Dünya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Dünya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

3.27.2020

İnsan fenomeni


Çox müəmmalı və sirli bir mərhələni keçirik. Bəzən mənə elə gəlir, nəhəng bir yoldayıq, bəşəriyyət dumana düşüb. Duman üçün faralar işə yaramır, texnologiya dalana dirənib və bu yolda olan hər kəs və hər kəs son model avtomobilində olan da, köhnə dağılmaq üzrə olan maşının sərnişinləri də ilişiblər. Yol qaydaları səs ucaldanlarla qışqıran polislərlə “nizamlansa da”  onlar da işin mübhəmliyində boğulublar. Bu anda  gözlərimin önündə  insan fenomenin nəhəngliyi canlanır.  Artıq ikinci yüz illikdir insan özünə potensial qoyur. Artıq ikinci yüz illikdir insan elmin qüdrətinə inanır və bu inancı onda elə arxayınlıq yaradıb ki, o artıq  özünü ona təslim edib. Məşhur bir ibarə var deyirlər ki, əslində psixologiya elmi dinin qucağında doğulub, amma dindən fərqli olaraq o sizi cəhənnəm odu ilə qorxutmur. Bəli, insan kilsə, məscid əvəzinə  psixoloqa üz tutdu, çünki təhdid edilməkdən, qorxudan canını qurtarırdı. XX əsr insana məsuliyyətsizlik bəxş etdi. Bu məsuliyyətsizlik  insana iki nəhəng Dünya müharibəsi və Yer kürəsinin qlobal çaxnaşmasını (ekoloji və siyasi)  bəxş etdi. Tanrı öldü, sizi təbrik edirəm, qazandınız, amma özünüzü Tanrının ölümsüzlüyünü qeyd edən nasistlərin və kommunistlərin qucağında tapdınız. Onlar Tanrının heçliyində və nihilizmində qərq olarkən, insanlar konslagerlərdə, qaz kameralarında boğuldular. Bəli, insan fenomeni  bizə - bəşəriyyətə bunu gətirdi. Tanrı səhnədən çəkildi və dedi: “Buyur, idarə et, sənindir meydan”.  İnsan futbol meydançası görmüş uşaq kimi  topunu götürüb yüyürdü, amma topunun partlayacağını təxmin etmədi.
 İndi dumanlı yolda qalmışıq, insana dəfələrlə aciz olduğu xatırladılmasına baxmayaraq, o bir virusluq canını götürüb yenə konispiralogiyalar istehsal edir və  müxtəlif təxminlərlə özünü ovundurur və bu zaman qəbilə fetişizmindən can qurtara bilməyən şaman kimi gülünc olduğunun fərqində deyil. Bəli, iki yüz ildir insanı istehsal edilən kinolar, sənədli filmlər, dünyanın idarə olunması haqqında yazılan saysız kitablar iki şeyə inandırıb:
1 . Onlar hər bir əməlin insanın başının altından çıxdığına inanırlar. Onlar insan fenomeninə Tanrıdan daha çox ibadət edirlər.
2 .   Reallıqla, yalanın sərhəddini itirdilər. Dövlər öz  əvvəlki mexanizmini itirərək onlar üçün ya daim tam həqiqət taxtı, ya da yalan mərkəzi kimi fəaliyyət göstərməyə başladı. Bu zaman orta həddi gözləyən insan meyarı ortadan qalxdı.
 İndi cəmiyyətin küçələrdən çəkilməməyinə, reallığı qəbul etməməyinə təəccüblənməyin. Çünki onlar hələ də insan amilinə inanırlar. Halbuki illərdi pərdələnmiş  dini inancımız da insanın ali zirvələrə qalxmasını  istisna etməyib. Amma.... Bəli, bu amma çox böyük məsələdir. Alimlərdən biri deyir ki, qalaktikaların çoxluğu və kəşflərin limitsizliyi bizə Yer kürəsinin nə qədər xırda olduğunu və bizim bu kainatda nə qədər  balaca bir yer tuduğumuzu sübut etdi. Amma insan  neylədi? O bu kəşfin təkəbbüründə boğularkən qapını bir gözə görünməz döydü. Qapını açan insan orada heç kəsin olmadığını görüb örtdü. Çünki insan elmin gözəgörünməzləri təsdiq etdiyini bilsə də, onları görmək qabiliyyətini hələ özündə inkişaf etdirə bilməyib. İnsan öz potensialını nə qədər zəngin, populyar olmasına və rifahına xərcləyib, onun inanc sistemində psixoloq var, amma bu da yarımcıqdır.
                Bu mövzunu  o ki var uzada bilərəm. Tanrının  özünə sərmayə qoy, ucal, elm sahibi ol tövsiyəsini arxa plana atan insan, öz yaratdığı elmin acızliyini dərk etdi. Çünki elm mənəviyyatsız olduqda ancaq kütlə  yaradar və o kütlə də  istənilən halda nəzarətdən çıxar. O kütlə tamaşaçıdır, onun Romadakı qladiator döyüşlərini izləyənlərdən elə fərqi yoxdur. Onlar Yəməndə açlıqdan və vəbadan qırılan körpələrə göz yumurlar, Çində uyğurlara, Hindistanda müsəlmanlara, rohincalılara, fələstinlilərə, bosniyalılara, Afrikada milyonlarla ac insanlara  sadəcə olaraq tamaşaçıdılar. Onlar ilk böhranda iflasa uğradılar. Tualet kağızları üstündə vuruşdular, göndərilmiş maskaları verməkdən imtina etdilər və az qala dəniz quldurluğuna qurşandılar...
           Bəli, dumanda insan  dayanmalıdır. Duman çəkilənə kimi, tufan yatana kimi bir sığınacaq tapıb özünü, ailəsini qorumalıdır. Bu zaman isə iki yüz ildir başına qoyduğu “papağı”  qabağına qoyub düşünməlidir: Harda səhv etmişəm? Harda?.....


