Emalatxana
-Mən Əfqanıstan veteranıyam. Əgər
məni bununla şantaj etsəniz, qaynar xəttə zəng vurub hamınızı tutduracam.
Sonra
nə damışdıqlarınıl ayırd edə bilməyib pəncərəyə doğru yönəldi. Onların həyətdə
söhbətləşdiyini, arvadının arada gözlərinin ovxaladığını gördü. Qəfildən dünən emalatxanaya qoyduğu
yeşiyi xatırladı. Eyvana çıxıb
qayınanasına səsləndi.
-Azzz,
nə zalım adamdı. Görəsən, mış yeməyib biçarəni -dediyini eşidəndə onu daha da
vahimə basdı. Bu heç ağlına gəlməmişdi. Elə bu vahimə qapının dibinə çökdü. Bir
qulağı ilə çölü dinşəyir, bir qulağı ilə isə heç nə eşitməməyə cəhd edirdi. Emalatxananın
qapısının cırıltısı, beş dəqiqə sonra isə darvazanın açılıb-bağlanmasını
eşitdi. Qəlbində arvadının çıxıb getməsini arzuladı.Bir anlığa ona elə gəldi ki, arzusu reallaşdı. Elə
qapının dibindən qalxmaq istəyirdi ki, qəfil arvadı ilə burun-buruna gəldi.
- Xəstənin vəziyyəti pis
deyil,amma körpənin vəziyyəti kafidir. Deyəsən vurmusunuz,qarnında iz var.- Həkim
eynəyinin altından onu etinasız halda süzdü.
Həkim
onun bu sözlərindən sonra üzünü döndərib getdi. İki saat sonra ona balaca bir
yeşik verdilər. Əllərində qalan barmaqlarla qorxa-qorxa kağızı araladı. Çəhrayı
büzüşmüş bir varlıq gözləri qapalı halda yeşiyin küncünə atılmışdı. Tibb bacısı
ətrafa boylanaraq:
- Bu
həkimlərin beli qırılsın. Azca pul verin, küməsə qoyulsun. Yaşayar, bəlkə də,
yaşayar. Yeddi aylıqdı.Oğlandı, hayıfdı.-dodaqları əsə-əsə pıçıldadı.
- Bəlkəni
əkiblər göyərməyib. Ölür ki, bu. Qəpik də verən deyiləm. Cəhənnəm olsun!-deyib
yeşiyi qamarlayıb özü ilə götürdü. Gətirib yan oturacağın ayaqaltısına itələyib
köhnə maşınına gücü gəldikcə qaz verdi. Maşın ac qurd kimi ulayıb xəstəxanın həyətini
tərk etdi. Yol getdikcə dodağının altında özündən asılı olmadan:
- Mənim
nəyimə lazım idi?! Nəyimə lazım idi 56 yaşımda?! Bu nə qələt idi etdim?! Nəyimə
lazım idi?! Nəyimə...?!- azı əlli dəfə pıçıldadı. Birdən ona elə gəldi ki,
yeşik hərəkət etdi. Qəfil ayağını əyləcə necə basdısa bayaqdan zorla gedən
maşın özünu ürəyi getmiş insan kimi
asfalta çırpdı. Bu maşını alandan bəri ilk dəfə olaraq qapısını çırparaq içindən çıxdı. Bir siqaret
yandırıb oktyabrın soyuq havasını ciyərlərinə çəkdi. Nələr görmüşdü bu 57 ildə.
