5.19.2017
5.13.2017
İnqilab
Barmaqlarının arasında titrəyən
siqaretə nəzər salaraq:
-Qadın
azadlığı və mentalitetdən danışanda gərək bu nüansları bilək. Yavaş-yavaş irəliləməliyik.
– Masanın küncündə oturan eynəkli az qala pıçıldadı.
-Yazılarımızda
demək azdır, bunu təbliğ etmək lazımdır. Hərəkət lazımdır. Cabbarlının Sevili
kimi. Mənim sonuncu yazımdakı məsələ onların xoşuna gəlməyib. Deyirlər sən
azadlığın sərhədlərini qarışdırırsan. Halbuki Avropa dəyərlərini cəmiyyətə
daşımaq lazımdır. Biz mədəni inqilabı qadınların əli ilə edə bilərik. Məhz
qadınların beynində. Azad cinsi münasibətlər bərqərar olmadıqca əlimizi
uzatdıqca kəsəcəklər. – O eynəklinin
sözlərinə cavab kimi səsləndirdiyi cümlələrdən sonra masadan qalxdı. Siqaret tüstüsü ilə dolu klubu tərk edəndə
artıq gecənin qaranlığı düşürdü. Yaşının verdiyi ağırlıqla asta-asta metroya
doğru irəlilədi.
Əllərini ovuşduraraq həyətdə oğlu onu gözləyirdi. Necə deyəcəyini, söhbətə necə başlayacağını dəfələrlə xəyalında
qursa da, yenə həyəcandan boğulurdu.
-Atan
Avropalı düşüncəli adamdır, səni anlayar, qaqa- dostu Səmidin sözlərini içində
fırlayıb özünə təsəlli quraşdırırdı. Qapı açılanda diksindi. Atasının çiynindəki
kompüter çantası ilə həmahəng olan dar cins şalvarlı görkəmi ürəyinə bir az su
səpdi. Yaxınlaşıb
-Necəsən?-deyə
salamsız atasının üzünə baxdı.
Atası
şübhəli baxışlarla onu süzüb
- Bu
vaxtı nə əcəb evdəsən? Pul bitib, ev qazanın iyinə gəlmisən?
-
Yox, sizinlə söhbətim var. -Onun çiynindən komputer çantasını alaraq günahkar
görkəmlə ayaqqabısını soyunmağına tamaşa etdi.
O isə
oğluna fikir vermədən arvadına tərəf səsləndi
-Qaz
sayğaclarına görə uşaqlar gələcəkdi bu gün. Gəldilər? Arvadı isə mətbəxə gedən
yolda ayaq saxlayıb azca düşündü. Xatırlamağa çalışdı.
-Yox,
amma Gülbəniz yenə gəlmişdi. Yenə dedi ki, şikayət edəcəyik. Ayırın bunu.
-Daş
düşsün Gülbənizin başına, halal süd əmmiş dedik, haramzadə çıxdı itbalası. –deyərək
ayaqqabılarını az qala hirslə vızıldatdı
Anası geniş süfrə açmışdı. O süfrənin başına
keçərkən oğlunu elə çantanı qucaqlamış halda qapının ağzında durduğunu görüb,
arvadına him-cim etdi.
-Ay
bala, nə dərdin varsa həll olunar, gəl içəri -arvadı onun him-cimini cümləyə çevrib oğluna dedi.
Elə
onda fikirdən ayılıb ayaqqabılarını soyundu. İçəri keçib yenə çanta qucağında
masanın lap ucqarında olan stulların birində büzüşdü. O oğluna
-Sən
axırıncı dəfə dördgözü vuranda belə büzüşməmişdin. Dərdin nədir?
Arvadı
tez vəziyyəti ələ almaq niyyəti ilə
-Yeməyinizi
yeyin, nə qaçır sonra danışarsınız -dillənəndə O daha da israrla
-Nə
olub?
-Evlənmək
istəyirəm. -Oğlu bu cümlə ilə qəddini azacıq düzəltdi. Sanki ilkin hücumu etmiş
komandir kimi rahatladı.