5.04.2014

Məhv edilmniş qadınlıq yaxud Amerika arzusu

                               Məhv edilmiş qadınlıq yaxud Amerika arzusu
Seksual inqilab Amerikalı qadınlar üçün ugurlu oldumu?!  Qətiyyən. Bu gün bu fakt olaraq Amerika cəmiyyətini ənçox narahat edən məsələlərdən biridir. Bu gün bu inqilab qadınlar üçün əsas fəlakətlərdən biridir. ABŞ-da kişilər qadınlara yalnız qarşı cıinsın istək mənbəyi kimi baxırlar  və bu da fövqaladə şəkildə mədəniyyətin dəyişilməsinə gətirib çıxarmışdır.  Və nəticə olaraq Amerika bu gün yeniyetmə hamiləliyinə görə dünyada birinci yerdədir.  Təkcə STD  virusuna ildə 19 milyon insan yoluxur. Ən ümdəsi isə doğulan uşaqların demək olar ki, yarısı nikahdan kənar doğulanlardır. Bu da Amerikada ənənəvi ailə sistemlərinin çökməsinə gətirib çıxarır ki, bunu artıq özləri də etiraf etməyə başlayıblar. Amma hələ ki, kimsə çıxıb amerikan qadınına nigaha qədər özünü qoru və ya daha qapalı geyin deməyib.Əgər bunlardan ikisindən birinə əməl olunsaydı bu gün Amerika yeniyetmə hamiləliyindən , AİDS –dən və nigahdan kənar dogulan uşaqların kütləvi abortundan əziyyət çəkməzdi. Statistik mənbələr bu  inqilabın qadın üzərindəki təsirlərini  bir neçə maddəyə ayırıblar ki, çalışıb aşagıda sizi bunlarla tanış edəcəm.
1.       Hər il 19 milyon insan STD-ə yoluxur.  Bu hal əsasən 18-24 yaş arası gəncləri əhatə edir ki, onların çoxu bununla da  sağlamlıqlarınıı itirirlər.
2.       ABŞ hər il cınsı xəstəliklərin müalicəsi üçün 17.000 000  000 dollar ayırır.
3.       2011-ci ilin məlumatına görə ABŞ-da xlamida virusunun 14 milyondan çox səbəbi müəyyən edilmişdir. Bu səbəblərin 33% gənclərin 20 yaşlarında yoluxmagı ilə nəticələnmişdir.
4.       Amerikada 14-49 yaş arası hər altı nəfərdən birində cinsi herpes xəstəliyi vardır.
5.       24000 Amerkan qadını hələ də naməlum ( gizli) STD vəziyyətində yaşayır.
                                                
