Ailə
-
Maşının sürətini artırma! Indi harasa çırpacaqsan.
-
Sən mənə
dərs vermə! Maşın mənim, özüm bilərəm.
-
Maşının içindəki balqabaq deyil aa... İnsandı,
insan.
-
İnsanlıq hara, sən hara.
-
Günah səndə deyil aa... məndədi. Səni insan bilib sənə ərə gəldim.
-
Ana, Şirinbabanın şalvarı niyə qırmızıdır, o
birisilərinki ağ?
?
-
Mən universitet qurtarmış gözəl və ağıllı qız idim.
Nə işim var idi ki ,sənin kimi rayonlu gədəsində?
-
Gədə sənin qardaşlarındı, nəslindi, kökündü.Bizi
tanış edənin beli qırılsın.
-
Ana, niyə Kayu ilə Kəloğlanın başında tük yoxdu?
-
Ahh, ahh. İnsanın maskası cırılanda nə pis olurmuş.
Düşündüm ki, Tarkovski izləyən, İbn Ərəbi mütailə edən tupoy olar? Olarmış,
olarmış. Kor olmuşam.
-
Səhvini düzəldə bilərsən. Məhkəmə var, qanun var.
-
Düş qazın belindən! Sənə dedim ki, balqabaq
deyilik. Insanıq, insan. Mən hələ yaşamaq istəyirəm.
-
Pepenin bacısı var. Mənim niyə yoxdu?
-
Hər şeyə burnunu soxa-soxa həyatımı mundar etmisən.
-
Mən soxuram, mən soxuram. Bax minmisən Əzrayılın
atının belinə, şahə qalxırsan. Mən də, deyəndə oluram pis köpəkqızı.
-
Sən mənim əsəblərimlə oynamağa sadəcə olaraq vərdiş
etmisən.Tülkü dərisindən vaz keçər, vərdişindən yox. Sən düzəlməyəcəksən..
-
Mən vərdiş etməmişəm. Siz mərdi qova-qova namərd
etdiniz. Beş ildir bu ailənin zibilini çəkirəm.Bəsdi də. Ancaq siz varsınız.
Gəlib bir batalyon tökülürsünüz siçan deşiyi boyda yataqxana küncünə.Biri demir
ki, bu bədbəxt qızı da yazıqdı. Yatmağa yerdə tapmır. Mən neynirəm? Ali təhsilli, amma karyerası batmış bir qadın
rayonluların külqabısını təmizləməklə məşgulam.
Hələ bu azmış kimi xəstəxanaya
tökülüb gələnlərinə də yemək bişir apar.
-
Ana mənim də Carfield kimi pişiyim olacaq?
-
Mən detdom uşağı deyildim ki?!... Mənə ərə gələndə
bilirdin ki, bir ton qohumun, əqraban olacaq. Yoxsa sizin kimi. Dırnağı laklı
ananın manqurt süfrəsində bir inni -cinni olmur. Axı sənin ananın makiajı
pozular.
-
Mən sənin anana sataşmıram.
-
Ana, Ben tenin saatındakı uzaylılar mənim saatımdan
niyə çıxmır?
-
Sataşa da bilmərsən. Sənin kimilər deyil bu
millətin axırına çıxanlar. Elə bil hamısı tükəzbanların tumanın altından çıxmayıb.Bəyənmiyin
qınınızı. Yox, bunların hamısı elə nəsilli- köklü Bakılı olublar.Hələ dindirsən
bir-ikisi deyəcək mən avropalıyam. Mənim səhvim bilirsən nədir? Odur ki, mən
gərək səni aparıb o bəyənmədiyin rayonda süd sağdıraydım.
-
Sən bilirsən ki, onu mənə elətdirə bilməzdin.
-
Ana, mən böyüyəndə gedib Maşanı tapıb onunla
evlənəcəm.
-
Hə elətdirəməzdim. Axı, köhnə kişilər yoxdu indi.
Millətin axırına çıxdınız. Cüllütə döndərdiniz bizi.
-
Onun da günahkarı mənəm. Bəlkə deyəsən Osvensimdə
yəhudiləri də mən qırmışam?
-
Sən bilirsən ki, mən yəhudi və erməni soyqırımına
inanmıram. Ona görə səndə o hesabdan günahsızsan.
-
Bax bu məsələdə səninlə razı deyiləm. O qədər
filmlər çəkilib, sənədlər var . Bunları təkzib etmək olmaz, axı.
-
Nə olsun ki, hər gördüyünə inanma. Hər gördüyünün
arxasında bir müəmma mütləq vardır. Ermənilər bizi 1915- ci ildə qırıblar deyirlər,
indi biz də onlara inanmalıyıq?!
-
Niyə hamı öz
ayıbına kor olmur? Sən məndən öldürmüsən, mən də səndən. Daha bunu niyə
müzakirə edirlər ki?
-
Dünyaya belə lazımdı. Bu siyasətdi.
-
Ah kaş məndə siyasət biləydim. Lazımdı. Ailə də
kiçik dövlətdi.
-
Hə, onda hansındadır bizimki? Monarxiya yoxsa
respublika?
-
Ələ salırsan?
-
Sən demədin indicə ailə də kiçik dövlətdi? Mən də soruşdum.
Nə etdim ki, barıt çəlləyindən betərsən.
Arvad olmadın, bərbad oldun.
-
Ə, mən sənə neynirəm dartıb yeyirsən əlimi, ayağımı?!
-
Əzizim, uşaq yatdı, deyəsən?
-
......
-
Uşaq yatdı?
-
Hə, yatıb. Əzizim, çox qalıb? Nə vaxt çatarıq?
-
Yarımsaatlıq yol qalıb. Bu yolları düzəltmişdilər.
Yenə xarab olub.
-
Sən də heç bir çalanın xətrinə dəymirsən. Yavaş,
uşaq diksinir.
-
Yol xarabdı, neynim.
-
Yavaş sür!
-
Sən də, sus!
-
Yenə başladın.
-
Allah xatirinə sus. Yorulmuşam. Iki yüz kilometr
yol sürmüşəm.
-
Bax mənə öyrətsəydin indi belə zülm çəkməzdin.
-
.........
-
Niyə cavab vermisən? Daha sənin üçün maraqlı
deyiləm.
-
....
-
Bax həmişə beləsən .Adamı saya salmırsan.
-
....
-
Dayan! Deyəsən, uşaq sudurğa keçirir.
-
Nə sudurga? Aaz, əməlli bax.
-
Yox, yox . Maşını saxlama. Diksinirmiş. Ay Allah,
necə qorxdum.
-
Mən də qorxdum . Ayıldı?
-
Hə ayıldı. Bax sənsən eee. Bu qədər sürətlə maşın
sürərlər?!
-
Sən mənə dərs vermə. Maşın mənimdi, özüm bilərəm
-
Balqabaq deyilik. Insanıq, insan.
-
Ana, görəsən bizim maşın bərk gedər yoxsa Şimşək McQuen?
Hiç yorum yok:
Yorum Gönder