-Bundan
ötrü büzüşmüsən?- əlini əlinə vurub şaqqanaq çəkdi. Arvadına çevrilib
-Tut
arağını gətir, şkafdakın. Bunu qəşəng dədə-bala qeyd edək-dedi.
Arvadı
ürəksiz halda stuldan aralananda o durub oğlunun yanındakı stulda oturdu. Onun
kürəyinə əlini şapılldadıb
-Hə
de görüm kimlərdəndir?
Oğlu
-Sənin
yazdıqlarını Səmid oxuyub. Deyir sən...
-Ə, mənim
yazdıqlarımı neynirsən bu dar macalda.
-Səmid
deyir ki, sən başqa atalar kimi deyilsən.
-Səmidi
qoy qırağa. Qız kimlərdəndi?
Elə
bu zaman süfrəyə araqla yanaşı qədəhləri
yerləşdirən arvadının qorxu dolu siması diqqətini cəlb etdi.
-Nəsə
olub mənə demirsiniz?
-O
qız deyil.
- Kim
qız deyil?
-O
da.
-Dayan
ey, camaatın qızını korlamısan? Biriniz mənimlə açıq danışacaq ya yox?-
bağırtısı evi sirkələdi.
-Gəlindi,
boşanıbbbb...
-Sən
də onu almaq istəyirsən? -Səsinin tonunu birtəhər aşağı salıb hirslə dilləndi.
- Səmid
deyir ki...
- Səmid
nə deyir, cəhənnəmə deyir. Camaatın artığı sənə qalıb?!...
-Papa,
mən onu sevirəm.
-El-camaat
nə deyər?
-Bəs
Səmid deyir ki, sən mentalitetə qarşı...
Sonuncu
cümləni evdə qırılan qablar və dava qırğın yarıda böldü.
Səhər
yerindən qalxanda dünən bütün əsəbin də onunla yatıb ayıldığını bütün vucudu ilə
hiss etdi. Yavaşca çarpayıdan düşüb pəncərəyə doğru irəlilədi. Alnını pəncərəyə
söykəyib küçəyə baxdı. Elə onda diqqətini qaz sayğaclarını yoxlayan adamlara
sataşdı. Cəld dönüb şalvarını əyninə keçirib evi tərk etdi. O darvazadan
çıxanda artıq onlar uzaqlaşmışdılar. Yüyürüb onlara çata bilməyəcəyini anlayan
kimi
-Ay
bala, ay uşaq-deyə gənclərə səsləndi. Səsə dönən uşaqlara işarə edib
dayandırdı. Onların geri qayıtdığını görüb divara doğru çəkilib nəfəsini dərdi.
Onlar yaxınlaşanda salam verib elə birbaşa
-Qaz
sayğaclarını quraşdırırsınız?-deyə soruşdu.
Gənclər
təsdiq işarəsi olaraq başlarını tərpətdilər.
-Mənimki-
böyük oğlan yanaşı evdə yaşayır. Qaz
sayğaclarını ayırmaq istəyirəm. Neçəyə başa gələr?
Gənclərdən
üst-başı azca səliqəli olan ona əlindəki blanklar toplusundan birini ayırıb
uzatdı. O birisi məbləği asta səslə ona bildirdi.
-Bu
çox bahadı axı. Ucuz olmaz? -Artıq aralanan gənclərə doğru az qala qışqırdı. Onların heç
bir reaksiya vermədiyini görüb daha yüksək səslə
- Mən
yazaram, adım İnqilabdı. Mən çox iş görmüşəm. - Onun bu xitabından sonra gənclərdən
biri ayaq saxlayaraq
- Onda o blankı yaz, bizə zəng elə, gələk çəkək.-dedi.
5.08.2017
Müsahibə: Elvin Paşa və Ülviyyə Tahir
Qara qutu" kitabının müəllifi Elvin Paşa və "Ortaq şəhər" vә "Buqәlәmun" kitabının müəllifi Ülviyyə Tahir ilə maraqlı video müsahibə
Çəkiliş üçün İçəri Şəhərdə yerləşən "Darçın" restoranına təşəkkür edirik
5.06.2017
"Üzü Cəhənnəmə" və Ceylan Mumoğlu - Düşüncələr
Dəyərli yazıçımız Ülviyyə Tahirin "Üzü cəhənnəmə" əsərini oxumaq şansına sahib olduğum üçün çox sevincliyəm.
