Gecə
yatanda da yuxuda ev görürdü. Böyük işıqlı ev onun yuxularının bəzəyi
idi.Rayona gedəndə mütləq mebel salonlarına baş çəkirdi. Xəyalında qurduğu evə
mebel düzür, sonra yataq otağında yerləşdirəcəyi televizorla yuxuya getməyi
düşünürdü. Bir dəfə bu xəyalların təsiri
ilə eyforiyaya elə qapılmışdı ki , az qala onu maşın vuracaqdı. Sürücü
yumruğunu çıxardıb ona sirkələdi ki , xəyalları dağıldı və o an ağlına möhtəşəm
bir fikir gəldi. Bəli , əslində bunu niyə əvvəllər də fikirləşməmişdi. Sevincək
şosse yolun ortasından çəkilib maşına yol verdi. Sürücü onun təbbəsümlü üzünü
görərək başını yellədi. Yəqin ki , onu dəli hesab etdi.
Gülnar
9 il idi ki, valideynləri ilə yaşayırdı. Bir oğlu ilə boşanıb bu evə dönəndən bəri
həyatı yalnız yaşamaq naminə ömür adlandırıla bilərdi. 9 il idi ki , ata
yurdundan 400 metr aralı yarımçıq tikili qalmış evinə köçə bilmirdi. Evdə ata təzyiqinə
bu 9 ildə böyüyüb kişiləşmiş qardaş təzyiqi də əlavə olununca Gülnar
yuxularında daha tez-tez ev görməyə başladı. Dəfələrlə cəhd etmişdi. Cəhd
etmişdi ki , müəllim maaşı ilə topladığı pul ilə tikintini davbam etdirsin ,
lakin atası susmuş qardaşı isə gənc dəliqanlığı
ilə
-El caamatı bizə güldürmək istəyirsən? Nə işin
var tək gəlin xeylağı o damın altında?!- söhbətə son qoymuşdu.
Gülnar imkanı olsaydı bu el-camaat adlanan
anlayışı azərbaycan dili müəllimi kimi təhlil edər və yaddaşlardan silərək köhnə
söz kimi tarixin zibbiliyinə göndərərdi. Lakin qüvvəsizliyinin fərqinə varan
kimi başqa yollar axtarmağa başladı. " Ev , ev " gündə dodağının
altında neçə dəfə zikr edir , amma vəziyyətdən çıxa bilmirdi.
Rayondan
evə dönən kimi ev telefonu ilə xalasına zəng etdi. Ona təklifinə razı olduğunu
söylədi. Xalası əvvəl duruxdu
-Qızdırmalı
deyilsən ki?- deyə təccüblü səslə soruşdu.
-Yox, ay xala, arxayın ol- Gülnar onu
sakitləşdirdi.
-Axı
,sən dünən asıb kəsirdin ki , ar belə namus belə . Mənə yaraşmaz daha ərə getmək.
-Fikirləşdim
ki , nə vaxta qədər belə olacam. Get onlara de , razıyam.
-Yaxşı.
deyərəm. Amma , yenə zəng edib bu fikrindən daşınsan daha mən adda xalan yoxdu.
Gülnar
dəstəyi asıb dərindən nəfəs aldı. Ayağa qalxıb güzgünün qabağına keçdi. Özünü
baş-ayaq süzüb
-Hə , Gülnar xanım , bu kişi tayfası ilə haqq
hesabı çürütmək vaxtı gəlib çatıb. Hamısı ilə. Ata ilə , qadaş ilə , hamısı ilə-
deyib saçlarını açıb yenidən yığdı.
Üç gündən
sonra gəldilər. Gülnar Cəlal deyilən adamı pərdənin o tayından diqqətlə süzdü. Qısaboylu , saçları
ağarmış bığlı bir kişi idi. Əyninə geyindiyi təzə paltarlarda özünü narahat
hiss edirdi. O an başa düşülürdü ki, daima iş paltarında gəzən adamdı və bu
paltarlar əynində qonşu paltarı kimi durub.Tez-tez boynundakı qalstuku
dartışdırırdı. Gülnar bacısını yanına çağıraraq ona bu halı göstərdi və dözməyib
-Ay qız buna bax elə bil avara küçə itinə xalta salıb cins it etmək istəyirlər- deyə
şaqqanaq çəkib güldü.
Bacısı ona əyri-əyri baxıb başını buladı və əlindəki
məcməyini mətbəxə apardı.
Ümumi razılıqla üç gündən sonra gəlib Gülnarı
apardılar. Cəmi bir həftə sonra isə kənddə Gülnarın yarımçıq evinin qabağına
daş töküldü. Hər şey ölçülüb biçildi. Əvvəl Gülnar subay olanda buna etiraz edən qadaş və ata arada gəlib ustalarla
çay içib siqaret də çəkdilər. İki ay sonra artıq kəndin ortasında yaraşıqlı bir
ev var idi. Gülnar xəyalında qurduğu mebellərin hamısını aldı. Yataq otağına
arzuladığı kimi televizor yerləşdirdi. Amma Cəlalı .... Cəlalı isə yataq
otağına buraxmadı. Əvvəldən Cəlal Gülnarın soyuqluğunu dəfələrlə bacılarına
şikayət etsə də onlar hələ alışmadığını , neçə il subay , dul qadın kimi
yaşadığını deyərək onu sakitləşdirirdilər. İndi Gülnar onu yataq otağına
buraxmayanda lap dəli oldu.
Gücü heç nəyə çatmadı. İstədi evdəki bu mebellərin
şüşələrini qırsın , lakin bir anlıq xatırladı ki , bunların heç birinə bir qəpik
də olsa xərcləməyib. Beləcə evdən başını götürüb getdi. Sərxoş olanacan içib gəldi,
dava saldı. İçib ,gəldi Gülnarı döydü. Gülnar isə hamının yanında vay -şüvən
qaldırır, özünü məzlum kimi təqdim edir və gecə ağrılarını hamısının yataq
otağına qoydurduğu 81 dioqonal televizorun qarşısında unudurdu. Nəhayət son
nöqtəni elə Cəlal qoydu. Getdi və bir daha qayıtmadı. Bir ay sonra məhkəmədən
birbaşa çıxıb evə gələn Gülnar boşanma kağızını sevincindən evdə qoymağa yer
tapmırdı.