6.       Bugün Amerikada məktəblilərin 47% cinsi münasibətlərin nə oldugunu bilir və bunu bir həyat tərzinə çeviriblər.
7.       Təəssüf ediləsi haldır ki, Amerikada dörd qızdan biri yoluxucu  xəstəliklər daşıyır ki, bu da onlara çox erkən yaşda bulaşıb.
8.       Yeniyetmələrin 24% artıq STD daşıyıcısıdırlar ki, onlar da qətiyyən bundan çəkinmədən və bəzən də anlamadan  bunu qarşı cınsə bunu yoluxdururlar.
9.       ABŞ-da hər beş qızdan biri yeniyetmə yaşında ana olmaq məcburiyyətindədir
10.   Bu gün bu da faktdır ki, Amerika yeniyetmə hamiləliyinə görə dünyada birinci yerdə gedir və bu Kanadadn iki dəfə , Fransadan dörd dəfə , Yaponiyadan isə yeddi dəfə çox deməkdir.
11.   Əgər insanlara ailə həyatı qurana qədər cinsi münasibətlərə qadağan qoyulmayıbsa, onlar nə ərə getməyəcəklər, nə evlənməyəcəklər. Amerika Sosial Araşdırmalar Mərkəzinin tədqiqatlarına əsasən çox az sayda insan 18 yaşda ailə həyatı qurur. Amma 1960-cı illərdə onların 72% böyüklər tərəfihdən evləndirilir və onların əxlaqı tənzimlənirdi.
12.   Bu gün 44% -dən də z sayda insan 24-34 yaş arası ailə həyatı qurur.
13.   Amerikada cütlüklərin yarıdan çoxu nigahdan öncə birlikdə yaşayırlar.
14.   Onların bu həyat tərzlərində ayrılma ehtimalı nigahdan sonra ayrılmadan daha çoxdur.
15.   Amerika boşanma statistikasına görə də dünyada öndə gedən ölkələrdən biridir.
16.   Və nəticə olaraq Amerikada hər dörd uşaqdan biri də tək valideynlə yaşayır və yetişir.
17.   Təxminən 42% qadın tənha anadır və qidasını yalnız başına təmin etmək məcburiyyətindədir.
18.   Seksual inqilab qadını tamamilə ticarət və istək obyektinə çevirmişdir ki, bu da Amerikada porno filmlərin çəkilişlərinin və satışının yüksək səviyyəyə çatdırmışdır.Artıq bu elə inhisarçılığa çevrilmişdir ki, əhalinin 33% bu websitelere baş çəkmədən və ya belə filmləri izləmədən həyat sürə bilmirlər. Bu dünya xalqlarının tarixində görünməmiş bir partlayışdır.
19.   Tədqiqatlar müəyyən etmişdir ki, əhalinin 25% (əgər net bağlantısı varsa) iş yerində olduğu müddətdə belə websitelərə və saytlara mütləq baş çəkirlər
20.   1973-cü ildə Roe. v . Uayld qanunu ilə leqallaşdırılan abort artıq həyat tərzi kimi amerikalıların yaşamını tənzimlədi.
21.   Kütləvi abortlar və ya RU 486 abort dərmanını istifadəsi nəticəsində hər il Amerikada milyonlarla insan bu işi həyata keçirir.
 Çox çirkin müqayisə olsa da qeyd edilməlidir ki, Amerikada abort olunan körpələrin sayı bu dövlətin  indiyə kimi müharibələrdə itirdiyi əsgərlərin sayına bərabərdirSon statistik məlumata görə Vaşinqtonda hamilə qadınların 41% bu vəziyyətlərinə abortla son verirlər.
  Və ən maraqlısı da budur ki, bu abortların çoxu komfort naminə edilir. Insanlar həyatlarındakı bu maniədən sadəcə olaraq qurtulurlar.
Bədbəxtlikdən bu gün dünya mədəniyyətindən ayrılmaq və özünə ayrıca yol cızmaq demək olar ki, mümkünsüz hala gəlib. Televizorda belə mənzərələr, filmlərdə erotik çagırışlar və hətta ən kiçik reklam roliklərində insanlar bu halla üzbəüzdülər. Bu gün bəşəriyyət elə bir vəziyyətə gəlib çatmışdır ki, kimlərsə istismar olunur, kimlərsə istismar edir. Lakin daş dövründən bu yana fərqlənməyən və heç bir dəyişikliyə uğramayan cinsi münasibətlərin qubanı niyə qadınlar olmalıdır?! Bütün dünyanın can atdığı Amerika xəyalı budursa bizim gələcək nəsillərin hansı xəstəliklərdən əziyyət çəkəcəyi və nələrə görə  həyatlarını itircəkləri məncə məlumdur.



