-
Adam öldürmüsən heç?-
sualımın necə səfehcəsinə səsləndiiyini hiss edib tez susdum. O, çapıq-çapıq
olmuş sifətini soyuq ifadə ilə mənə çevirdi. Protez qolunu stola söykəyərək üzümə
baxdı.Gözlərində anlamadığım dərin bir ifadə yarandı.
-
Hə öldürmüşəm.- Mən
verdiyim sualı unutmağa çalışanda O, yavaşca dilləndi.
-
Müharibədə olmuş birinə
belə sual vermək axmaqlıqdır. Unut, unut.- Mən əlimi yelləyərək ona dedim.
- Öldürmüşəm Bir dəfə olub. Əgər ona da, adam demək
mümkündürsə...- Onun cavabını uzun bir sükut böldü. Həmişə beləydi. Danışdığını
nadir hallarda görərdik.Qısa və Kəsə. Onu hamı belə tanıyırdı. Sükutundan daha
danışmayacağını gözləyirdim ki, O,
barmaqlarının arasında titrəyən siqaretə dərindən qullab vurub davam etdi:
-Biz müharibə başlayanda beş
nəfər idik. Könüllü beş nəfər. Beşın biri Mardakert döyüşlərində itkin düşdü. Izini tapa
bilmədik. Heç elə bil belə bir adam yox imiş. Yoxluğuna özümüzü öyrəşdirməmiş,
O birisini iki gün sonra snayper ilə vurdular. Bax, onda ilk dəfə bir beyin
üstümə dağıldı.Qan qoxusu qarışıq lax yumurta qoxusu verən beyin barmaqlarıma
yapışıb qaldı. O isə öləcəyinə
inanmırdı. Qollarımın arasında üşüyə-üşüyə can verdi.Mən isə onu, mənim
qucağımdan dartıb alana qədər “şşşşşş” deyərək onu sakitləşdirdiyimi zənn
edirəmmiş. Bunu sonralar yarıqaranlıq xatırladım.
Yenə növbəti döyüşlərdən birində idik.Uzun bir gurultudan
sonra düzənliyə ölüm sükutu çökdü.
Parçalanmış cəsədlər, yerə- yurda səpələnmiş boş gilizlər, insanın insanı
gəmirdiyi bu yerə fevral küləyi bütün nəfəsi ilə üfürməyə başladı. Sağ qalanlar
ağır yaralıları daşıyır, az yaralılar isə meyidləri sürükləyirdilər. Hər
döyüşdən sonra alışdığım bu mənzərənin bircə yeniliyi, bu dəfə kantuziyamın
tutmaması idi..Mərmilərin açdığı kalafaların birində oturdum. Ayaqlarımı
iylənmış “botinkalarımın” içindən çıxarıb azca havalandırmaq istədim amma bu da
çox çəkmədi. On dəqiqə sonra biz bu
qanlı düzənlikdən iki kənd aralı, kəndimizə doğru yol aldıq.
Məhəmməd lap qabaqda gedirdi.
Bölükdə gedəcəyimizi heç kimə bildirmədik. Iki saat, iki saata gedib
qayıdacağımızı nəzərdə tutsaqda elə alınmadı.Bir gün çəkdi. Bir az çətin oldu
evin istiliyindən ayrılıb soyuq düzənliklərə qayıdıb gəlmək. Özümüzü toplayıb
birtəhər geri döndük. Döyüşün bütün qanını qoxusunu yuyub təmizləyib gəlmişdik
Biz geri dönəndə bizi yalnız sökülməkdə olan çadırların qarşısında öz
veş-meşoğları ilə əlləşən rabitəçilər qarşıladı. Onlardan biri batalyonun
yoxluğunu bizə iki kəlmə ilə anladıb” fərarilər” işinizi verdilər “bədbaxt”
oldunuz cümləsi ilə timsah kimi soyuq-soyuq dişlərini ağartdı. “Bu yekebaşın
başını əzəcəm” deyib tullanan Məhəmmədin havasını birtəhər alıb batalyonun
getdiyi istiqamətə yollandıq. Təmiz qanımız qaralmışdı. Səssizcə yolu əlimizə alıb
davam etdik. Gecə yarını haqladıkca güllə mərmi səslərinə sanki biz yox, o bizə yaxınlaşırdı. Döyüşün tam ortasında
özümüzü tapdıq. Yenə nəfəs-nəfəsə, kürək-kürəyə
döyüşün sonuna qədər vuruşduq. Ağır itki verərək acı məğlubiyyətlə
geriyə- arxadakı mövqelərə çəkildik. Çox şəhid vermişdik. Mənim
kantuziyam da bu döyüşdə yenidən təzələnmişdi.
