Xəvaric
İslamda ilk cərəyan olub. Onlar İslama çox böyük zərbələr vurmuşlar.Bunların zərbəsi
təkcə fəsad törətmək yox,günahsız insanları, o cümlədən Əmirəl-mömünini (ə)
öldürmək olmayıb. Onların tarixi haradan başlanır? Bunu araşdırmağa dəyər.
Onlar Əmirəl-mömin Əlinin(ə) əshabından olan
bir qrup idi.Siffeyn savaşında Hz.Əlinin (ə) qoşununda iştirak etmişdilər.Döyüşün
sonunda Hz.Əlinin qoşunu qələbə asatanasında idi.Həmin vaxt Müaviyənin müşaviri
hiyləgər Əmr As qurğu qurdu.Əvvəl Hz Əlinin(ə) sülh təklifini qulaqardına vuran
Müaviyə məğlub olduğunu fərq edən kimi, Əmr Asın dediyini elətdirdi. Onlar
Quranları toplayıb nizələrə sancdılar və yuxarı qaldırdılar. Onlar Hz.Əlinin(ə)
səhabələrinə “Bizimlə sizin aranızda Allahın kitabı var” Bunu
görən bir qrup Hz. Əlinin (ə) səhabəsi savaşdan imtina etdi. Və döyüşdə
tələb olunan nizami qaydaları kənara qoydular.Halbuki əsgər layiq bilsə də,
bilməsə də öz komandirinə tabe olmalıdır.Qayda-qanun bunu tələb edir.
Əmirəl-möminin(ə),başda Malik
Əştər olmaqla bir qrup səhabəsi buna əhəmiyyət vermədilər. Bunun müharibənin
sonuna doğru işdəlmiş bir kələk olduğunu anladılar. Amma aldanmış insanlar onun
yanına gəlib dedilər” Ya Əli!Dərhal Malikə göstəriş ver ki, döyüşü
dayandırsın.Bu məsələni Quran həll etsin.” Həzrət(ə)buyurdu:”Onlar yalan deyir,
bütün bunlar qurğudur.Müaviyə ümumiyyətlə Qurana inanmır. O, məğlub olduğunu görüb belə hərəkət edir.”
Görüşə gələnlər Həzrətin (ə) sözünü qəbul etmədilər. Onlar dedilər “ Xeyr , hər
halda ortaya Quran gəlib . Deyirsən biz Qurana qılınc çalaq ?! Deyirsən Quranın
hörmətini saxlamayaq?!” Həzrət(ə) buyurdu:” Biz Quranın ehtiramı xatirinə
vuruşuruq.Əlbəttə , Qurana hörmət lazımdır. Amma Allahın vəhyi olan həqiqi
Quran mənim qəlbimdədir.Üzərinə Quran xətti yazılmış kağıza hörmət lazımdır,
amma indi Quranın taleyi həll olunur, daha mühüm məsələ ortaya çıxıb.Burada
Quranın həqiqəti ilə kağızı qarşı-qarşıya gəlib.”
Bu məsələnin
sonun İslam tarixi ilə maraqlanan yaxşı bilir. Yəni bu qruplaşma döyüşü
dayandırmağa nail oldular . Amma bundan da biabırçı olan hadisə isə hakimlərin
seçilib qərar vermək məsələsində oldu. Ağılsız hətta Hz.Əliyə(ə) zidd olan Əbu
Musanın hakim təyin edilməsi ilə xilafət ovucda ikən əldən çıxdı.
Lakin
bu məsələdə xəvaric səhvlərini
anlamaqdansa öz səhvlərinə başqa don geyindirdilər.Demədilər ki,səhv edib
döyüşü dayandırmışıq . Demədilər ki,səhv edib Əbu Musanı seçmişik.Dedilər ki, səhvimiz
hakimləri qəbul etməkdə olub.”Hakimiyyəti” qəbul etmək küfrdür. İnsanın
hakimlik etməsi küfrdür. Çünki “ Allahın hökmündən başqa hökm yoxdur” Elə hey “
Bu iş səhv idi, bu iş küfr idi, Allahdan bağışlanmaq diləyirik” deyirdilər.Hz.
