Çəpər
Qucağımda balıq kimi sürüşən bu kişini otuz beş il
öncə evinə gəldiyimdə belə olacağnı mənə desəydilər, inanmazdım. Bax, onda mən getdim ora. O xəstə idi. Son günlərini yaşayırdı. O mənim gördüyüm zabitəli biri deyildi daha.. Dag kimi idi bir
zamanlar, amma indi ondan əsər əlamət qalmamışdı. Elə insanlar var ki, onlaın nəinki
öləcəyini, heç xəstələnəciyini belə xəyalına gətrmirsən. Amma dag kimi kişi
yıxıldı. Əməlli başlı- O, bunları danışarkən
həyəcanını gizlətmək üçün alnını ovuşdurur , o dəniz mavisi gözlərini
çiynimdən uzaqlara dikirdi.
-
Sizi
ki, heç qan bağı bağlamırdı. Niyə onu bu qədər sevirdiniz?
-
Bunu
heç kəs anlamaz. Birini sevərsən onu nə ata yerinə qoymarsan, nə əmi yerinə, nə
dayı yerinə. O ayrıca olar. Bəli mən övladlıq idim. O on il evlilikdən sonra mənimövlad
edilməyimə razı olmuşdu. Bibimin xətrinə dəyməmişdi. Mən onu görərkən ata bildim ,qardaş bildim. Ona olan sevgim bəlkə
də pərəstiş idi. Bəlkə də heç harada tapa bilmədiyim bir güvənmək hissi idi. O
can verəndə getdim . Qucaqlayıb bağrıma basdım. Qırışmış əllərindən doyunca
öpdüm. Bilirdim ki, öləcək. Nəfəsindən,
gözlərindən hiss edirdim. Amma ölməmiş
yenə edəcəyini etdi.- dərin bir ah çəkərək susdu. Mən onu xəyallar aləmindən
qoparmaq əvəzinə susdum. O isə sanki mən yox imişəm kimi dodaqlarının altında
mızıldanmağa başladı:
-
Qardaşı
qızları onun paltarlarını dəyişdirmək üçün qaldırıb soyundurdular. O isə titrəyən
əlləri ilə onlara müqavimət göstərir və bu zaman daha da gülünc vəziyyətə
düşürdü. Mən onun boynunun ardını öpərək yanagına doğru əyildim“ Qırışmısan ey.
Narahat olma görəcəyimiz bir şeyin qalmayıb”- deyə pıçıldayanda O, qımışdı və
dönüb dodaqlarını burnuma yapışdırdı. Uzun –uzadı gözlərimə baxaraq heç bir əlaqəsi
olmadan “ Mən bildim o vaxt çəpəri sən yandırdın. Mən bildim. Mənə halalıq
ver”dedi. Bunu eşidəndə ayaqlarım sanki boşluğa düşdü. Mən özümü o qədər qüvvəsiz
hiss etdim ki, elə bildim mənə söykənən bu qoca qaya daşına döndü. Nəfəsim bir
anda boğuldu. Gözlərimin önündə o qarğı çəpər çanlandı. Bax onda mən on üç yaşında idim. Heç olub səndə? Dünya rəngarəng
olur: səma mavi, su şəfaf. Bax indi də var: o səma,
o sular. Amma nə onlar əvvəlki rəngindədir, nə
mən. O rəngarəng dünyamdan qopdum o gün. Yıxıldım. Yıxılmaq da cürbəcürdür.
Pis yerdən yıxılanda illərlə özünə gəlmirsən. Çətin olur. Nə isə.- O yerindən
qalxaraq otağı tərk etdi. Mən söhbətin
yarıda qırılmasını özümə dərd etməmiş, O geri qayıtdı. Örpəyini yüngülcə sancaqlayıb
-
Bəlkə
çıxaq bir havamızı dəyişək- deyəndə mən onun tamamilə söhbətdən yayındığını
düşündüm. On dəqiqə sonra dəniz kənarı parkın şıltaq mehi bizim paltarlarımızla
oynamağa başladı. O isə sanki hansısa aləmdə
ilişib qalıbmiş kimi hey susurdu. Bir anlıq mənə elə gəldi ki, onun yarasını
deşdim. Gərək heç bu söhbətə başlamağına imkan verməmyəydim. Içimdəki
peşmançılıq və maraq canavarları çarpışarkən O, qəfil dilləndi:
-
Mənə
kişi qadın münasibətləri çox gec çatıb. Ərə getmək ,sevmək belə şeylər həmişə mənə
gülməli gəlib. Mənim üçün hər şey bir oyun idi. Lakin tez-tez onun evə gəlməməyi, evi saymamağı beynimi
qarşıdırırdı. O evdə hər kəsin üstünə qışqıra bilərdi, amma mənə yox. Mən onun
üçün başqa idim. Indi əlli yaşımı keçəndən sonra anlayıram. Əslində, O məndən
qorxurmuş. Mən nə edə bilərdim ki, cılız on üç yaşlı qızcığaz-deyə sual edərsən.
Bax əzizim – o dənizə arxasını çevirərək dəmir məhəccərlərə söykəndi və davam
etdi- insanlar birilərini tərbiyə edib böyüdərkən o simada öz əkslərini görmək
istərlər. Amma o əks böyüdükcə, yəni o qabın şəklini aldıqca ondan qorxarlar.
