Anamın tabutu
Dram. 3
pərdəli
1) Həmid-
40 yaşında. Gözlərində qara eynək, əynində qısa qol idman köynəyi və şortik.
2)
Eldar- 38 yaşında. Uzun qara saqqallı. Əynində uzun ərəb geyimi.
3) Səbuhi-
35 yaşında. Qara kostyumda və qalstukda.
4) Səbinə-30
yaşında. Silikon dodaqlı və boyalı saçları . Qısa yubkasını hey dizinə doğru
dartışdıraraq uzanacağına ümidini itirməyən birisi
5)
Gülgün - 25 yaşında. Universitet tələbəsi geyinmində.Başına bağladığı qara
yaylıqla te-tez gözünün yaşını silir.
6)
Günel- 23 yaşında. Postmodernist şairə.
7) Tükəzban-
38 yaşında. Həmidin həyat yoldaşı. Onun da gözlərində qara eynək.
8)
Ellada- 33 yaşında. Tamamilə qara şadrada, bircə gözləri görünür. Eldarın həyat
yoldaşı.
9)
Zümrüd- 30 yaşında. Rəsmi məmur geymində.
Səbuhinin həyat yoldaşı.
10)
Zeynal- 18 yaşında gənc. Çəhrayı paltarlı və uzun saçlı birisi.
11) İffət-
55 yaşında. Xala
12)
Fatmanisə-60 yaşında. Qonşu
11)
İdris - 40 yaşında Fatmanisənin oğlu. Dövlət orqanında işləyən bir məmur.
12)
Tariyel- 39 yaşında Rusiyada yaşayan bir alverçi.
13) Yaşar- 35 yaşında Qonşu . daima sərxoş olan
biri.
14) Şahid- 22 yaşında ev işlərinə yardım edib daima
muzd alan fəqir bir gənc
15) Aslan -45 yaşında .həkim.
16) Sərdar -32 yaşında. kənd müəllimi
17) Gülçöhrə- 29 yaşında kənd ambulatorunda tibb bacısı
18) Nadir- 42 yaşında kənd məntəqə polisi.
19) Gülər- 24 yaşında Gülgünün tələbə yoldaşı.
20) Davud -70 yaşında. kəndin mollası.
21)Gülər-25 yaşında. Tələbə
.
Hadisə
2013-cü ildə Azərbaycan respublikasının kəndlərinin birində vaqe olur.
Birinci Pərdə.
Böyük bir
zalın ortasında xalçanın üstündə üzünə örtük çəkilmiş bir ölü. Ətrafına
yığışmış qadınlar ağlaşır,ağlamayanlar öz aralarına pıçıldaşırlar.Arada zala
girən gənc qızlar qadınların qarşısına gah çay qoyur, gah da boşalmış stəkanları götürüb səssizcə yox olurdular. Səssizliyin
içindən qəfil İffətin səsi zəngulə vurur
İffət- ( ağlaya-ağlaya)Oy bacı, dünəndən ölmüsən. Səni
yerdən götürən yoxduuuu. Gör nə günə qaldın ki, sənin oğlanların sənə gəlib yiyə
durmur oyyy. Vallah bacı, mən sonsuz canıma sənə baxıb şükür edirəm oyyyyy...
Fatmanisə- Ay İffət bacı, balaları qürbətdədi. Qoy
səbr edək gəlib çıxsınlar. Elə bir tikə çörəkdən ötrü dərbədiyar olub hamı.
İffət- Aaz
bacın ölsün. Ağəz, Əmərikədəki gəlib çıxmasa deyərik heylədi. Bəs burda- Bəkidəkilərilərə
nouldu?! Dünəndən kontur qalmadı telefonumuzda niyə gəlmirlər?!
Gülgün- Can ay xala, dedim ey mən. Eldara zəng edə
bilmədim telefonu yoxdu. Evlərinə zəng etdim, arvadı Ellada dedi ki, basdırın
getsin dəə. Ölü ilə maraqlanmaq şirkdi.