Məqalə  Devvy Kiddin araşdırmaları və tədqiqatları əsasında yazılmışdır.

5.03.2014

Qərbin peyğəmbəri Maltus

                               Qərbin peygəmbəri Maltus
Özünün orta adını həmişə yazılarında qeyd etməyi sevməyən Maltus bu günkü məşhurluğunu bilsəydi yəqin ki, çox təəccüblənərdi. Ruhani olmasına baxmayaraq çox pessimist düşüncələrə malik olan Maltus bir iqtisad alimi kimi şöhrətlənmişdir. Onun bu gün dünya tarixində yeri isə formalaşdırdığı “Maltus nəzəriyyəsi” ilə əlaqədardır. Bu nəzəriyəyə görə dünya əhalisinin sürətlə artması, qidanın tədricən yoxa çıxmasına və son olaraq insanlığın məhvinə gətirib çıxaracaqdır. Bu yaxınlarda “Time” jurnalının köşə yazarlarından biri Maltusun haqlı olmasına haqq qazandırır, hətta onu peygəmbər belə adlandırmaqdan çəkinmirdi. Həftəlik “Nyu Statesman” də bu barədə öz mövqeyini açıqlamaqdan çəkinmir :“ Yer kürəsi bu qədər insanı doyuzdura biləcək qədər zəngin deyil” deyə  Maltusun haqlı olmasını söyləyirdi. Bu siyahiya sol liberal xəttdə dayanan “Guardian” da əlavə edə bilərik. Melanxolik ruhda yazilmiş məqalədə qeyd olunur ki, təkamül nəzəriyyəsinin yaranmasında Ç.Darvini ilhamlandıran Maltus haqlıdır. “Nyu York Times”-ın köşə yazarı bu yaxınlarda yazdıgı yazılarından birinə hətta “Maltus haqlıdır” adlı başlıq atmaqdan belə çəkinməmişdir.
Bu təriflərdən ibarət xor kappelasına diqqət kəsildikdən sonra insanın aglına məntiqi bir sual gəlir: Maltus kimdir və hansı məsələdə haqlıdır?
Tomas Robert Maltus (1766-1834) ingilis ruhanisi ve iqtisadçısıdır. O, 1798- ci ildə( bəzi mənbələrə görə 1789-cu il) yazdığı “Əhalinin sayı(populyasiyası)nəzəriyyəsi” kitabı ilə gündəmə gəlmişdir. Elə kitabın ilk səhifələrində biz onun əhalinin artması haqqında nəzəriyyəsi ilə tanış ola bilərik. Onun fikrincə əhalinin sayının tənzimlənməyəcəyi halda aclıq,səfalət və böhran qaçınılmaz olacaqdır. Maltus əhalinin sayının qida maddələrinin kəmiyyəti ilə uzlaşmadığını söyləyir və fikrinə sübut olaraq hətta bir düstur da irəli sürürdü. Bu düstura görə dünya əhalisinin sayı həndəsi silsilə üzrə, qida maddələrinin kəmiyyəti isə ədədi silsilə ilə artır( və ya ölçülür) Bu prinsipə görə Maltus, gec