Balaca
yerin böyük qaydaları olur- deyə pıçıldadı qoca dərviş.
Sən
kimsən?- deyə soruşmaq istədi amma gücü yetmədi. Adəmdən bəri at belində idi. Nəfəsi
tıncıxmışdı. Gördüyü insanların xatırlamacayaq qədər yol qət etmişdi. Şərin Xeyrin gözlərini çıxartdığını , Bayquşların
söhbətini , Şəhrizadın nağıllarını eşitmişdi. Yorğun idi. Arada ona elə gəlirdi
ki ,çapdığı atın belinə yapışıb ,oradan heç qopmayacaq.
-Bəşər
övladı xoşbəxtlik nağılına inandırılıb. Ehh , necə də dəyirmanda gözləri bağlı
ata bənzəyirsiz. Qarşınızda siz fırlandıqca , nəfəsini tükətdikcə ot bağlanmış
taxtanı da hərəkətə gətirirsiniz. Siz sürətinizi artırırsınız,o da sürətlənir .Qazanan
dəyirmandı.Üyünüb gedən buğda ya da buna ömür deyək.- qəhqəhə çəkdi Mefistotel
.
O
qaçan atlara and olsun ki , mən bir gün qoyduğumun bütün qaydaların hesabını
soruşacam. Yer dümdüz olacaq. Meydan kimi geniş. Hər kəs ora gələcək.-xəbərdarlıq
onların qulaqlarından könüllərinə yol tapa bilmirdi.
Atlı Adəmdən
bəri yol gəlirdi. Atlı o meydana tələsirdi.
-İnsanlar
məğlub olduları yerə niyə yenə gəlsinlər ki?!- Çörçil Stalindən soruşdu.
-İnsanlar
cinayət törətdikləri yerə niyə gəlirlərsə , ona görə- deyə cavabladı Stalin.
Atlı dərvişə tərəfə dönərək bu dəfə var qüvvəsi
ilə soruşdu.
-Balaca yerlərin qanunlarını necə dəyişək?
Dərviş ağıllı nəzərlərini uzaq üfüqdə qürub edən
günəşə dikərək susdu.
-Əgər birliklərini gücünü daxildən zəiflədə
bilmirsinizsə onların dil oyunlarını kəşf edin.- alim mədəniyyətlərini açarını
ona təqdim etdi. O açarı cibinə qoyub üçüncü dünya müharibəsinə yollandı. Atlı bilirdi ki , açarlı insan kəpənk effekti
ilə silahlanıb , dil oyunları tələ qurub. Üzü üfüqə doğru tələsirdi hər ikisi. Biri
ədalətin görüşünə , biri ədalətin məğlubiyyətinə. İkinci inanırdı ki , çoxluq
azlığı məğlub edəcək qüvvədə olacaq.
Əlini qayığın
kənarına atdı. Çapaladı soyuq suda. Körpə ağlı hələ də kəsmirdi ki , hardadı. Onda
gördü atası , anası böyük dalğalarla çarpışır. Qollarına daha gücü çatmadı. O,nə
üçün burada olduğunu , niyə üşüdüyünü , müharibəni , qanı bilmirdi. O , heç
vaxt nifrətin nə olduğunu bilməyəcəkdi. Onu dalğalar sürükləyib sahilə atdı.
Sabah bütün qəzetlər ondan yazacaqdı , bütün dünya bu kiçik immiqranta
ağlayacaqdı. Amma bunların hamısı sabah olacaqdı. Onun meyidindən azacıq o tərəfdə
yoqa ilə məşğul olanlar kainatdan müsbət enerji gözləyirdilər.
Atlı
baxışları üfüqdə ilişib qalmış qocadan yenə soruşmağa cəhd etdi , amma qoca dərviş
şəhadət barmağını qaldıraraq səmaya işarə etdi.
-Sən
donmaq bilirsən necə olur? Hissə-hissə,yavaş-yavaş.Sanki şirin bir yuxuya
gedirsən.
-Ana
Qar kraliçası ona görə üşümürmüş?- donmaqda olan sonuncu xocalı körpəsi
pıçıldadı.
-Yat
, körpəm biz yuxuya gedirik , qar kraliçası gəlib onun yanına gedirik ,yat
şirin balam...
Atlı
atını mahmızlayaraq istədi səbirsizcə qoca dərvişin qarşısında dövrə
vursun. Sualın cavabı onu çatladırdı.Qoca istehza ilə gülümsəyərək
-Nə olub? Səbirsiz insan.Necədə Naqasakidən
Xerosimaya yaralı gətirilmiş adama bənzəyirsən.
Nə qədər tələssən gilyotinə o qədər tez göndəriləcəksən.
Atı unutma.Dəyirmandakı atı...
Atlı sükuta qərq oldu.
Kiçik yerin qanunları böyük olur-deyə özü-özünə
pıçıldadı.
Səmaya baxdı,özünə baxdı.Qüdrəti gözünə o qədər
böyük göründü ki , yer kürəsi gözündə bir ovuc torpağa döndü.
Sən
itlər haqqında eşitmisən? İlk əhilləşdirilən heyvanlardan biridir.Çox sədaqətli
olarlar. Amma sahibinə qulaq asmayacaq qədər aza bilirlər. İnsanın içində də
bir it gizlənib.Əvvəl hürür, sonra ulayır...
Satan
itlər var və bir də satanistlər var... Əslində birincilər ikincilərdən təhlükəlidir.
Arada
özümü meyvənin içində yad ölkəyə gəlib çıxmış qarışqa kimi hiss edirəm. Onlar
meyvəni yeyirlər, meyvə qarışıq səni zibilliyə vızıdadırlar . Sən isə yad
qarışqasan bu yad ölkədə. -qoca şərqli ayağını qərbin geniş
prospektində asfalta uzadaraq dedi.
Atlı
qoca dərvişin ətrafında dövrə vururdu. Dərviş on iki həvarinin süfrə həyəcanı qədər
çırpınan atlıya fikir vermirdi. Dünya fırlanırdı. İnsan Zamanın fərqində
deyldi. Zaman isə onu gəncliklə aldadıb qocalığın tələsinə sala bilirdi.
Nifrət
edən insanların qurbanı həmişə məsumlar olur.
Atlı üzü günbatana doğru gedirdi. Qoca dərviş
səbirlə onu yola verirdi. Qoca çılğınlığın ölümə məhkum olduğunu ,atlı isə istədiyini
alacağına and içmiş kimi əmin idi. Yoçuluq uzanırdı...
Yer kürəsini-bu balaca yer insana dar gəlirdi..
Hiç yorum yok:
Yorum Gönder