İffət- Ay bala şirik nədir? Ölüb ölüb, ay başı
batmış, demədin anası ölüb hayn, ay bala?
Gülgün- şirk
–günahdır, yəni olmaz deməkdi xala.
Ftmanisə-( Gülgünə) buyyy başıma xeyir. indi deyirlər
ki, aparaq ataq kanala?(əlini şapıltı ilə dizinə vurur.)
Gülgün- Bilmirəm ,ay Fatmanisə nənə. məzhəbləri
icazə vermir deyəsən.
İffət- Ay onun məzhəbinə, dininə. Bəs, Səbuhi hanı?
Gülgün- O dedi gələcəm. Almaniyaya getmək istəyir.
Deyir ki, mühacirətə gedəcəm. Bura yaşanilası yer deyil. Bəlkə də getdi.
İffət - Oy sonsuzzzz canım. Doğmadım boşadilar. Ağladım.
Allaha üsyan etdim. Dedim vermisən bacıma bu qədər övlad, mənim niyə yoxdu. Bax
bu da övlad. Lazım deyil, bihudədi, bihudədi.( yenə içini çəkərək ağlamağına
davam edir)
Gülər- ay Gülgün Səbinə gəldi ( başını qapıdan içəri
salaraq deyib yox olur)
Elə bu zaman Səbinə içəri girir.
İffət- Gəl, ay bala,gəl gör! Gəl gör səni doğan
yatır burada. ( İffət Səbinəyə əl edərək yanına çağırır və eyni zamanda ağlayır)
Səbinə- Oy mamıçka. poçemu belə tez-( əlini cənazəyə toxundurmamağa çalışaraq örtüyü
uzaqdan dartışdırıb dillənir)
Fatmanisə- ( Səbinəyə)Ağla, bala ,ağla ki, ürəyin
boşalsın.
Səbinə- Ağlaya bilmirəm.
İffət- (Səbinəyə) Boyy, bala, Yapon balığına dönmüsən.
Özünü bu günə qoymusan bala. El camaatın qabağında biabır olacayıq. Qiz elə bil
gülür. Öz dodaqların pis idi ki, belə etmisən?
Səbinə- Xala, sən qocalmısan belə şeyləri bilməzsən.
Mən mügənniyəm. Belə lazımdı.
İffət- Daş başına, ay dünya .Şövkət də müğənni idi,
sənin kimi çömçəquyruqlar da atılıb ortalığa ki ,biz müğənniyik.
Fatrmanisə-( İffətə) İndikilər səsiynən yox aa ,silikonları ilə
öyünür. Odur ey, o gün televizordada göstərirdilər.
Gülgün- ( Səbinəyə
hirslə) Bu abırda bura gəlməyin vacib idi)?
Səbinə- Aaaa, poçemu serdiş. Ağəz. operasiya
stolundan srağagün qalxmışam. Mənə bir həftə havaya çıxmaq olmazdı, amma gəldim.
Gülgün- Gəlməsəydin. Gələn hamı elə biləcək ki, sən
gülürsən. Üzünün ifadəsi donub qalıb sifətində. adamlıqdan çıxmısan
Gülər- Ay Gülgün, Eldargil gəldi( yenə başını içəri
salaraq deyir və tez də çəkilir)
İffət- Ay Eldar, hoyyy bala ,gəlll! Gəl gör anan
dünəndən yolunu gözləyir ruhu pərvaz edir, ay bala. ( yenə əl dəsmalını ağzına basıb ağlayır.)
( içəri girən
kimi bir kənarda bardaş qurub oturan Eldar tez ərəbcə dua oxumağa başlayır.)
Fatmanisə-( Eldara) Oxu, ay bala ,Quran oxu. Dünən
gecə kəndin mollası gəlmişdi. Bir ağız oxuyub getdi.
İffət - ( Fasrtmanisəyə) - Bıy ağəz, bunun arvadı
niyə ərəblər kimi qapqara bürünüb. Bircə gözləri görünür.Nolur ki, onda?
