Barmaqlarının arasında titrəyən
siqaretə nəzər salaraq:
-Qadın
azadlığı və mentalitetdən danışanda gərək bu nüansları bilək. Yavaş-yavaş irəliləməliyik.
– Masanın küncündə oturan eynəkli az qala pıçıldadı.
-Yazılarımızda
demək azdır, bunu təbliğ etmək lazımdır. Hərəkət lazımdır. Cabbarlının Sevili
kimi. Mənim sonuncu yazımdakı məsələ onların xoşuna gəlməyib. Deyirlər sən
azadlığın sərhədlərini qarışdırırsan. Halbuki Avropa dəyərlərini cəmiyyətə
daşımaq lazımdır. Biz mədəni inqilabı qadınların əli ilə edə bilərik. Məhz
qadınların beynində. Azad cinsi münasibətlər bərqərar olmadıqca əlimizi
uzatdıqca kəsəcəklər. – O eynəklinin
sözlərinə cavab kimi səsləndirdiyi cümlələrdən sonra masadan qalxdı. Siqaret tüstüsü ilə dolu klubu tərk edəndə
artıq gecənin qaranlığı düşürdü. Yaşının verdiyi ağırlıqla asta-asta metroya
doğru irəlilədi.
Əllərini ovuşduraraq həyətdə oğlu onu gözləyirdi. Necə deyəcəyini, söhbətə necə başlayacağını dəfələrlə xəyalında
qursa da, yenə həyəcandan boğulurdu.
-Atan
Avropalı düşüncəli adamdır, səni anlayar, qaqa- dostu Səmidin sözlərini içində
fırlayıb özünə təsəlli quraşdırırdı. Qapı açılanda diksindi. Atasının çiynindəki
kompüter çantası ilə həmahəng olan dar cins şalvarlı görkəmi ürəyinə bir az su
səpdi. Yaxınlaşıb
-Necəsən?-deyə
salamsız atasının üzünə baxdı.
Atası
şübhəli baxışlarla onu süzüb
- Bu
vaxtı nə əcəb evdəsən? Pul bitib, ev qazanın iyinə gəlmisən?
-
Yox, sizinlə söhbətim var. -Onun çiynindən komputer çantasını alaraq günahkar
görkəmlə ayaqqabısını soyunmağına tamaşa etdi.
O isə
oğluna fikir vermədən arvadına tərəf səsləndi
-Qaz
sayğaclarına görə uşaqlar gələcəkdi bu gün. Gəldilər? Arvadı isə mətbəxə gedən
yolda ayaq saxlayıb azca düşündü. Xatırlamağa çalışdı.
-Yox,
amma Gülbəniz yenə gəlmişdi. Yenə dedi ki, şikayət edəcəyik. Ayırın bunu.
-Daş
düşsün Gülbənizin başına, halal süd əmmiş dedik, haramzadə çıxdı itbalası. –deyərək
ayaqqabılarını az qala hirslə vızıldatdı
Anası geniş süfrə açmışdı. O süfrənin başına
keçərkən oğlunu elə çantanı qucaqlamış halda qapının ağzında durduğunu görüb,
arvadına him-cim etdi.
-Ay
bala, nə dərdin varsa həll olunar, gəl içəri -arvadı onun him-cimini cümləyə çevrib oğluna dedi.
Elə
onda fikirdən ayılıb ayaqqabılarını soyundu. İçəri keçib yenə çanta qucağında
masanın lap ucqarında olan stulların birində büzüşdü. O oğluna
-Sən
axırıncı dəfə dördgözü vuranda belə büzüşməmişdin. Dərdin nədir?
Arvadı
tez vəziyyəti ələ almaq niyyəti ilə
-Yeməyinizi
yeyin, nə qaçır sonra danışarsınız -dillənəndə O daha da israrla
-Nə
olub?
