Yeni təhsil
ilinin ikinci həftəsi öz canlılığı ilə davam edir. Kimi övladının birinci sinif
həyəcanı yaşayır, kimi də növbəti tədris ilinin stressini. Bəlkə də, Sentyabr
yeganə aydır ki, insanların 80 % üzündə eyni ifadə olur:Təhsil həyəcanı. Lakin bu cümlədən havalanıb heç də özünüzdən
tez zənni -gümana düşməyin ki, bizim xalq təhsilbazdı. Qətiyyən, bizim xalq təhsildən
daha çox, diplombazdır ki, bu da ayrı bir dərdi. Lakin mənim dərdim
bu dəfə nə xalqdı, nə də haralardasa baş tutan, arzulanan üzdəniraq işlərdi. Bu
dəfə kitabdı. O kitab ki, onunla təhsillənmək, lap kosmosa da getmək mümkündür.
O kitab ki, onunla yüklənib ondan bixəbər də olmaq olar, lap elə həddi aşıb
onun alverçisinə çevrilmək olar. Kitab sizin hesab etdiyiniz kimi yalnız oxumaq
üçün deyil. Bunu ilk gün elə məktəbin kandarında adama başa salırlar. Bizim
kimi son Sovet qalıqlarına isə bu bir az gec çatır. Çünki biz bir əlifba alim
olan nəslin nümayəndəsiyik. Əlqərəz, qayıdaq indiki uşaqların məktəbə getməyinə.
Indiki uşaqlar məktəbə gedəndə kitab cildini dəyişib olur qırx quldur həramibaşı.
Belə məlum olur ki, sənin keçən il min zəhmət çəkib “Eldən geri qalma prinsipi”
ilə uşağına aldığın kitab bu il yararsızdı. “Get zəhmət çək təzəsini al!”- bunu
isə məktəb diktə edir.Hə gəldik lap ipin
qırılan yerinə. Bir neçə gün öncə kitabxanaya baş çəkib uşağa riyyazıyyat üzrə
iş dəftəri axtaranda satıcı bu kitabdan ikisinin varlığından məni xəbərdar
etdi. Mən” Bunun hansını alım?! “ deyib vərəvurd edərkən küncdə oraların tozunu
təmizləyən yaşlı nənə “ Bala ,2014 –cü ilə aid olanı al . “ Nənənin nitqinin
yarısını bura yazmağa tərbiyəm yol vermir. Çünki nənə təhsil sisteminin
kitabları dəyişmə məqsədini elə “gözəl” sözlərlə ifadə etdi ki, satıcı ilə məni
gülmək tutdu. Ya mən “Tarixi –Nadir”-i
yarıya qədər oxumuş adam kimi “savadsızam
“,ya da bu nə cür bir işdir ki,kİtab zəncir olub keçib bu millətin boğazına. Biri
mənə izah etsin. Bu alayarımçıq fəhmimlə mən belə anlayıram ki, kitabların hər
il dəyişdirilməsi müxtəlif nəticələrə gətirib çıxara bilər. Birinci: O nəticəyə
ki, norma halda iki il öncə məktəbi
bitirmiş bir məzun qətiyyən 10-cu sinif dərsliyini anlamayacaq. Çünki, artıq dərslik dəyişilb. Bu da nəsillər
arasında baryer əmələ gətirir. Ikinci: Maddi
cəhətdən valideynlərin cibinə vurulan
ziyan artıq hədsizdir. Üçünçü: Niyə ekalogiyanın bu qədər korlandığı zamanda
ağacları yararsız kitablar naminə “genosid” etməliyik?!
Suallar çoxdur, nəticəyə varmaq isə o qədər
dolaşıqdır ki, haradan başlayıb haradan qurtacağını bilmirsən. Bircə burasını dəqiq
bilirəm ki, bizim camaatdan pul almaq,
ona kasıb deməkdən qat-qat asandır. Biz gedib kitab alacayıq səssiz- səmirsiz. Təki
...
Bu “Təki” ilə başlayan cümləni bitirə blmədim,
çünki böyük uşaq iki gün öncə alınmış gündəliyi atasının qarşısına qoyaraq
qalın üzlü gündəlik alınmasını tələb etdi. Bu iki gündəlik arasındakı qiymət fərqini
məktəblə azdan-çoxdan get-gəli olan bilir. Əslində bu gündəliklərin hər ikisi
eynidir, bircə üz qabığı valideyni bir dəqiqənin içində 3 manat 20 qəpik ziyana
salır. Elə bu mübahisənin ortasında
yazını bitirə bilmədən qalxıb dükana üz tutdum. “Qalın qabıq” gündəlik almaq məqsədi
ilə sarı bir beşliyi də portmanata qoyarkən o biri uşaqların da “ dərdləri”
açıldı. Məlum oldu ki, hələ mən beş dənə
kitab da almalıyam.
Hiç yorum yok:
Yorum Gönder