İşlədiyi emalatxanalarda qoyduğu barmaqlarının sayı beş olmuşdu. İndi sağ əlində
qalan üç barmaqla siqareti tutarkən maşındakı yeşiyi unuda bilmirdi. Ondan
qorxduğunu özünə etiraf etməyə qorxurdu. Ona elə gəlirdi ki, bu an ordakı uşaq
qalxacaq, dünya boyda olacaq. Onun qarşısında hesab soruşacaq. " Bütün
günahlarım qarşıma belə çıxdı. Bükülü, bağlama şəklində. Həyat olmadı, qardaş,
olmadı mənim ki, kindersürpriz oldu. Hamı arvadını döyür də. Bircə mənimki
vuran kimi uşağını saldı. Hamı qızını döyür də. Bircə mən vuran kimi, bütün
Rusiya qarşıma çıxdı. Mən nə deyirdim?! Deyirdim ki, namuslu ol! Qoltuğuma
verdilər namusumu, deportasiya etdilər. Mənim nəyimə lazım idi?! Mənim nəyimə
lazım idi?!"- donquldana-donquldana maşının ətrafında dörd dolanmağa
başladı. Sonra qəfil özünə gəldi. Siqareti yerə vızıldatdı. Son cəsarətini
toplayıb maşına oturdu. Nə qədər çalışdısa maşın işə düşmədi. Kürəyini oturacağa
söykəyərək dərindən nəfəs aldı. Gözücü yeşiyə tərəf baxaraq tərpəndiyini bu dəfə
dəqiq hiss etdi. Yadına atasının Alabaşın balaca küçüklərini azdırmağa
aparmasını xatırladı. Onda Alabaş başa düşmüşdü. Hey zingildəyirdi. Gözü açılmamış
balaları isə yeşikdə idi. Onda atası onların hamsını suya atmışdı. Öz
düşündüyündən özünün əti ürpəşdi. Anladı ki, bu yeşiyi gözlərinin qarşısında
saxladıqca vahimə onu basacaq. Cəld yerindən qalxıb yeşiyə tərəf əyildi. İçinə
baxmamağa cəhd edərək onu götürüb maşından çıxdı və onu gözlərini az qala
yumaraq yük yerinə atdı. Sanki bir az yüngülləşmiş kimi maşını yenidən işə
salmağa cəhd etdi. Maşın vərəmli xəstə kimi bir iki xırıldayıb işə düşdü. Başqa
vaxt yollarda müştəri güdən gözləri bu dəfə
maşını saxlamağa cəhd edən əlləri belə görmədi. Birbaşa həyətə sürdü. Maşını
düz emalatxananın qarşısında saxlayıb
yük yerini açdı. Titrəyə-titrəyə yeşiyi götürüb düz emalatxanın ortasına
apardı. Hara qoyacağını anışdıra bilməyib gah stolun, gah da rəfin üstünə
qoydu. Son qərar olaraq rəfin üst hisəsinə itələyib arxasına baxmadan az qala
oradan qaçdı. Əllərini əl-üz yuyanda yuyarkən ona elə gəlirdi ki, kimisə
öldürüb. Əlləri qanlıdı, ha yusa getməyəcək . Evə girəndə anası suaedici nəzərlərlə
onu süzdü.Özündən asılı olmadan:
- Nə
baxırsan? Döydüm. rahat oldun? Ölmüşdü az qala. Qoltuğuma verdilər əkdiyimi.
90-a çatdın düzəlmədin.Ax,axxxx.-zarımağa başladı.
-Nolub
ay bala. Dədən o qədər döyüb ki, məni. Olan şeydi. Heç fikir eləmə! Allah o
biri balalarını qorusun. Olmasın bu soxulcandan uşağın. Böyük iş olacaq- anası
yenə o nifrət etdiyi ironiya ilə sözləri sıraya düzüb cümlə qurduqca
qulaqlarını tixayıb kar olmaq istəyirdi. Anasını danışa-danışa qoyub yataq
otağına keçdi. Gücsüz halda çarpayıya sərilib hər şeyi bir anda unutmaq istədi.