( Eldar onların bu sözlərinə reaksiya olaraq ərəbcə
oxuduğu duanı daha da möhkəm səslə söyləməyə başlayır)
Səbinə- (xalasına) Nu i şto. Guya camaat bilmir ki,
qara çadranın altındakı nədi. Oy Allah, gülə də bilmirəm( üzünü qırışdırmaq
üçün əlləşir)
Gülgün- Öl bundan da pis günə qalacaqsan. Buna bax
anasının dəfninə bu gündə gəlir. Qara çadranı bəyənmir,amma quş beynində bir
qram ağıl olsaydı, sən də bir qara çadra başına salıb ayıbını örtərdin.
Səbinə- Ağəz, bu ağlıma gəlməmişdi. Oxumuş adam belədidə(
dirsəyi ilə Gülgünü vurur) Bəlkə saçı tökülüb, yox saçı tökülsəydi üzünü niyə
örtüb ki?! Üzünü yandırdıblar. Bax Eldar
bunan evlənəndən üzünü görməmişik.
( Eldar daha da səsini ucaldır və qəfil duanı
bitirib dayanır)
Eldar- Bu çaylar nədi ortada yığışdırın.Şirkdi. Bircə qaldı cənazə namazı, onu da qılaq aparaq
mərhuməni basdıraq dağılaq.
( Bunu eşidən hər kəs bir-biri ilə
pıçıldaşmağa başlayır. Elə bu an içəri
girən Molla Davud bunu eşidir)
Molla Davud-
Əvvəla öz evində olsa deyəcəm xoş gəlmisən. Amma burada min ildir sürən
qayda- qanunu belə gəlib pozmaq olmaz. Cənazə namazı da qılınacaq, ehsan veriləcək.
Yas yeri də olacaq.
Eldar- Bunlar hamısı şirkdir, gunahdı. Vaxtkən tövbə
edin.
Səbinə- Eldar
düz deyir dəəə . Nə qədər qısa konkret olsa, o qədər yaxşıdlr. İnsanların
vaxtını oğurlamaq olmaz.
Gülgün- Of ay bacı, sən niyə bu qədər bu qədər
manqurt oldun?! Sənin anana ayırmağa bir
həftən yoxdu?
Səbinə- Suma saşla. Hələ bura həkimin qadağasını pozub
gəlmişəm. Bir həftəyə bu sifət kəndxanada çökər.
İffət- Oy bacı, sonsuzzz olsaydın bacı.
( Elə bu zaman qapı açılır. Zala Səbuhi və arvadı və
mərhumənin sonbeşik qızı Günel girir. Onlar cənazəyə yaxın belə durmadan uzaqda otururlar
)
İffət- Oy Səbuhi, bala gəl yaxına gəl. Anana yaxın
dur. Sizi deyə-deyə öldü bədbəxin qızı.
Səbuhi- Yox ,ay xala ,bura yaxşıdı. Allah rəhmət eləsin.
Eldar- Sən
uşaqlığındakı kimi ölüdən yenə qorxursan?
Səbuhi- Əşi yox. Sənin kimi dirilərdən qorxuram.
Qapqara geyinib gəlmisiniz. Nə əcəb Suriyaya getməmisiniz?
Eldar- Cihaddan
qaçmaq şirkdi. Lazim gələrsə gedəcəm
Səbuhi – Heç olmasa ailəni buna alət etmə. Orada
öldürülənlərin arvadı uşağı əllərdə qalır.
Eldar- Cihad elə bir çağırışdır ki, ailəsini
uşağını düşünüb ora getməyənlər cəhənnəmlikdir.
Molla Davud- Ailəsinə bu dünyada zillət
yaşadanlarında yeri cəhənnəmdi.
Eldar- Sən sus! Səninkimilər qoymadı, bu milləti
maariflənsin. Əsl islamı görsün.
Səbinə- Əsl İslam eta? Tvoy arvad görünmür. Arada
çıxart gün görsün hava alsın.
Eldar-Səbinə, baxmaram ki, bacımsan. Səni
doğrayaram.