Əlinin (ə) yanına gəldilər ki,sən də tövbə etməlisən. Həzrət (ə) buyurdu:”
Hakimlərin görüşü məsələsi düz iş deyildi. Bunu siz istədiniz.Amma küfr deyil”
. Onlar tövbə məsələsində israr etdikdə Həzrət(ə) qəbul etmədi.Onlar dedilər:”
Kəfərə vəllahur-rəcul”, and olsun Allaha, bu kişi kafir olub.Onlar Hz.Əliyə (ə)
küfr hökmü çıxardılar.Adları xəvaric( yəni dindən xaric olmuşlar) oldu. Onlar
özləri üçün dini üsul və fiqh yaratdılar.
Xəvaricin fiqhi xüsusi bir
fiqhdir.Onların fiqhi olduqca mühafizəkardır.Onlar özlərindən savayı bütün
İslam firqələrini kafir elan etdilər.düşünürdülər ki,” kəbirə” (yəni böyük)
günaha yol verən şəxs kafir olur. Onları fiqhi məhdud və qaranlıq idi. Cəmiyyət
bunla yaşaya bilməzdi.
Siyasətdə bütün xəlifələrə
müxalif oldular. Deyirdilər ki, Osman ömrünün yarısını yaxşı, yarısını pis
olub. Həzrət Əlini (ə) belə dəyərləndirirdilər”Əvvəllər yaxşı adam olub , amma
“ həkəmiyyəti” qəbul etdikdən sonra kafir oldu.
Xəvaric elə düşünürdü
ki,yaxşılığa dəvət və pislikdən çəkindirməklə təqiyyəni(əqidəni gizlətməyi)taktika
olaraq işlətməyə ehtiyac yoxdur.Bizim əqidəmiz budur ki, insan ağlını işə
salmalı , bir işin xeyir və zərərini ölçməlidir. Xəvaric isə başqa cür
düşünürdü.Onlar, nəticəsindən asılı olmayaraq , əmr edir, çəkindirirdilər. Biri
tək-tənha qaniçən xəlifə Əbdülməlikin görüçünə gəlir, sözlərinin heç bir təsir
göstərməcəyi aşkar olduğu , öldürüləcəyini
ehtimal verdiyi halda onu məzəmət edir, nəticədə qətlə yetirilirdi. Məntiqsiz
və düşüncəsiz kütlə idi xəvaric.
İslam tarixində nəzərə çarpan
ilkin məntiqsizlik xəvaricdə müşahidə olunur.Əgər düşüncəsizliyin İslama necə zərbə
vurduğunu bilmək istəsəniz, görün , Əli ibn Əbu Talibi (ə) nə öldürdü? Bəzən :”
Kim öldürdü”,- bəzən də “ Nə öldürdü”- deyirik.Əgər desək Əlini (ə) kim
öldürdü, bu sualın cavabı “ Əbdürrəhman ibn Mülcəm” dir. Desək ki, nə öldürdü,
deməliyik ki, düşüncəsizlik məntiqsizlik,quru müqəddəslik.Əlini(ə) öldürməyə gələn
şəxs gecəni sübhə qədər ibadət edərdi.Doğurdan da , çox təsiredici məsələdir. Həzrət Əli (ə) bu
insanların nadanlığına rəhm edir, onların beytül-maldan haqqını verirdi, onlara
söz azadlığı verirdi. Nəticədə qətl baş tutdu. Sonda xəvaricin cahilliyinə bir
sübut olaraq bir məsələni qeyd edim.
İbn Əbil- Hədid deyir” Əgər cəhalətin
nə olduğunu bilmək istəyirsinizsə , baxın görün bu üç şəxs öz planlarını həyata
keçirmək üçün hansı gecəni seçdilər. Onlar savabı böyük olsun deyə Ramazanın on
doqquzuncu gecəsini təyin etdilər.Dedilər: “ Biz ibadət edirik. Xeyir iş görmək
istəyirik. Yaxşı olar ki,bu işi,savabı çox olsun deyə əziz bir gecələrin birində
həyata keçirək”
Hiç yorum yok:
Yorum Gönder