😊 Əsəri oxumağa başladığım gün Ülviyyə xanımla qısa bir dialoqumuz olmuşdu. Ondan əsərin ilk on səhifəsində on doqquz rəqəminin təsadüfən seçilib seçilməməsi haqqında soruşmuşdum. O isə rəqəmi planlı seçmədiyini yazmışdı. Həmin vaxtlar əsəri oxuyub bitirə bilməmişdim, çünki evimizə "Sapiens" kitabı girmişdi, tarixçi qanım qaynayıb onu oxumağa başlamışdım) Dünən gecə ilham gəlmişkən "Üzü cəhənnəmə" əsərini oxudum bitirdim. Və anladım ki, on doqquz rəqəmi heç də məni təsadüfən çəkməyibmiş, bu haqda sonda yazacağam.
Roman təsirli romandır. 212 səhifəlik bu romanı birnəfəsə oxumaq mümkündür, çünki dili sadə, axıcıdır. Süjet xətti maraqda saxlayır. Yazıçı 91-92-ci illərdəki müharibənin qızğın çağındakı atmosferi aran rayonlarından bir kəndin daxilində baş verən hadisələrlə çatdırmağa çalışıb. Doğrusu, uzun zamandır ana dilimizdə mütaliə etmədiyim üçün bu əsər mənə dərman kimi gəldi.
🙂Elə sözlərlə rastlaşdım ki, lüğətimzidə olmasından xəbərsiz idim. Bu bəyəndiyim cəhətlərdən biri oldu. Yazıçını alqışlayıram. Əsərdə təsvir edilən üç nakam sevgi hekayəsi və gənclərin başına gələn hadisələr təsirləndirməyə bilməz. Xüsusilə gənclərin həyatlarına qabarıq şəkildə müdaxilə edilməsi, seçimlərinə böyüklərin qərar verməsi gözəl işlənib. Bəyənmədiyim cəhət müharibə şəraitin solğun çatdırılması idi. Bu da yəqin olayların arxa cəbhədə baş verməsi ilə bağlı ola bilərdi. Bütövlükdə əsəri oxumaqdan müdhiş zövq aldım.
☺️
Gələlim, on doqquz rəqəmi ilə bağlı qurduğum əlaqəyə: Əsərin sonunda Firuzənin xəstəliyi səbəbindən kəndi tərk edib qaçmış Sabitin on doqquz il sonra kəndə qayıtması və hər gün yola çıxıb sevgilisini gözləməkdə olan, artıq hamının dəli sandığı Firuzəni götürüb aparması, sonda bütün çətinliklərə baxmayaraq sevginin qalib gəlməsini oxuculara aşılamaqdadır. Qurani-Kərimdə 19-cu surə Məryəm surəsidir və 96-cı ayəsində deyilir: "İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq".
Bax belə
:) Bu da qurduğum əlaqə)
Yazıçıya əsəri oxumaq üçün mənə göndərdiyinə görə minnətdarlığımı bildirir, gələcək yaradıcılığında uğurlar arzulayıram! Var olun, Ülviyyə xanım!

Roman təsirli romandır. 212 səhifəlik bu romanı birnəfəsə oxumaq mümkündür, çünki dili sadə, axıcıdır. Süjet xətti maraqda saxlayır. Yazıçı 91-92-ci illərdəki müharibənin qızğın çağındakı atmosferi aran rayonlarından bir kəndin daxilində baş verən hadisələrlə çatdırmağa çalışıb. Doğrusu, uzun zamandır ana dilimizdə mütaliə etmədiyim üçün bu əsər mənə dərman kimi gəldi.


Gələlim, on doqquz rəqəmi ilə bağlı qurduğum əlaqəyə: Əsərin sonunda Firuzənin xəstəliyi səbəbindən kəndi tərk edib qaçmış Sabitin on doqquz il sonra kəndə qayıtması və hər gün yola çıxıb sevgilisini gözləməkdə olan, artıq hamının dəli sandığı Firuzəni götürüb aparması, sonda bütün çətinliklərə baxmayaraq sevginin qalib gəlməsini oxuculara aşılamaqdadır. Qurani-Kərimdə 19-cu surə Məryəm surəsidir və 96-cı ayəsində deyilir: "İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq".