Səbuhi- ( Eldara lağla)Sən o boyda savabın altına
girmə məncə. Ağır olar sənə
Səbinə- Sizə dəxli yoxdu. Mən necəyəm. Ərim bilər,
mən bilərəm
Eldar- (Səbinəyə)Əlhəmdülillah, sənin doğurdan ərin
də var axı. Neynir o kişiciyəz?
İffət- Ay bala, ayıbdı. Ananınız cənazəsi ortada
siz dava edirsiniz.
Səbuhi-
İslam bizim türkçülüyümüzə baltadır. Türkün ərəbin peyğəmbərinə ehtiyacı
yoxdur.
Molla Davud- (Səbuhiyə) Bala, peyğəmbərin ərəbi, yəhudisi
olmaz. Peyğəmbər dünyaya göndərilir.
Aslan- Niyə peyğəmbərlər hamısı Yaxın Şərqdən
çıxıb. Oranın mistik bir aurası vardır.
İffət- Oy bacı, oy bacı...
Gülgün- Heç olmasa, bircə gün həmrəy olun. Anamız
ölüb, anamız.- ( deyib içini çəkərək ağlayır)
Eldar- Qiyamət günü ana, bacı, ailə olmayacaq. Ölüb
ölüb də. Aparıb dəfn edəcəyik.
Günel- Bunlar hamısı o lənətə gəlmiş mentalitetin
qaliqlarıdır. Kökünü kəsmək lazımdır.
İffət-Ay bala, Həmid bayaq zəng etmişdi ki, çatır.
Bir az gözləyin. On beş ildi anasını görmür, binəva.
Səbuhi- ( dodağının altında mızıldanır) Binəva.
Amerikanın ortasında. Fürsəti qapdi getdi, bizə bir gün ağlamadı.
İffət-(Səbuhiyə) Nə dedin, bala?
Səbuhi- Heç , ay xala, deyirəm jurnalist babayıq da,
çörəyimiz xəbərçilikdən çıxır, bınəva da Həmid olur.
İffət- Bala, öz zəhmətinlə çörək qazanmaq ayıb
deyil ki?!
Səbinə- Gəl səni öpüm, ay xala. Bunların heç biri mənimlə
danışmırlar ki, müğənniyəm. Nolub ,öz zəhmətimlə, namusumla çörək qazanıram.
Günel- nə qədər ki,
qadın kişinin iqtisadi asılılığındadı, mentalitet onu at kımı sağa,sola
çapacaq.
Eldar- Əuzibillahi minəş şeytanırəcim. Namusunla
qazanırsan bilirik. Ya Allaaaaaahhhhh( sıçrayıb ayağa durur və belindəki bıçaq
görünür. Onun ətəyindən dartıb aşağı otuzdurmaq istəyən arvadı
yerində səndələyir)
Səbuhi- Türk qadını açıq, azad olmalıdır. Türk
qadınını yaşmaqlayan İslama ar olsun
İffət-(ağlayaraq) Ay bacııııı.
Gülgün- Anamızın ruhuna hörmət edin
Eldar- Qadın mal, əmtəə deyil ortada olsun. Çadra
vacibdir.
Molla Davud- çadra yox,Hicab bala. Sənin qapqara
geyindirdiyin heç kəsə xeyri yoxdu. Hicabını örtsün cəmiyyətə xeyirli olsun
Eldar- Qadının çöldə nə işi var. Qadın yalnız öz
kişisinin və övladlarının ehtiyacını ödəməlidir vəsallam
Səbuhi- Türk qadının atdan endirən ərəb çarşabladı.
Azad qadın heykəlinə eşq olsun.
Eldar-( Səbuhiyə) Ə bozqurdçu, indi deyirsən səni
canavar əkib?
Səbuhi-( Eldara) Türkçülüyünü danan hər kəs
manqurtdu.
Günel- Bu dəyərlərlə mən avropalıların qabağına necə
çıxım?!
Eldar- Allahını danan hər kəs də kafir.
