Qərbin peygəmbəri Maltus
Özünün orta adını həmişə yazılarında qeyd etməyi
sevməyən Maltus bu günkü məşhurluğunu bilsəydi yəqin ki, çox təəccüblənərdi.
Ruhani olmasına baxmayaraq çox pessimist düşüncələrə malik olan Maltus bir
iqtisad alimi kimi şöhrətlənmişdir. Onun bu gün dünya tarixində yeri isə
formalaşdırdığı “Maltus nəzəriyyəsi” ilə əlaqədardır. Bu nəzəriyəyə görə dünya əhalisinin
sürətlə artması, qidanın tədricən yoxa çıxmasına və son olaraq insanlığın məhvinə
gətirib çıxaracaqdır. Bu yaxınlarda “Time” jurnalının köşə yazarlarından biri
Maltusun haqlı olmasına haqq qazandırır, hətta onu peygəmbər belə
adlandırmaqdan çəkinmirdi. Həftəlik “Nyu Statesman” də bu barədə öz mövqeyini
açıqlamaqdan çəkinmir :“ Yer kürəsi bu qədər insanı doyuzdura biləcək qədər zəngin
deyil” deyə Maltusun haqlı olmasını söyləyirdi.
Bu siyahiya sol liberal xəttdə dayanan “Guardian” da əlavə edə bilərik.
Melanxolik ruhda yazilmiş məqalədə qeyd olunur ki, təkamül nəzəriyyəsinin
yaranmasında Ç.Darvini ilhamlandıran Maltus haqlıdır. “Nyu York Times”-ın köşə
yazarı bu yaxınlarda yazdıgı yazılarından birinə hətta “Maltus haqlıdır” adlı
başlıq atmaqdan belə çəkinməmişdir.
Bu təriflərdən ibarət xor kappelasına diqqət kəsildikdən
sonra insanın aglına məntiqi bir sual gəlir: Maltus kimdir və hansı məsələdə
haqlıdır?
Tomas Robert Maltus (1766-1834) ingilis ruhanisi ve
iqtisadçısıdır. O, 1798- ci ildə( bəzi mənbələrə görə 1789-cu il) yazdığı
“Əhalinin sayı(populyasiyası)nəzəriyyəsi” kitabı ilə gündəmə gəlmişdir. Elə
kitabın ilk səhifələrində biz onun əhalinin artması haqqında nəzəriyyəsi ilə tanış ola bilərik.
Onun fikrincə əhalinin sayının tənzimlənməyəcəyi halda aclıq,səfalət və böhran
qaçınılmaz olacaqdır. Maltus əhalinin sayının qida maddələrinin kəmiyyəti ilə
uzlaşmadığını söyləyir və fikrinə sübut olaraq hətta bir düstur da irəli sürürdü.
Bu düstura görə dünya əhalisinin sayı həndəsi silsilə üzrə, qida maddələrinin kəmiyyəti
isə ədədi silsilə ilə artır( və ya ölçülür) Bu prinsipə görə Maltus, gec evlenmək,
az uşaq sahibi olmaq və s. təkliflərin dövlət tərəfindən tətbiqini mütləq hesab
edirdi. Bu siyasətə uygunlaşdırılmalı olan sinif kimi əsasən aşagı təbəqələr nəzərdə
tutulurdu. Nəticə olaraq,Maltus kasıb və ya yaşayış səviyyəsi aşağı olanlar
üçün yaradılmış dövlət proqramlarının əlehdarı idi. XX əsr Neo-Maltusçuların
fikrincə əhali artımına baxmayaraq fövqəladə vəziyyətin özünü o qədər büruzə
verməməsindəki başlıca amil texnologiyadır. Əgər
siz də əhalinin nəzarətsiz artımı faktına inanırsınızsa, onda qida mənbələrinin
yoxa çıxma məsələsində Maltus haqlıdır. Onun haqlı olması isə onun nəzəriyyəsin
pik nöqtəini sizin üçün açıqlayır. Bu pik nöqtədə Maltus əhalinin artımının nəzarətə
götürülməsi deyərkən doğumu azaltmağı deyil, əslində əhalinin müharibələrlə,
epidemiyalarla, kütləvi qırgin silahları ilə aradan götürülməsini nəzərdə
tuturdu.
Maltus tərəfdarları az qala bütün dünyanın qulaqlarına
çığıraraq “ Bəli, təbiət öz qisasını alacaqdır .Belə iş olarmı?! İnsanlar
dovşan kimi artır və təbiəti bütün resurslardan məhrum edirlər” bəyan edirlər
Lakin qəribə burasıdadır ki, Maltusun təxminən 120 vərəqlik kitabında bir cümləyə də təsadüf edilir ki, bu cümlə niyəsə Maltus tərəfdarlarının
diqqətini çəkmir.Maltus bu cümləni dəqiqliklə belə ifadə edir:” Əgər insan təbiətlə münasibətlərini nizamlamasa, təbiət özü bunu edəcəkdir” Deməli buradan
belə məntiqi nəticə çıxır: Heç bir nəzarətə ehtiyac olmadan
demoqrafiyanı tənzimləyən bir var. Ruhani olmasına baxmayaraq məmnuniyyətlə
insanların kütləvi qırgınına qol qoya biləcək bu şəxs bu cümləni kitaba
yanlışlıqlamı daxil edib yoxsa?!...
Bu gün bütün
dünyanı sirkələyən məhəlli müharibələr, epidemiyalar sanki bir gizlin əl vaitəsi
ilə Maltusun ideyalarını həyata keçirir. Bu gün Maltusun kabusu Yer kürəsində
dolaşarkən kütləvi insan qırginlarına lüzumsuz halda qol qoyanlar boş yerə özlərinə
haqq qazandırmasınlar. Çünki Maltusdan fərqli olaraq hələ də ruhunu Mefistotellərə
satmayan alimlər vardır ki, onlar insanları məhv edən deyil, xilas edə biləcək
kəşflər edir və edəcəklər.
Hiç yorum yok:
Yorum Gönder