Bax belə

Yazıçıya əsəri oxumaq üçün mənə göndərdiyinə görə minnətdarlığımı bildirir, gələcək yaradıcılığında uğurlar arzulayıram! Var olun, Ülviyyə xanım!

Qaloş
-İki
manat ver heç olmasa...
Başını
qaldırıb bibisioğlunun dərisi sümüklərinə yapışmış simasına baxdı. Siqaretinə həvəssiz
bir qullab vurub:
-Hüska,
sabah gəl, yanıma. Gününə 20 manat verirəm.- deyəndə artıq onun gəlməyəcəyini
anladı.
-Oldu,
onda mən gedim- ayağını sürüdü.
- Əl
çək o zəhirmardan, mən də çəkirdim də nə oldu?!... Axırı yoxdu, vallah, axırı
yoxdu.
-İki
manat heç olmasa- bu dəfə cümləni “ver” feli olmadan dedi.
Cibindən
iki manat çıxarıb ona uzatdı. Sonra bibisioğlunun uzaqlaşan kölgəsinin ardınca
baxaraq yerə tüpürdü.
***
-Bir
söz soruşum – bacısının oxuduğu kitabı örtərək kənara qoydu.
- Nə
məsələdir?- oxuduğu kitabın hələ də təsirindən çıxa bilməyən bacısı narazı səslə
sual verdi.
- Mənə
2 min manat pul verilib. Qaz xəttini rus trubası ilə çəkməliyəm. Amma o xətti
Bakı trubası ilə çəksəm əl haqqıdan əlavə ordan mənə 500 manat qalacaq. Səncə
bu haramdı?
- Hə,
haramdı.
-
Axı, niyə sona qədər dinləmirsən? –Bacısının kitaba ilişən nəzərlərini tutub
hirslə dedi.
-
Yaxşı dinləyirəm buyur- Bacısı əllərini üzünə söykəyib onun gözlərinə baxdı.
-
Bax, onsuzda eyni trubadı, nə fərqi var.
- Fərqi
yoxdursa, adam dəlidir sənə o qədər artıq pul versin?
- Hə
yaxşı fərqi var. Rus trubası daha keyfiyyətlidir və çürüməsi gec olur. Amma
bunu Bakı trubası ilə çəksəm onsuzda bundan həmin adama ziyan dəyməyəcək. Hökumət
gəlib dəyişəcək. Bu da oğurluq hesab olunur?
- Oğurluğun
kimdən oğurlandığına görə mahiyyətini dəyişməz ki?!..
-
Onlar bizi çapıb talamır? Oğurlamırlar? Ən böyük talançı elə dövlətdir.-
Qızışaraq sözləri tüpücək qarışıq ağzından çıxardı. Bacısı üzünə düşən tüpürcəyə
fikir vermədən
- Onda
iki oğru gedin anlaşın da. Məni niyə özünə vicdan edirsən ki?!...- Deyərək yenə
kitabı götürüb oxumağına davam etdi.
Bacısının
yanından qalxıb, stulda oturdu. Əlləri titrəyə-titrəyə siqaret yandırdı. Sona qədər
tüstülədib siqaretin kötüyünü külqabıda əzdi. Gödəkçəsini götürüb otaqdan
çıxdı. Bacısı sanki heç nə olmamış kimi yenə kitab oxuyurdu. İki dəqiqə sonra
yenə otağa qayıdan qardaşına gözucu baxaraq yenə kitaba daldı. Televizorun
qarşısındakı suvinir mələyin qanadlarını oxşayaraq
-Yaxşı,
yaxşı gedirəm rus trubası almağa. Amma inan bu gedişlə mən ayağımdakı o iyrənc
qaloşdan qurtula bilməyəcəm. –deyib cəld otaqdan çıxdı. Bacısı isə cavab olaraq
kitabın növbəti səhifəsini çevirdi.