Molla Davud- Allahı və dini nələrəsə alət edənlər də
kafirdi.
Eldar- Qoca, qoca. Qaşınma.Allah yolunda başını kəsdiyimiz
hər bir rafizi bizə cənnətin qapısını açan açardır.
Aslan- Bir dəfə bir sünni,şiə və bir vəhabi məscidin
həyətində bir-birini qırırdı. Səsləri mübahisələri dünyanı götürmüşdü. Bəlkə də
saatlarla dalaşdılar. Sonra o qəfil bir xristian gəldi. Üçü də durub onunla
mehriban –mehriban görüşdülər ki, bu kitab əhlidir.
Səbuhi- Mənim üçün Günəş var və daimi sönməyən alov
var.
Eldar- Mənim dinimdə də sənin kimilər üçün cəhənnəm
alovu var.
Gülgün – Ay millət, inancınızı araşdırmaqdansa,
ananızı ağlayın
(Hamısı eyni
zamanda danışır)
Səbinə- Arımla, namusumla çörək qazanıram.
Paxıllığımı belə çəkirsinizdə. Ölün
Eldar- Hamınızın başı kəsilməlidir. Quracayıq İslam
dövlətini!
Molla Davud-
Bala, dövlətçiliyimizə ziyan vuranlara bu ölkədə yer yoxdur. Türkün
vahidliyi İslamdan keçir. Amma sənin “Allahu
əkbər” deyib baş kəsdiyin İslamdan yox.
İdris- Bizim dövlətimiz inanclara və məzhəblərə
qarşı həmişə tolerantlığı ilə seçilib.
Aslan- Bizim bu gün bura yiğişmağımızda bir mistika,
konispralogiya var.
Tarıyel- Bizim dövlətin bir dənə qurtuluş yolu var:
o da Rusiya ilə birləşməkdi.
Gülgün – Bu gün heç olmasa susun.
Pərdə salınır.
İkinci pərdə
Molla Davud Quran oxuyur. Hər kəs sakitcə dinləyir. Eldar və Elladadan
başqa yenə hər kəs zaldadır. Dərin bir sükut içində arada Gülgünün hıçqırıqları
eşidilir. Onun yanında dizlərini qatlayıb oturan rəfiqəsi onun əlini sığallayır. Elə bu zaman mobil telefonu
çalır və O, tez telefonun səsini azaldaraq ekranına baxır Və Gülgünə qardaşı Həmidin
gəldiyini pıçıldayır. Gülgün ayağa durub otağı tərk edir.
Səbuhi- Türkə
Quran lazım deyil. Gərək Ulu atanı gətirəydim.
İffət- Boyyy, ay bala, Quransız ölümü olar?
Aslan – İslamın özünün bir mistikası var. Hər kəs
onu anlamaz.
Molla Davud- Bala, bu gərdişi dəyişmək istəyənlərin
hamısı iflas etmiş. Quran haqqdır və
yeganə kitabdır ki, dəyişilməyib, dəyişdirilməyib
( Bu zaman içəri girən Həmid və ailəsəni görən hər kəs
səsini kəsir. Onlar şortikdə, qara eynəkli Həmidi, şalvarlı Tükəzbanı və çəhrayı
paltarlı oğlunu süzərək mat-mat
baxırlar. Otaqda heç bir stulun olmadığını görən Həmid dodağını büzür.)
Həmid- Everybody salam. ( Gülgünə) Mən səni modern
bir gənc bilirəm. Hanı stullar?
Molla Davud-(Həmidə) Xoş gəlmisən bala. Ortada
ananın cənazəsi var.
Həmid- Mən yerdə otura bilmirəm.
Tükəzban- Gedib on beş il sonra gəlirsən, yenə köhnə
hamam, köhnə tas. Yolları asfatlaya bilərlər , ağacları əkib artıra bilərlər,
amma təfəkkürü dəyişə bilməzlər.
Səbuhi- Nə olub bizim təfəkkürə. Lap əladır. Dəyişməyən
səninkidir. Çıxdığın fermada da eyni təkəbbür, Amerikada da eyni təkəbbür.