Ətrafımda səssiz film kimi gedən döyüşün sanki alt yazısını mən
yazırdım. Axşam qulağım açılanda ilk eşitdiyim səs “sıraya düzlən” əmri oldu.
Kambat gəlmişdi. O komandirlə nə üstündəsə bərk mübahisə edir, əlini qaldıraraq
bizə-əsgərlərə tərəf işarə edirdi.Komandirin yorgunluq yağan üzünü əlacsızlıq
bürümüşdü. Kambat sıranın əvvəlindən axırına doğru addımlayaraq hamını demək
olar ki,tək-tək nəzərdən keçirdi. Nə baş verdiyini anlayacaq qüvvəmiz yox idi.
Hamı yorğun və gecənin yuxusuzluğunun verdiyi halsızlığın altında idi. Kombat
bu uzun uzadı baxışından sonra komandirə tərəf dönərək:
-
Siz mənə əlli nəfərlə
döyüşə girməniz haqqında məlumat vermişdiniz.
Elədirmi?- rəsmi bir soyuqqanlıqla soruşdu.
-
Bəli elədir.- komandir
sanki məcburən o kəlmələri ifadə etdi.
-
Indi hal hazırda qarşımda
neçə nəfər var və neçə nəfəri döyüşdə itirdik?
-
Səkkiz nəfər itirdik və
qırx səkkiz nəfər də bizimlədir yoldaş kambat
-
Indi kim kimi aldadır?
Artıq söhbətin hara
yuvarlandığını mən başa düşməyə başlayırdım. Bizi – məni, Məhəmmədi, İntiqamı və bizdən əlavə üç nəfəri – qubalı
uşaqları sıradan çıxardılar. Bizi icazəsiz bölüyü tərk etməkdə günahlandırdılar
və hərbi tribunala veriləcəyimizi bildirdilər. Komandirimiz son cəhdini edərək
elə bizim yanımızda heç bir rəsmiyyət- filan gözləmədən:
-
Onlar mənimlə olublar. Döyüşün
qızgın yerində də. Qanun axtarmağın burda nə mənası var?!. Hə siz nə edirsiinz.
Onsuzda qaçan qaçanadır. Bu vətəni qoruyan o qədər azdır Bəlkə də siz
haqlısınız Onlar qanunsuzluq ediblər, amma onlar qayıdıblar bu gün burdadırlar.-
hey danışaraq sanki onu yola gətirəcəyinə ümid edirdi.
Kombat isə ona fikir
vermədən bizi mal sürüsü kimi qabağına qatdı.Bizim əllərimizi kəndirləyərək yük
maşının kuzasına doldurdular. Mən dönüb geriyə baxanda heç vaxt unutmayacağım
iki simanı gördüm. Bunun biri bizim komandir idi. O,əlləri ilə üzünü qapayaraq palçığa qarışıb rəngini itirmiş qarın üstündə
çömbəldi,digəri isə ..... Digəri bizi rabitə çadırının qarşısında qarşılayan
həminki timsah sifət idi. Elə onda, mən əslində işimizin kimin verdiyini anladım. Bizi aparan
maşın batalyondan uzaqlaşdıqca sanki o timsah sifətin dişlərini ağardaraq bizi
izləməyində davam etdiyini hiss edirdim.
Fevralın insanın dişlərini sızladacaq sazağı
axşam düşdükcə iliyimizə işləyirdi. Bizi mal tövləsinə bənzər bir yerə gətirib
saldılar. Mal tövləsindən fərqli olaraq bu hündür divarlı tikilinin dam örtüyü
yox idi. Sazağ şiddətləndikcə yavaş-yavaş qar da başlayırdı. Kombat şəstlə: “ Sabah sizi şəxsən özüm gülləliyəcəm” – deyərək bizi o sazağın içində tərk edib
getdi.
Qubalıların üçü də büzüşərək bir –birlərini
qucaqlamışdılar. Mən qardan dəstəmaz alıb elə ordaca namazımı qılmağa başladım.
Intiqamla Məhəmməd isə divar boyunca var- gəl edirdilər.
