Mən də
tapdım öz süjet xəttimi oradan.İcazənizlə bölüşüm sizinlə.
Atası
Nigarın keçmişini,uşaqlığını bi sarısaç gözələ qurban verir.Ermənilər o vaxt Kəlbəcərə
od vuranda mənim də keçmişim orda yandı.Bir fotoşəkll belə yoxdu.Bəli,hər kəsin
öz əhvalatı var,hekayəsi var və onlar müqayisə edilməz.Lakin hislər,yaşanan
acılar müqayisə edilə bilər.
"Buqələmun"da
yazıçı insanların ürəyinə enməyi bacarıb.Bəzi yazarlar yaratdıqları obraza
robot kimi yanaşarlar,səhvsiz,amma müəllif Şahin obrazını yaradərkən ona qarşı
ürəyində böyük sevgi bəsləyib.Sanki,oxucularına"Şahini qınamayın" deyə
xitab edər.
Əsərin
süjet xətti,orada toxunulan mövzular,xüsusilə kitabın üz qabığı məni və ətrafımdakı
ziyalı xanımları heyran etdi.Hər kəs əsərin finalını çox bəyəndi,amma sözün
düzü mən bu finalla razı deyiləm.Finalı sanki Ofeliya özü yazıb.Yəni Ofeliyanın
romantikliyi bu sonluğu yaradıb.Şahinkimilər heç vaxt geri dönməzlər,onlarda
vicdan yoxdur.
Roman
mənə mənəvi zövq verməklə yanaşı tənbehdə etdi.Ofeliya maddi nəyi varsa itirir,əvəzində
insanlığını,Allahın tapır.Şahin isə həm mənəviyyatını,həm də canını
itirir.Boşanma adi bir haldı,nə olar ki,hər kəs boşana bilər.Amma bir ailənin
faciəsi odur ki,atası övladının gələcəyini bazarda satar.Bax,bu əhvalat kifayətdir
ki,bu roman oxunaqlı olsun.
Ümumilikdə
yazıçı bu günümüz üçün aktual olan bir çox mətləblərə toxunubmu yazıçı?Bu ədəbi
tənqidçilərin işidir.Əvvəldə qeyd etdiyim kimi biz adi oxucular ürəyimizə enməyi
bacaran hər bir əsəri sevə-sevə oxuyar və nəticəmizi çıxararıq.
Uğurlar
sizə Ülviyyə Tahir!
Allah
sizi buqələmun kimi insanlardan qorusun!
P.S. Yeri
gəlmişkən buqələmun heyvan adıdır.Heyvanların süuru isə yoxdur,amma hərəsinin
özünəməxsus spesifik xüsusiyyətləri var,insanın isə şüuruolduğundan bütün xüsusiyyətlər
onda cəm olub.Ona görə də insan yaradılmışların ən təhlükəlisidir...
GDU
Psixologiya fakultəsi tələbəsi Fazilə Məmmədova
Hiç yorum yok:
Yorum Gönder