***
-Qardaş,
bizim bir az yükümüz var. Onu sənin maşınınla apara bilərik? – Səsə çevrildi.
Qarşısında səliqəli geyimdə qalstuklu bir adam dayanmışdı.
- Mən
yük daşımıram. - əlini atıb maşının qapısını açmaq istəyəndə adam ona sıxılaraq
- Səs-küy
etmə!- pıçıladadı. O an yerin altından çıxmış kimi iki nəfər də peyda oldu. Əllərini
qandalayaraq
-Narkotika
üzrə Baş idarə. –dediklərini eşitdi. Müqavimət göstərərək
-Heç
olmasa qaloşlarımı çıxarım...- desə də ona fikir vermədilər. Amma özü də
bilirdi ki, qaloşdan daha çox cibindəki 2 min manat narahat edir.
İki
saatdan otağa gələn sərt simalı şəxs birbaşa suallara keçdi.
-
Keçən ayın 28 G rayonunda narkotika üzrə satış reallaşdırmısınız?
-
Xeyr.
-
Daha aydın və sübutlu cavab olsa
-
Mən dədəm evinə 2 ildi getmirəm. Orada heç kəs yoxdur. Qazanc dalıyca
başımı götürüb gəlmişəm.
-
Sizin harda nə üçün olmağınız bizə maraqlı deyil. Ayın 28 orada
olmusunuz?
-
Mən desəm onsuz da inanan deyilsiniz. Hardadı oranın polisləri zəng
edin aydınlaşdırın.
Sükut.
-Qanınızı analiz etsək?- Sirayətedici
baxışları sanki rentgen şüası kimi üzərində gəzdi.
- Verin, inanın qanımdan o zibil çıxsa 50 il
içəridə yatmağa razıyam. Amma deyin məni kim sizə verib?
- Hüskanı tanıyırsan?
- Hə bibimoğludu.
İki saat sonra hər şeyini özünə qaytardılar.
Cibində şişkin halda duran pul topasını görən kimi rəngi-ruhu düzəldi. İdarədən
çıxaraq birbaşa bazara yollanıb tapşırılan hər şeyi aldı.
***
-Svarka aparatını nahaq maşında qoyursan.
–Bacısı yenə bir gözü kitabda dilləndi.
- Heç nə olmaz. Orada hər dəfə o qədər mal
olur, hamısını necə şəllənib gətirim? Heç olmasa yemək yeyəndə o kitabı kənara
qoy!- Bacısından cavab gözləmədən kitabı onun əlindən alıb kənara qoydu.
-Sən zəng etdin Hüskaya?
-Heç bir
nömrəsi işləmir. Natışa zəng edib ağzımdan çıxanı dedim, o da mənim
qardaşım eləməz deyib müdafiə edirdi.
-Natış neynəsin...
- Dedim ki, onu harda tutsam ağzının burnun
qanını qatacam bir yerə.
- Nahaq demisən.
- Niyə?
Xətrinə dəyəcək?- İroniya ilə güldü.
- Yox o daha nə isə edəcək.
- Mən başa düşə bilmirəm eyy, gəl adamdan həftənin
o başı da bu başı da pul dilən, sonra da işverənlik et. Nə cür insandı bu?...
-Yenə Suraxanıdadı görəsən?
-Nə bilim hansı cəhənnnəmdədi. Allah vursun
onu.
- Yeni ayaqqabılarını nə əcəb geyinirsən?
- Qaloşları maşına atmışam. Palçığa düşəndə
onları geyirəm. Nə o ələngə maşından, nə də o qaloşlardan canım çətin qurtara...
***
Səhər əlində isti su vedrəsi elə küçədə
donub qaldı. Vedrəni yerə qoyub gözlərini ovxaladı. Bu dəfə əmin idi. Maşın
yerində yox idi. Qonşuların bütün bahalı markalı avtomobillərinin arasında
miskin görkəmi ilə utandığı maşını orda yox idi.
İki gün axtardılar.İki gün yağış da kəsmədi.
Hər gün işdən çıxaraq polis idarəsinə yollanırdı. Bütün şübhələdiklərinin
adlarını yazıb vermişdi. Amma nə polislər nə də özü nəyəsə nail ola bilməmişdi.