Mən dayanmadan dodağımın altında dua edir, haqqın üzə
çıxmasını diləyirdim.Soyuq şiddətləndikcə qubalılardan birinin iniltisi
yüksəlirdi. Iniltinin sahibi qəfil yerindən sıçrayaraq bağırmağa başladı:
-
Mənim üç balam var eyyy........
Eşidirsiniz məni, köpəkuşağı. Bu gün mən, qarnıyoğunlardan fərqli olaraq Qarabağdayam.
Öldürün bizi sabaha saxlamayın.Oğraşlar, vətəni satmışlar. – onu bağırtısını söyüşlər
əvəz etdi. Nəfəsi kəsilənə qədər çığırdı.
O gecə-o “mındar” gecəni
yatmadıq. Sabahın korunda, qarın ardınca yağış başladı. Qardələn. Qarabağın
fevralın qucağında oturmuş havasının özəlliyi. Yağış bizi isladıb donduracaq
vəziyiətə saldı. Elə bu zaman biz kambatın səsini eşitdik. Onun səsindən içkili
olduğu anlaşılırdı. O, əlindəki silahı oynadaraq havaya atəş açır və bizi də
oradan çıxmağa məcbur edirdi. Saniyələrin söhbəti gedirdi artıq. O, qubalılardan
birini- bayaq çığıranı sürüyüb bayıra çıxardı. Əlindəki tapançanı onun başına
dirəyərək qəfil tətiyi çəkdi. Onun bu hərəkətilə mənim elə bil ayaqlarımı doğrdılar.
Dizlərim yerə gəldi. Bizim bu şəkildə şoka düşdüyümüzü görən o əclaf eyni
filmlərdə olduğu kimi soyuq qəhqəhələr çəkirdi. O qubalı balası ölməmişdi, amma
ölüdən betər olmuşdu. Onun sabahın ayazında gömgöy olmuş rəngi indi lap meyid
rənginə çalırdı. O it isə “xalıstoy” gullələri bizim üstümüzə saçaraq daha da
zövq alırdı. Bizi bu əzabdan, onu da bu zövqdən qəfil alaqaranlığın içindən
peyda olan vilis qurtardı. Vilisin qapısı açılanda oradan kombriqin düşdüyünü gördük. Öz aləmində kral kimi əylənən kombat nə hiss etdisə, qəfil geri döndü. Onun
qəhqəhəsi dodaqlarında dondu. Kombriq palçığın içində diz üstə çökmüş qubalıya
və mənə baxdı və bayaqdan sakit görünən
bu rütbə sahibi bir neçə saniyə sonra kombatı təpiyinin altına salmışdı.
Bizim hamımızı
qospitala göndərdilər.Başına silah tuşlanan qubalı elə oradaca- qospitalda
öldü. Beyninə qan sızdı. Yəqin ki, gecəki qorxunu adlada bilməmişdi. Biz geriyə batalyona
qayıdanda kombatımızı dəyişmişdilər.
Bəs kombriqin bu işdən
necə xəbəri olmuşdu?- Mən qorxa-qorxa ona sual verdim.
-Bizi kombat aparandan sonra komandirimiz
əlini hər yerə atıb. Səsinə səs verən olmayıb. Gecəyarıya kimi gözləyib birbaşa
kombriqin yanına gedib. Silahı onun başına dirəyərək onu dinləməsini məcbur edib. Kombriq
bundan sonra qalxıb məsələni yoluna qoyub. Bunu sonralar bizə kombriqin “axranası” dedi.
Yəqin ki, öldürdüyünüz
də elə kombat idi eləmi?- Mən artıq söhbətin məğzini tutan biri kimi
arxayın-arxayın soruşdum.
O, mənim çiynimin üzərindən
uzaqlara baxaraq sanki sualımı eşitməyibmiş kimi davam etdi:
- Mövqelərimiz
Ağdama qədər geriləmişdi. Yaz yağışı kimi idik. Gah iki üç kənd irəliləyir
qələbəni dadırdıq, bəzən elə o axşam da hər şeyi itirib beş-altı mövqe geri
otuzdurulurduq. Bəzən döyüşün qızğın yerində bizə geri çəkilmək əmri verilə
bilərdi. Ağdamın Güləbirdində başqa bir batalyonla eyni mövqelərə düşdük. Mən
“akopa” girmək istəyəndə onu gördüm. Kürəyində rabitə “veş-vüşü” bizim tərəfə
gəlirdi. Məhəmmədi dümsükləyib onu göstərdim. Bəli, tamam əmin idik . bu O idi
. Timsah sifət.O, bizi görmədi. . Məhəmməd ona tərəf qalxıb getmək istəyəndə
qolundan yapışdım. O isə “indi nəyi gözləyirik” – deyərək əlimi itələdi. Timsah
sifət isə bütün bunlardan xəbərsiz halda, bizdən doqquz-on metr aralı akopa
girdi.