Səbinə-Priçom zdes Amerika. Həminki Tükəzbandıda.
Aaz, yanındakı uzunsaç oğlundu yoxsa
qızın?
Tükəzban- Siz nə bilirsiniz ki?! Oğlumdu. Bu il Kolumbiya universitetini
qazanıb.
Səbinə- O çəhrayı paltarlarla hər yeri qazanar O
Həmid- (Tükəzbana)Bax mən dedim Zeynalı gətirməyək.
Onlar azadlıq bilməyən kölələrdir.
Səbuhi- Türkün boynunu qərbli belə qırır. Çəhrayı
paltarları geyindirir, sonra da deyir ki, sən Atillanın nəvəsi deyilsən,
buralısan.
Günel- Hər kəsin azad seçimi olmalıdır. Mən əzəl
gündən Zeynalı bu fikrində dəstəkləmişəm.
Tükəzban- Mənə stul verin .
Həmid- Mən bardaş qurmağı unutmuşam.
Bu vaxt içəri girən Eldar Həmidgilə salam vermədən
aralıda oturur. Onun qara çadralı arvadını süzən Həmid qara eynəyini
burnunun üstünə itələyib üstündən onları
süzür.Eldarın qara uzun saqqalına nifrətlə
baxan Tükəzban isə üzünü qırışdırıb kənara baxır.
Həmid- (
Eldara) Sən ali təhsilli həkim idin, bu nə libasdı? Bu nə görkəmdi qardaş?
Eldar- Allahın yolunu tapmışam. Yarımca saat sən mənimlə
söhbət etsən, inan əynindəki o şortiki aparıb yandırarsan
Həmid- Mən şortikimdən razıyam. Amma o uzun saqqalın səni heç də düz yerə aparıb
çıxarmayacaq.
İffət- (ağlayaraq)Ay bacııııııı.....
Səbuhi-
Türkün nə şortikə, nə də üzündə uzun saqqala ehtiyacı yoxdur. Manqurtlar.
Tükəzban- Arada TV-i izləyin, sosial şəbəkələrə
girin! Qloballaşın. Hələ də dınqır sazımdı sizdə. Ən betəri isə 1400 il öncəyə
qayıdıb qapqara çadra geyinməkdi.
Ellada- Mənim çadram səni niyə narahat edir ki?
Eldar- Sus qadın burada namnəhrəm var. Səsini çıxartma!
Molla Davud- İslam qadına səsini çıxartma deyə
qadağan qoymayıb. Kim çıxarıbsa bu qaydaları, Allah ona lənət etsin.
Səbinə- Nə din, nə Allah .Guya bu danışdıqlarınız var?! Guya ölüb cəhənnəmə gedəcəyik. Nə bilim hara
gedəcəyik. Fuuu nagıl olub elə.
Aslan- Bir kosmonovat beyin cərrahına deyir ki, o qədər
göydə uçmuşam ,bir dəfə də olsun Allaha rast gəlməmişəm. Allah yoxdu. Beyin cərrahı
isə ona belə cavab verir:- Mən də nə qədər beyin əməliyyatı etmişəm, amma bir dəfə
də olsun ağıla rast gəlməmişəm.
Həmid- Dünyaca
məşhur fizik Havkings belə Allahin yoxluğunu sübut etdi.
Gülgün- Varlığı olmayanın, yoxluğunu necə sübut
etdi?
Həmid- Gülgün, sən modern təhsilli bir universitet
məzunusan. Başını belə köhnə ideyalarla dolduracaqsansa, Amerika kimi cənnətlər sənə uzaq bir planet kimi qalacaq.
Eldar- Bacım düz yoldadır. Onu kafirlərin və
rafizilərin hiylələrindən qorumaq lazımdı.
Fatmanisə- Bu yazıq qadını dəfn etmək lazımdır.
Səbuhi- Gərək Ulu atanı gətirəydim. “Mütləqə izhar”ı oxuyaydı
anamın başının üstündə.
