yenə peygəmbərin (s)yanına gəlir və xahişini təkrarlayır. Bu dəfə övladını süddən ayırmasını istəyən Peygəmbər(s) yenə ona zaman verir. Övladını süddən kəsdikdən sonra qadın yenə Peygəmbərin(s) qarşısına çıxıb cəzasını tələb edir. Allahın Rəsulu(s) ona uşagını böyütməyi buyurur. Yalnız uşaq yeriyib özünü idarə edəcək vəziyyətə gəldikdə qadının israrı ilə cəza: zinaya görə daşqalaq edilmə həyata keçirilir.
Namus anlayışını öz kiçik beyni ilə ölçüb, qərb qanunları ilə reallaşdırıb, el adəti ilə həyata keçirən məxluqlar bir dəfə də Allah qoyan qanunlara baxsalar...


Hiç yorum yok:

Yorum Gönder

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...