-Evlənmək
istəyirəm. -Oğlu bu cümlə ilə qəddini azacıq düzəltdi. Sanki ilkin hücumu etmiş
komandir kimi rahatladı.
-Bundan
ötrü büzüşmüsən?- əlini əlinə vurub şaqqanaq çəkdi. Arvadına çevrilib
-Tut
arağını gətir, şkafdakın. Bunu qəşəng dədə-bala qeyd edək-dedi.
Arvadı
ürəksiz halda stuldan aralananda o durub oğlunun yanındakı stulda oturdu. Onun
kürəyinə əlini şapılldadıb
-Hə
de görüm kimlərdəndir?
Oğlu
-Sənin
yazdıqlarını Səmid oxuyub. Deyir sən...
-Ə, mənim
yazdıqlarımı neynirsən bu dar macalda.
-Səmid
deyir ki, sən başqa atalar kimi deyilsən.
-Səmidi
qoy qırağa. Qız kimlərdəndi?
Elə
bu zaman süfrəyə araqla yanaşı qədəhləri
yerləşdirən arvadının qorxu dolu siması diqqətini cəlb etdi.
-Nəsə
olub mənə demirsiniz?
-O
qız deyil.
- Kim
qız deyil?
-O
da.
-Dayan
ey, camaatın qızını korlamısan? Biriniz mənimlə açıq danışacaq ya yox?-
bağırtısı evi sirkələdi.
-Gəlindi,
boşanıbbbb...
-Sən
də onu almaq istəyirsən? -Səsinin tonunu birtəhər aşağı salıb hirslə dilləndi.
- Səmid
deyir ki...
- Səmid
nə deyir, cəhənnəmə deyir. Camaatın artığı sənə qalıb?!...
-Papa,
mən onu sevirəm.
-El-camaat
nə deyər?
-Bəs
Səmid deyir ki, sən mentalitetə qarşı...
Sonuncu
cümləni evdə qırılan qablar və dava qırğın yarıda böldü.
Səhər
yerindən qalxanda dünən bütün əsəbin də onunla yatıb ayıldığını bütün vucudu ilə
hiss etdi. Yavaşca çarpayıdan düşüb pəncərəyə doğru irəlilədi. Alnını pəncərəyə
söykəyib küçəyə baxdı. Elə onda diqqətini qaz sayğaclarını yoxlayan adamlara
sataşdı. Cəld dönüb şalvarını əyninə keçirib evi tərk etdi. O darvazadan
çıxanda artıq onlar uzaqlaşmışdılar. Yüyürüb onlara çata bilməyəcəyini anlayan
kimi
-Ay
bala, ay uşaq-deyə gənclərə səsləndi. Səsə dönən uşaqlara işarə edib
dayandırdı. Onların geri qayıtdığını görüb divara doğru çəkilib nəfəsini dərdi.
Onlar yaxınlaşanda salam verib elə birbaşa
-Qaz
sayğaclarını quraşdırırsınız?-deyə soruşdu.
Gənclər
təsdiq işarəsi olaraq başlarını tərpətdilər.
-Mənimki-
böyük oğlan yanaşı evdə yaşayır. Qaz
sayğaclarını ayırmaq istəyirəm. Neçəyə başa gələr?
Gənclərdən
üst-başı azca səliqəli olan ona əlindəki blanklar toplusundan birini ayırıb
uzatdı. O birisi məbləği asta səslə ona bildirdi.
-Bu
çox bahadı axı. Ucuz olmaz? -Artıq aralanan gənclərə doğru az qala qışqırdı. Onların heç
bir reaksiya vermədiyini görüb daha yüksək səslə
- Mən
yazaram, adım İnqilabdı. Mən çox iş görmüşəm. - Onun bu xitabından sonra gənclərdən
biri ayaq saxlayaraq
- Onda o blankı yaz, bizə zəng elə, gələk çəkək.-dedi.
Hiç yorum yok:
Yorum Gönder