O hadisədən sonra
bizim batayondan kombatdan başqa, O da yerini dəiyşmişdi. Oradan qayıdandan
sonra onu axtardıqsa da tapa bilməmişdik. Indi cəbhənin qızğın yerində
onun haqqında necə qərar verəcəkdik:
bunu belə bilmirdik.
Qar göydən sel kimi səpələyəndə onu tapdıq. Gecə həminki
gecə idi, lakin zaman və bizim hiss etdiklərimiz fərqli idi. Yenə o gecəki kimi
bu gecə də göyün üzü görünmürdü. Bu gecə də səma gözlərinə dəm vermişdi, amma dərddən yoxsa
sevincdən yaş tökdüyü bəlli deyildi. Silahı onun alnının ortasına dirədik. O
gecə hədəf olunananlar bu gecə hədəfə
almışdı. Əynimdəki “buşlatın” qollarından süzülən sular onun üzünə süzülürdü.
Onun bəlkədə göz yaşları onu artıq satmışdısada, biz bunu çətin ki, bu suların
arasından seçə biləydik. Silahın soyuq tətiyi əlimin altında idi. Əslində onu niyə öldürməliydik ki..- O, boğuq
səslə dedi- Axı, o erməni deyildi, axı o düşmən deyildi, amma ........-O susdu.-
amma -əlləri titrəyə-titrəyə yenə bir siqaret yandırdı.bir qullab vurub
külqabıya qoydu.Alnını ovuşduraraq çətin bir qərar verəcəkmiş kimi düşüncəli
bir görkəm aldı və ağır-ağır davam etdi:
Gecənin qaranlığında bir
anın hökmü idi ki, əlimdəki silahın tətiyini çəkəm və onu cəhənnəmə vasil edəm, amma bunu edə bilmirdim.O qədər döyüş görmüşdüm, ancaq kimisə öldürəcək qədər insanlığımı itirməmişdim. Yox, məni onu
öldürməyəcəkdim. Onu bu qaranlıq təpələrin arxasına Məhəmməd sürüyüb
gətirmişdi. Tam bir ildən sonra yenə fevral soyuğunda bir yerdə idik. Qubalı
əlindəki lapatkanı onun çiyninə endirdi sümüyün şaqqıltısından çiyninin
qırıldığını bütün beynimlə hiss etdim. O, yerə yıxılaraq nəfəsi təngiyə-təngiyə
“ Mənə yazığınız gəlsin üç balam vaarrr”- deyə zarıdı. Kaş o sözləri deməyəydi.
Qubalı isə lapatka ilə onun başına döşəyə-döşəyə”İt, bəs mənim qardaşım, mənim
qardaşımın üç balası yox idi ki?! Niyə kişi kimi başına bir güllə sıxmadınız
haa. Bizim qoyun kimi sıraya vurub çıxdınız. Tula, şpiyonluq edəndə bunun
sonrasını niyə düşünmədin?!”Timsah sifət al qan içində çapalayırdı. Mən
qaranlıqda bunu sezməsəmdə, qanın qoxusu ağzıma burnuma dolurdu. Mən tətiyi çəkdim. Dəfələrlə çəkdim. Qulağıma
gələn zarıltı səsi kəsilənə qədər çəkdim. Sonra sürətlə oranı tərk etdim.
Səhər alatoranında bizim
mövqelər yenə dəyişiləndə yenə qarın ardınca yağiş-qardələn başlamışdı. Təpənin arxasındakı
gecəki izləri isə palçıq çoxdan udmuşdu. – o dərindən nəfəs alaraq susdu.
Mən əmimin bütün bunları
danışdıqdan sonra üzündəki əzabı gördüm. Ona nələrisə xatırlatmağıma peşman
oldum. Bunu sezdiyimi bildirməmək üçün
yerimdən qalxıb samovardan
çayları təzələdim.
Hiç yorum yok:
Yorum Gönder