Üçüncü gün zəng gəldi. Maşın tapılmışdı.
Suraxanıya gəlməsi tələb olunurdu. Evakuatora pul ödənməli idi.
Dalanlarin birində atıb getmişdilər.
Qapıları açıq idi. Sanki yağan yağışın hamısı avtomobilin içinə tökülmüşdü.
Maşının içindən hər şeyi aparmışdılar, cırıq qaloşları da...
Sonuncu yuxu
Çamadan böyüyürdü. Göyərirdi. O isə hələ də
gözləyirdi. Bütün ehtimalları xəyal etmişdi.Bir gün ağ atlı şahzadə gələcəkdi.
Onu özündən alıb götürəcəkdi. Sonra yenə çamadanına baxıb bu xəyaldan
daşınırdı. Tozunu təmizləyib, əzizləyib yenə qucağına alırdı. Başqa xəyal
qururdu. Ayaqqabısını itirirdi. Onun ardınca gələrdi. Yenə anlayırdı ki, illərdi
arxasınca sürüdüyü çamadanına görə heç ayaqqabılaarı da yoxdu.
Bir gün gurultuya ayıldı. Təzə bir qatar gəlmişdi.
Nə vaxt gəlmişdi?...Yuxusuz gözlərini ovuşdurub baxdı. Yanılmırdı. Bu unudulmuş
məkana kim təşrif buyura bilərdi?!...
Çamadanını unudub qatarın başına dolanmağa
başladı. Ta ucundan başına qədər gedib
çıxdı. Gələn sərnişin kim idi? Ya da qatar sərnişinsiz gəlmişdi. Hələ heç nə
ayırd etməmiş bir səs eşitdi.
- Gəl mənimlə gedək
- Sən kimsən?
- Gələcək.
- Gələ bilmərəm
- Niyə? Əlini ver!
- Mən keçmişəm.
- Gələcəyə körpü ol
- Ola bilmərəm
- Niyə? Bu stansiya taleyin ola
bilməz.
- Taleyi dəyişdirmək qorxum var.
- Tənhalığına son ver!
- Qorxum tənhalığımdan çoxdur.
- Qurtul ondan!
- Özümdən necə qurtulum?
- Gözlərini yum və xoşbəxt ol!
- Gözlərimi açanda bəs?
- Anı yaşa, o zamanı Allaha həvalə
et.
- Xoşbəxtlik hesabı ağır ödənilən
paydır.
- Hesabı başqalarına burax, əlini
uzat mənə.
- Çamadanım sənə ağır gələr.
- Burax onu da...
- Buraxa bilmərəm, o mənim
taleyimdir.
- Tale bizim əlimizdədir.
- Əllərimi kəsiblər.
- Ruhunu ver!
- Bu tozlu stansiyada bircə mənə
qalan odur.
- Yol bizi gözləyir.
- 7 ildir mən də gözləyirəm.
- Bütün gözləntilər səndən
keçirsə...
- Mənim çamadanım var, yükü yeri
olan qatar isə heç gəlmədi...
Diksindi. Yuxuya gedibmiş.
Ayılıb ətrafa baxdı. Stansiya bomboş idi. Uzaqdan günəşin qürubu görünürdü.
Çamadanı göyərirdi. O da artıq ona qovuşurdu. Stansiyada nəhəng bir ağac var
idi...
Kaydol:
Kayıtlar (Atom)
Yaddaş
“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan bir balaca gölməç...

-
Yaddaşımın axsayan vaxtlarında hardan yadıma düşdü? Boşqabı sildiyim yerdə əlimi saxladım. Niy ə xatırladığımı xatırlamağa çal...
-
Salam aleykum, Ülviyyə xanım. Xoş gördük 😊 "Buqələmun"u yeni bitirdim. İzninizlə, təəssüratlarımı bölüşmək istərdim 😊...
-
“Babanın ayaqları quzulayıb. Rütubət damla-damla bütün damarlarına hopub, onu ələ keçirib. Bəlkə də, sıxsan, babadan bir balaca gölməç...