Çünki özlərini güzgüdə görərlər. Insanlar isə özlərini düzətməkdən daha çox
güzgüləri qırmağa üstünlük verərlər. Bax mən eyni onun kimi idim. Onun xarakteri
tamamilə mənə köçmüşdü. Amma ətrafda ağzı pis arvadların qeybətləri mənim
başımı xarab etmişdi.Hamı danışırdı. Hər kəs onun kirvəmizin dul bacısı ilə
olan münasibətindən dəm vururdu. Bu məsələ
ağzı pis arvadların saqqızına, kişilərin isə həsəd yerinə çevrilmişdi. Bircə
bibim susurdu. Onun sükutunu indi də anlaya bilmirəm. Niyə bir qadın ərinin bu
qədər xəyanətinə göz yumar. Bax belə qadınlara həm acığım tutur, həm də onların
səbrinə heyran qalıram. Bibim tipdə qadınların ağzının çəpəri olur və o çəpərdən
nə bir söz çıxar, nə də şikayət. Bəs mən nə
etdim? Əslində o zaman arvadlara
inanmırdım. Fikirləşirdim ki, bu onu istəməyənlərin uydurmasıdır. Pis
qonşuların şəridir. Mən düşünürdüm ki, əgər bu qadınla onun əlaqəsi varsa, bu
qadın nə üzlə gəlib bizim süfrəmizin qırağında otura bilir, nə üzlə bibimin üzünə baxa bilir. Bax bu mənə
çatmırdı. Və bir gün ... O gün olmasaydı, yəqin ki, mən o rəngli dünyamdan çətin
qopardım. Amma oldu
.
Isti yay günü idi. Mən aşagıdan – meyvə bağından gəlirdim.
Elə yola çıxmaq üzrə idim ki, onu
gördüm. Bilmirəm niyə amma tut ağacının altına sindim. O əlini uzadıb həyətin qapını
açmaq istəyirdi. Lakin bir dəqiqə sonra fikrindən yayınıb sürətlə torpaq yolla
uzüaşagı düşməyə başladı. Mən
ağacların dibinə sinə-sinə onun ardınca
yollandım. Bunu niyə edirdim? Bilmirəm. Bəlkə də qulağımı pis doldurmuşdular.
Getdim onun arxasınca. Az sonra onun dogurdan onların evinə getdiyin tamam dəqiq bildim. O içəri keçəndə qarğı çəpərin dibinə
sığındım. Məndən on metr aralı gənclər söyüd ağacının altında kart
oynayırdılar. Elə qızışmışdılar ki, dünya dağılsaydı bilməyəcəkdilər. Qarğı çəpərin yarıq yerindən içəri keçdim.
Özüm sərbəst halda evə tərəf irəlilədim. Həyətdə heç kəs yox
idi. Bəlkə də təşkil olunmuş görüş idi. Bilmirəm. Amma ürəyimdə bir
arxayınlıqla həyəti dolaşırdım. Çünki hər nə olsa da bura kirvəmizin evi
idi. Bəd ayaqda uşaqlarla oynamağa gəlmişəm-
deyib aradan çıxa bilərdim. Istinktiv olaraq əsas girişdən deyil, arxa tərəfdən
fırlandım. Mətbəxdən keçəndə indiki kimi
yadımdadır: qazın üstündə dovga var idi. Qaynayırdı. Deməli dovganı bulayan yaxınlarda olmalıdır-
deyə ətrafa sürətlə baxdım.Lakin heç kəs yox idi. Mətbəxin aralı qapısından həyatımı
alt –üst edəcək mənzərəni gördüm.- O qəfildən susdu və gözlərindən sel kimi
tökülən göz yaşlarını bu dəfə gizlətmədi. Mən yenə sükutla ona cibimdən
çıxardığım salfeti uzatdım. O salfeti alaraq gözlərini sildi və ilk dəfə üzümə diqqətlə baxaraq davam etdi:
-Xəyanət elə bir şeydir ki, onu görənə qədər onu
haqqında yüz xəyalın ola bilər. Sanki bir gəminin kapitanı ikən, sükanın əslində
başqasının əlində oldugunu fərq edərsən. Mənə isə nə sükan maraqlı idi, nə gəmi.
Mən müqəddəs bildiyim bir adamın –ta on beş yaşıma qədər ata bildiyim adamın məndən
iki addım o tərəfdə o arsız qadını necə bağrına basdığını
görürdüm. Mən o an bibimi, o qadınla bir tərəziyə qoyacaq ağıla malik deyildim.
Onlar o tərəfdə qucaqlaşıb bir-birlərinə nəsə pıçıldayarkən bu tərəfdə- mətbəxin
aralı qapısında daş heykələ dönmüşdüm. Sonra qəfil ayıldım. Qazın üstündəki
dovga qaynayıb tökülür mən isə lenti astalaşdırılmış film kadrı kimi oradan
uzaqlaşırdım. Oranı tərk edəndə əlimə ilişən kibrit qutusunu götürdüm. On dəqiqə
sonra alışan çəpərin hay-harayına kimlər toplandı ondan xəbərm olmadı.Bir həftə ağzı üstə yatdım. Özümə gələ bilmirdim. O
qarğı çəpərdən ötrü o kart oynayan cavanları tutdular. Nə üçünsə üç gün sonra
buraxdılar.
- -Bəs
sonra nə oldu? O qadından aralandı?
- = Xəyanətlərin
xərci baha olur. O qadın üzümüzə gülə-gülə bizim evdən külli miqdarda pul
apardı. Atam heç nəyi sübut edə bilmədi,
ondan sonra özünə gələ bilmədi. “Xəyanətə” dözə bilmədi. Nə isə sənin də kefini
pozdum. Deyirlər e həyatımı yazsan roman olar,
inan hamı elədir. Hərənin həyatı bir romandı. Baxır kim o romandan nə nəticə
çıxarır. Nə isə gəl gedək. Bəlkə xoş bir şeylər danışasan kefimiz açılsın. Hə nə
deyirsən- O məni dürtmələyərək gülümsədi.
Hiç yorum yok:
Yorum Gönder