Bu kəndi, yiyəsiz hesab edib gənc yaşında özünə təslim etdiyi o yaşıl gözlü sısqa
gəlini, indi əli yetmədiyi o ailəsini-qızını, oğlunu, hətta bir zamanlar dəli
kimi sevdiyi o vəfasız arvadını belə unutmaq istədi. Yenidən körpə kimi tərtəmiz
doğulmaq, yenidən yaşamaq arzusu keçdi qəlbindən. Qarmaqarışıq fikirlərlə nə
vaxt göz qapaqlarının ağırlaşdığını, yuxuya getdiyinin fərqində olmadı. Yuxuda
özünü nəhəng bir emalatxanada gördü. Lakin bu emalatxanada nə taxta yonurdular,
nə də şüşə düzəldirdilər. Burada milyonlarla insan uşaq düzəldirdi. Hər şey sürətlə
cərəyan edirdi. Balaca fiqurları yonub düzəldir,insan halına salmağa
çalışırdılar. Alınmayanda sobaya atılan fiqurları gördü. Qışıqırıb ayılanda pəncərəyə
qaranlıq çökdüyünü, gecənin düşdüyünü gördü. Bir anlıq bu gün nələrin baş
verdiyini xatırlayıb durmaq fikrindən vaz keçdi. Yenidən başını yastığa atıb
yuxuya getdi. Bu dəfə səhər açılana qədər yatdı.
Səhər malı-qoyunu yerbəyer edib
tövlədən dönəndə uzun-uzadı emalatxananın qapısını süzdü. Anladı ki, ora girməyə
cəsarəti yoxdu. Birbaşa evə dönüb elə çay fincanını əlinə alırdı ki, qayınanası
ilə arvadının darvazadan içəri girdiyini gördü. Fincanı stola qoyub bir siqaret
yandırdı. Özünü hesabata hazırladı. Onlar içəri girən kimi:
-Mənlik
deyil. Onsuzda ölmüşdü.Bir ton pul istədilər. Baxın, əllərimdə barmaqlarım belə
tam deyil, amma çörək qazanıram. Neyləyəydim?! Mən nə bilim sən uşaq salassan.
Bəxt, tale deyil aaa mənmki . Kimi vurdum, kişiləşdim zərər gördüm. Qızı tudum
sevgilisi ilə vuran kimi məhkəməlik oldum. Sən demə bütün qazancım, həyatım o
şillənin başında imiş. Tarappp atdılar məni sərhəddən bu tərəfə.İndi siz nəyə gəlmisiniz?
Davaya? Hə, mən öldürdüm. Bunu eşitməyə gəlmisiniz? Hə, buna gəlmisiniz?- O
qışqırıb kükrədikcə qayınanası ilə arvadı sanki kiçilib otağın küncündə yox
olmaq istəyirdilər.
Nəhayət
onun qəzəb dalğasından sonra ortalığa dərin bir sükut çökdü. O,arvadının
anasını dümsüklədiyini gördü. Yavaşca udqunan qadın nimdaş yaylığının ucunu düyünləyə-düyünləyə (arvadın bu hərəkətini
heç sevməzdi. uşaq vaxtı eşitmişdi ki, söhbət zamanı paltarın ucunu düyünləmək
qarşındakı adamın dilini-ağzını bağlamaq mənasına gəlir) sözə başladı:
-
Bala olan şeydi. Canınıza gələn olsun. İndi işdi olub. Sənin də bir kimsən
yoxdu. Elə mənim qızım da yola verəndi. Nolub cavansınız- deyəndə gözlərini kürəkənin
qırış paltar kimi bürüşmüş üzündən çəkərək tavana baxdı və nəfəsini dərərək
davam etdi- Hə, nə deyirdim? Cavansınız. Sən heç kefini pozma. Biz qadın
tayfası sex kimi bir şeyik. İstehsal mümkündür. Rəndələ düzəlt! Olmadı qır,
yenisini düzəlt. - qayınanası cümləni bitirən kimi qapıya doğru yönəldi. Arvadı
anasının dalınca çıxmaq istəyəndə onların didişməyini eşitdi
-Hara
gedirsən? El, camaat nə deyəcək. Deyəcəklər, ikincidə də oturmadı.Qardaşın
arvadları ilə boğuşmaq düşüb könlünə? Cəhənnəm ol, otur burda! Paaah, ətcəbalası
ölüb. Gözümüz aydın.
- Dünəndən
gətirib qoymuşam sexə-əli ilə emalatxanaya tərəf işarə etdi.- Gedəndə onu da
aparın!-deyib onların cavabını gözləmədən otağa qaçmaq istədisə də
qayınanasının
Hiç yorum yok:
Yorum Gönder