Uilyam
Folkneri oxuyarkən beynimdən yalnız bu düşüncələr keçirdi: Insan edərəm demiş,
etməyi bacarmış. Bu günlərdə oxuyub başa
çatdırdığım möhtəşəm romanlardan biri adlandıra bilərəm” Avqust işığını” .İlahi
necə ilmək-ilmək toxunmuş əsər. Son zamanlar yazıçı nəzəri ilə oxuduğum
romanlardan bir nəticə çıxarmışam. Oxucular iki yerə bölünür: adi oxucular,
professional oxucular. Adi oxucunu müəllif ilk addımda aldada bilər. Bunun üçün
bir az Koelyo, bir az Varis olsan bəsdi. Amma
professional oxucunu aldada bilmərsən.O birinci səhifədən sənin nə
dediyini və nə demək istədiyini anlayacaqdır. Ona görə Folkneri, T. Morissonu oxuyarkən
fərqinə varmışdım. Fərqinə varmışdım ki, bu yazarlar adi serial oxucusu üçün deyil.
Onun ilk yüz vərəqi adi oxucunu sıradan çıxara bilər. Folknerə” Sizin
yazılarınızı üç dəfə oxuyan belə onu anlamaqda çətinlik çəkdiyini” deyirlər. “Onlar
nə etsinlər?” sualına Folkner “Dördüncü dəfə oxusunlar” deyə cavab vermişdir. Məncə
nə üçüncü, nə də dördüncü dəfəyə ehtiyac yoxdu. Onun əsərləri sadəcə olaraq
möhtəşəmdir.
“
Avqust işığını” oxuyandan sonra onun müsahibələrini araşdırdım. Özüm yazar
olaraq müsahibə verməyin əleyhinə olsam da, yazarların heç bir müsahibəsini
buraxmıram. Hərçənd Folkner müsahibə verməkdən, ədəbiyyat haqqında fikir yürütməkdən
həmişə qaçmışdır.Yazıçının bioqrafiyalarında qeyd edildiyi kimi,Folkner ədəbiyyat
haqqında hər hansı bir suala cavab vermək
istəməyəndə sınanmış bir üsula əl ataraq “ Əslində , mən fermerem,ədəbiyyatçı
deyiləm” deyirdi. Onda hər hansı yazıçının təsirini görmək istəyənlərə isə,məsələn”
Mən Coysu oxumamışam.”deyə cavab verərdi.
Onun
müsahibələrindən əsərləri kimi doymaq mümkün deyil.İstənilən qədər onun müsahibələrindən
sitat gətirmək istərdim, lakin bu günümüzlə səsləşən bircə məsələdən bəhs etmək
istərdim.Bu gün netdə, orda burda yazıcıya verilən diqqət və qayğının
azlığından şikayətlənib normal əsər ortalığa qoymayanlara bu bir mesaj ola bilər.
Folknerin Cin Staynla müsahibəsində ona verilən sual və alınan cavabı təhrif
etmədən burada qeyd edir və bununla da məqaləni sona çatdırıram
SUAL-
“ İqtisadi azadlığı xatırlatdınız, sizcə yazıçının buna ehtiyacı var?
Folkner-Yox
,yazıçıya iqtisadi azadlıq lazım deyil.ona yalnız qələm və kağız lazımdır.Mən
eşitməmişəm ki,hansısa yazıçı müəyyən məbləg alandan sonra nəsə dəyərli bir şey
yazmış olsun. Əsl yazıçı hansısa pul fonduna ümid eləmir.Onun bütün fikri-zikri
öz yaradıçığı ilə məşğuldur.Əgər o əsl yazıçı deyilsə ,vaxtın və iqtisadi
azadlığın yoxluğunu bəhanə etməklə özü-özünü aldadır. Oğrular , butlegerler
oğurluq mal satanlar əsl sənət yaratmağa qadirdılər. Adətən,insan hansı çətinliklərə
və məhrumiyyətlərə dözə biləcəyini sınamaqdan çəkinmir.öz dözümlülüyünü
yoxlamaqdan qorxur.. Əsl yazıçını isə heç nəylə qorxuda bilməzsən. Ona hökm edə
biləcək yeganə şey o da ölümdü. Əsl yazıçı uğur və yaxud zənginlik barədə
düşünmür. Uğur qadın kimi bir şeydir: Əgər onun önündə sıyılsan , o, sənə nifrət
edəcək,ancaq ona hiss etdirsən ki,o, səni ümumiyyətlə maraqlandırmır, bəlkə də
özü sənin diqqətini cəlb etməyə çalışar.”
Hiç yorum yok:
Yorum Gönder