evlenmək, az uşaq sahibi olmaq və s. təkliflərin dövlət tərəfindən tətbiqini mütləq hesab edirdi. Bu siyasətə uygunlaşdırılmalı olan sinif kimi əsasən aşagı təbəqələr nəzərdə tutulurdu. Nəticə olaraq,Maltus kasıb və ya yaşayış səviyyəsi aşağı olanlar üçün yaradılmış dövlət proqramlarının əlehdarı idi. XX əsr Neo-Maltusçuların fikrincə əhali artımına baxmayaraq fövqəladə vəziyyətin özünü o qədər büruzə verməməsindəki başlıca amil texnologiyadır. Əgər siz də əhalinin nəzarətsiz artımı faktına inanırsınızsa, onda qida mənbələrinin yoxa çıxma məsələsində Maltus haqlıdır. Onun haqlı olması isə onun nəzəriyyəsin pik nöqtəini sizin üçün açıqlayır. Bu pik nöqtədə Maltus əhalinin artımının nəzarətə götürülməsi deyərkən doğumu azaltmağı deyil, əslində əhalinin müharibələrlə, epidemiyalarla, kütləvi qırgin silahları ilə aradan götürülməsini nəzərdə tuturdu.
Maltus tərəfdarları az qala bütün dünyanın qulaqlarına çığıraraq “ Bəli, təbiət öz qisasını alacaqdır .Belə iş olarmı?! İnsanlar dovşan kimi artır və təbiəti bütün resurslardan məhrum edirlər” bəyan edirlər
Lakin qəribə burasıdadır ki, Maltusun təxminən 120 vərəqlik kitabında bir cümləyə də təsadüf edilir ki, bu cümlə niyəsə Maltus tərəfdarlarının diqqətini çəkmir.Maltus bu cümləni dəqiqliklə belə ifadə edir:” Əgər insan təbiətlə münasibətlərini nizamlamasa, təbiət özü bunu edəcəkdir” Deməli buradan belə məntiqi nəticə çıxır: Heç bir nəzarətə ehtiyac olmadan demoqrafiyanı tənzimləyən bir var. Ruhani olmasına baxmayaraq məmnuniyyətlə insanların kütləvi qırgınına qol qoya biləcək bu şəxs bu cümləni kitaba yanlışlıqlamı daxil edib yoxsa?!...

 Bu gün bütün dünyanı sirkələyən məhəlli müharibələr, epidemiyalar sanki bir gizlin əl vaitəsi ilə Maltusun ideyalarını həyata keçirir. Bu gün Maltusun kabusu Yer kürəsində dolaşarkən kütləvi insan qırginlarına lüzumsuz halda qol qoyanlar boş yerə özlərinə haqq qazandırmasınlar. Çünki Maltusdan fərqli olaraq hələ də ruhunu Mefistotellərə satmayan alimlər vardır ki, onlar insanları məhv edən deyil, xilas edə biləcək kəşflər edir və edəcəklər. 

Yaddaş

“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan  bir balaca gölməç...