Tükəzban- Ehsan, yas gerilik əlamətidir. Onsuzda ölən
onunla geri qayıtmır ki?!
Səbinə- Hə də, mən öləndən sonra ya özünü öldür ,ya
kanala at nə fərqi. Əsas məsələ qoyma ölüm.
Molla Davud- ölüm bir şərbətdir hər kəs içəcək. Bu
zamana qədər kimi ölümdən xilas edib, min il ömür verə bilmişik?!
Həmid- Bizim vizamız on beş günlükdü. Hələ
dostlarla görüşməliyik.
Gülgün- Anamız ölüb və sizin ona ayırmağa üç
gününüz yoxdu. Dul qadın bu qədər uşaq böyüdüb, təhsilləndirib əvəzində siz nə
edirsiniz?
Eldar- Qəbri özüm qazacam.
Səbuhi- Qiblə lazım deyil. Üzü günəşə dəfn edək.
Eldar- Siz ayaq üstə dəfn eləməyə öyrəncəlisiz. Kafir,
mən səninlə hələ bir otaqda nəfəs almağıma heyfsilənirəm.
Səbuhi- Sən kimə kafir deyirsən? Mən atanın izindəyəm.
Eldar- Ay Allah, bu gün bu otaqda nə qədər başı kəsilməli
var. Allaaaaahhhh-( deyib belindəki bıçağı çıxarıb Səbuhiyə cumur. Bu zaman
hamı ayağa qalxıb bir birtinə qarışır. Bircə Gülgünlə İffət cənazənin başından
ayrılmadan ağlayırlar. Elə bu zaman Gülgünün yanına sinən Zeynal ingiliscə
örtüyün altındakının nə olduğunu soruşur. Gülgün ona nənəsinin meyidi olduğunu
deyəndə O, gözləri böyümüş halda ayağa qalxıb çığır-çığıra otağı tərk edir.
Pərdə.
Üçünçü pərdə
Zal darmadağın. Qablar sındırılmış. Ayaq altına
salınmış xalçalar dağıdılmış. Gülgün yenə anasının baş tərəfində oturub
ağlayır. İçəridə qohum -qardaşdan heç kəs qalmayıb. İçəri girən polis Nadir yavaşca Mollla Davuda
yaxınlaşır.
Molla Davud-
( polis Nadirə) Getdilərmi?
Polis Nadir- Aralaya bilmədik. Polis idarəsinə
arpardılar. Aralarında Səbinə adlı qadın çox pis döyülüb
Aslan- Ananın ruhu
və fərqli düşüncəli övladlar. Qəribə taledır
Sərdar- Artıq vaxtdır, durub dəfn etməliyik. Onları
gözləməyin mənası yoxdur.
Molla davud-( Quranı əlinə alıb oxumağa başlayır) Bismiləhi
rahmani rəhim...
Yaşar- ( otağı tərk edə-edə)Vallah bu gün mütləq
içməliyəm. Dərddən başımı itirmişəm. Daha mən dərdimi kimə deyəcəm?!
Gülçöhrə- Hər dəfə iynələrini vuranda əllərimi
ovxalayar və deyərdi kaş sənin kimi gəlinim olaydı.
Gülgün- Hə, anam heç gəlin qayğısı görmədi.
İffət- Elə bil balalarının hərəsi bir millətdəndi.
Heç cürə anlaşmırlar.
Aslan- Müxtəlifmədəniyyətlər və inteqrasiya yeni nəsli manqurtlaşdırdı.
Şahid- ( Gülçöhrəyə) Bacı, qəbir yerini qazdıq. Hər şey hazırdır.
Iffət- ( ağlayaraq)Oy bacı, yazıq bacı.
Cənazəni götürüb yavaş-yavaş oranı tərk edirlər.
Molla Davud Quran oxuyur. Gülgün İffətin qoluna girərək onu oturduğu yerdən
qaldırır.
Pərdə.
.
`
Hiç yorum yok:
Yorum Gönder